"İlham Əliyevin siyasətində əsas prioritetlər Vətənin müdafiəsi və xalqın rifahıdır" - Deputat

"İlham Əliyevin siyasətində əsas prioritetlər Vətənin müdafiəsi və xalqın rifahıdır" - Deputat"Cənab Prezident İlham Əliyevin adı 30 illik işğala son qoyan güclü sərkərdə kimi tarixə qızıl hərflərlə həkk edildi".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Cavanşir Paşazadə deyib.

Deputat qeyd edilib ki, fəaliyyəti dövründə Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam İlham Əliyev ölkə başçısı seçildiyi gündən bu günə kimi apardığı uğurlu siyasət nəticəsində hazırda Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasındadır:

"Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasətin nəticəsi olaraq, Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda böyük uğurlara imza atıb. Belə ki, ötən dövr ərzində Azərbaycanda bütün istiqamətlərdə böyük inkişaf müşahidə edilməklə yanaşı, həm də ölkəmizin bölgədə və dünyada mövqeyi güclənərək nüfuzu durmadan artmaqdadır. Ən önəmlisi isə müstəqilliyimizin daha da möhkəmlənməsi, vətəndaş həmrəyliyinin yüksək səviyyədə formalaşması Prezident İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasətin əsasında məhz milli maraqların qorunması prinsiplərinin durduğunu bir daha isbatlayır.

Xüsusi ilə qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin siyasətində əsas prioritetlər Vətənin müdafiəsi və xalqın rifahıdır. Bunun sübutu kimi də bir neçə gün öncə imzalanan maaş, pensiyalarla bağlı sərəncamları, fərmanları və 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm qələbəni göstərmək olar.

Ümumiyyətlə, cənab Prezident İlham Əliyevin dövlət başçısı seçildiyi zamandan, yəni 2003-cü ildən Vətən müharibəsinin başlandığı günə qədər keçən dövrü ərazi bütövlüyümüzün bəpasına hazırlıq kimi də qiymətləndirmək olar. Bu böyük şəxsiyyət 17 il ərzində ordu quruculuğu sahəsində səbir və əzmkarlıqla, müdrikcəsinə, Qələbəmizi təmin edəcək şəraiti yaratmaq məqsədilə düşünülmüş siyasət yürüdüb, zəruri addımlar atıb".

Deputat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin dövründən başlayan ordu quruculuğu cənab Prezident İlham Əliyevlə ən yüksək səviyyə çatdırılıb:

"Cənab Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti və ciddi səyləri nəticəsində Azərbaycan güclü iqtisadiyyata sahib oldu və bu zəmində güclü ordu yaratdı, müasir silahlar aldı, özünün hərbi-sənaye kompleksini inkişaf etdirdi. Nəticədə, torpaqlarımızın 30 il ərzində Ermənistan tərəfindən davam etdirilən işğalına son qoyuldu. Yüksək döyüş qabiliyyətinə malik olan, ən müasir hərbi texnika və silah-