Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub.
Yaxın zamanlarda məktəblərdə başqa hansı istiqamətdə yeni tənzimləmələrin olması gözləniləndir, yaxud zəruridir?
Təhsil eksperti Elçin Əfəndi Globalinfo.az-a açıqlamasında Tiktoka məhdudiyyətin ötən illərdən tətbiq olunduğunu bildirib:
"Bu il isə qaydalar bir qədər də sərtləşdirilib. Bununla yanaşı, təhsil müəssisələrində narkotik vasitələrin istifadəsi, cinayət hadisələri və qeyri-etik görüntülərlə bağlı olanlar da daxil olmaqla, 200-dən çox zərərli məzmunlu paylaşımın məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb. Bu, zəruri və düzgün qərardır".
Ekspert bildirib ki, şagirdlərin dərs zamanı mobil telefonlardan istifadəsi qadağandır:
"Bu qayda ilə yanaşı, müəyyən məzmunlara çıxışın məhdudlaşdırılması da onların zərərli paylaşımları izləməsinin qarşısını almağa xidmət edir. Xüsusilə Tiktokda şagirdlərin bir-birinə qarşı zorakılıq görüntülərini çəkərək paylaşması bu məhdudiyyətin tətbiqini zəruri edən amillərdən biri olub.
Gözləntilər ondan ibarətdir ki, gələcəkdə yalnız Tiktok eyil, şagirdlər üçün zərərli məzmun ehtiva edən digər sosial şəbəkələrə çıxış da məhdudlaşdırılsın. Ümumilikdə, bu istiqamətdə görülən tədbirlər vacibdir. Şagirdlərin əsas diqqəti elmə və təhsilə yönəlməli, onlar bu sahələrdə inkişaf etməlidirlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 121 Tarix: 24 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23 oktyabrTəcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ
Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl
22 oktyabrGülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"
24 oktyabrDYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin
24 oktyabrGecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO
Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye
23 oktyabrXəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
24 oktyabrPensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec
22 oktyabr