3 hakimin səlahiyyətlərinə xitam verildi, 14 nəfərin isə... - QƏRAR

3 hakimin səlahiyyətlərinə xitam verildi, 14 nəfərin isə... - QƏRARDekabrın 20-də Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.

Məhkəmə-Hüquq Şurasından Sonxeber.az-a verilən məlumata görə, iclasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş tərəqqi yolunun cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini vurğulayıb, ölkə başçısının 18 illik fəaliyyətinin xalqımızın Böyük Qələbəsini təmin etdiyini bildirib.
Bu illər ərzində respublikamız iqtisadi, siyasi, hərbi cəhətdən möhkəmlənib və əldə edilmiş nailiyyətlərə görə dünyada ən islahatçı ölkələrdən biri kimi xarakterizə olunub. Vətən müharibəsində Azərbaycan Ordusu dövlətimizin qüdrətini, unikal hərbi əməliyyatları ilə dünyanın ən güclü 50 ordusundan olduğunu bir daha təsdiq edib.
Bildirilib ki, işğaldan azad olunmuş doğma torpaqlarımız ölkə Prezidentinin qətiyyəti və yenilməz iradəsi ilə yenidən dirçəlir, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə nəcib təşəbbüsləri ilə mühüm layihələr həyata keçirilir.
Respublikamızın hərtərəfli inkişafına uyğun olaraq ölkə Prezidenti cənab İlham Əliyevin müəllifliyi ilə məhkəmə-hüquq sistemində də mütərəqqi islahatlar aparılır. Bu sahədə islahatların dərinləşdirilməsi haqqında 03.04.2019-cu il tarixli Fərman işin müasir çağırışlara uyğun yeni mərhələdə təşkilini şərtləndirib.
Fərmana uyğun olaraq dövlət başçısının qanunvericilik təşəbbüsü ilə mühüm qanunlar qəbul edilib, o cümlədən məhkəmə icraatı zamanı çevikliyin təmin edilməsi, süründürməçilik və mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə qanunvericiliyə mütərəqqi dəyişikliklər edilib, cəza siyasəti humanistləşdirilib, hakimlərin və məhkəmə aparatı işçilərinin maddi və sosial təminatı yaxşılaşdırılıb.
Məhkəmələrə əlçatanlığın asanlaşdırılması məqsədilə yeni regional məhkəmələr təsis edilib, məhkəmə icraatında şəffaflığın artırılması üçün İKT-lərin tətbiqi genişləndirilib, "Elektron məhkəmə" informasiya sisteminin bütün ölkəni əhatə etməsi üzrə tədbirlər görülüb, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün işlək mexanizmlər yaradılıb.
Məhkəmə fəaliyyətinə mənfi təsir göstərən amillərdən biri kimi hakimlərin iş yükünün çox olması nəzərə alınaraq, ölkə Prezidenti tərəfindən hakimlərin sayının ötən dövrdə dəfələrlə, o cümlədən qeyd edilən Fərmanla bütün hakim sayının daha üçdə biri qədər artırıldığı vurğulanıb.
Bildirilib ki, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçim qaydasına uyğun olaraq vakansiyaların dərin biliklərə və yüksək mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslarla komplektləşdirilməsi ilə bağlı davamlı seçim prosesi aparılır. Hakim korpusunun 75%-dən çoxu məhz şəffaf seçim əsasında təyin olunan yeni nəsil hüquqşünaslardır.
Hazırda hakimliyə namizədlərin seçimi üzrə açıq müsabiqə fasiləsiz xarakter alıb. Test imtahanının İKT-lərin tətbiqi ilə keçirilməsi və nəticələrin dərhal elan edilməsi təmin olunub. Bu prosedurlarla cari ildə 44 nəfər müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin edilib, 220-dək namizəd isə müsabiqələrin müxtəlif mərhələsindədir.
Həmçinin, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin əhəmiyyəti nəzərə alınaraq dövlət başçısının tapşırığı ilə paytaxtda və bölgələrdə yeni məhkəmə bina və komplekslərinin inşa olunaraq istifadəyə verildiyi, onların "yüksək texnoloji" (hi-tech) məhkəmələrə çevrildiyi bildirilib. Həmin binaların açılışlarında Prezident İlham Əliyevin şəxsən iştirakının, təkcə bu il ərzində Suraxanı, Sumqayıt və Masallı məhkəmələri üçün yeni bina və komplekslərinin istifadəyə verilməsinin dövlət başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin təzahürü olduğu vurğulanıb.
İclasda məhkəmə hakimiyyətinin inkişafına və müstəqilliyinin təmin edilməsinə xüsusi diqqət və qayğı göstərildiyinə və xalqımıza tarixi Zəfər günləri yaşatdığına görə dövlət başçısına dərin minnətdarlıq və ehtiram ifadə olunub, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gündən-günə inkişaf edərək daha da qüdrətlənəcəyinə qəti əminlik ifadə edilib.
Həmçinin, ölkə Prezidentinin tapşırıqlarının icrası çərçivəsində hakimlərin fəaliyyətinin tam obyektiv qiymətləndirilməsi üzrə ardıcıl tədbirlərin görüldüyü xüsusi vurğulanıb. Hər bir hakimin məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və etimadın möhkəmləndirilməsi üçün fəaliyyətində qanunçuluq, ədalət, qanun qarşısında bərabərlik, aşkarlıq və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etməsinin vacibliyi qeyd edilib.
Bildirilib ki, ötən il Şura tərəfindən mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hakimlərin fəaliyyətinin hərtərəfli və şəffaf meyarlar əsasında qiymətləndirilməsinə dair yeni Qaydalar qəbul edilib. Bu Qaydalara uyğun olaraq cari ildə 120-dək hakimin fəaliyyəti prinsipial qiymətləndirilərək 3 nəfərin səlahiyyətlərinə xitam verilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq 6 aydan sonra təkrar qiymətləndirilmələri qərara alınıb. Təkrar qiymətləndirmə zamanı onların fəaliyyətlərində yenidən peşəkar çatışmazlıq aşkar edilərsə səlahiyyətlərinə qanunla müəyyən edilmiş qaydada xitam veriləcəkdir.
İclasda 2018-ci ildə hakim vəzifəsinə təyin olunmuş 107 nəfərin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar onları xarakterizə edən rəy, sənəd və digər materialların toplanıldığı bildirilib, habelə ətraflı təhlillər aparılmaqla fəaliyyətləri hərtərəfli qiymətləndirilib. Onların əksəriyyəti hakimliyə yararlı hesab edilib, habelə vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verən 3 nəfərin səlahiyyətlərinə xitam verilməsi, fəaliyyətində fərqlənən 8 nəfərin apellyasiya məhkəmələrinə irəli çəkilməsi, digərlərinin isə müxtəlif birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin edilməsi məqsədəuyğun sayılıb.
Həmin hakimlərin peşəkarlığına, müvafiq sahələrdə yüksək nəzəri və praktiki hazırlığına, mənəvi saflığına, etik davranışına xüsusi diqqət yetirilməklə onların təyinatı ilə bağlı təkliflər hazırlanaraq dövlət başçısına təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21.12.2021-ci il tarixli Sərəncamı ilə Məhkəmə-Hüquq Şurasının həmin təklifləri nəzərə alınaraq qeyd edilən hakimlər barədə müvafiq təyinatlar aparılıb.
Ramid İbrahimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 941   Tarix: 21 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti Ermənistanın arxasında duranlar barədə: Onların heç bir şansı yoxdur, onlar acizdirlər

Bu gün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik. Biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. "Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə bildirib. "Bun

10 may
.

Gəlişi hiss edilməsə də, yazın son ayında - 14 gün evdə olacağıq

Gəlişi hiss edilməsə də, yazın sonuncu ayını-mayı yaşayırıq. "Qafqazinfo" 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən xəbər verir ki, mayda şənbə və bazar günləri daxil olmaqla 14 gün iş olmayacaq. Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı

10 may
.

"Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib" - Emil Əkbərov

"Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Bu gün hər bir azərbaycanlı ulu öndər Heydər Əliyevi dərin hörmət və ehtiramla anır. Bütün həyatını xalqına həsr etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının şərəfli tarixind

10 may
.

Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır

Sosial şəbəkələrdə və satış saytlarında iribuynuzlu heyvanların öd daşının alqı-satqısı ilə bağlı elanlar yenidən gündəmə gəlib. Belə ki, bəzi şəxslər müxtəlif xəstəliklərin müalicəsi məqsədilə qəssablara müraciət edərək heyvanın ödündən çıxan daşı almağa çalışır. İddialara görə, hazırda bu daşlar dah

10 may
.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür - FOTO

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlə

10 may
.

Paşinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: "Bizim deyildi"

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib. xəbər verir ki, o, Sünik vilayətinin Kornidzor kəndində sakinlərlə görüşü zamanı Qarabağ məsələsinə toxunub. Paşinyan ermənilərin "Qarabağda torpaq itirilməsi" ilə bağlı iddialarına münasibət bildirərkə

10 may
.

TƏCİLİ: Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - Təqaüd yaşı ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya yaşı ilə bağlı mövzu vətəndaşlar arasında daim aktual olaraq qalır. Xüsusilə, uzun illər işləyən və müəyyən kapital toplayan şəxslər üçün "erkən pensiya" məsələsi tez-tez gündəmə gəlir. Bəs 25 il iş stajı olan və kifayət qədər vəsait yığan vətəndaşlar daha tez pensiyay

10 may
.

60 yaşdan yuxarı insanlar üçün MÜHÜM XƏBƏR

7-8 yaşdan kiçik uşaqlar və 60-70 yaşdan yuxarı yaşlı insanlar yeni virusa yoluxma riski altındadır. Bunu Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin elmi direktoru Aleksandr Gintsburq bildirib. Ginzburq uşaqların immun sistemlərinin hələ tam inkişaf etmədiyini və yaşlıların immu

10 may
.

Emin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA

"Məktəblərdə hər il uşaq sayı təhlil olunur. Burada bir məqsəd var ki, sistem rasionallaşsın və təhsilin keyfiyyəti artsın". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev azsaylı şagirdi olan məktəblərin birləşdirilməsi məsələsindən danışarkən deyib

10 may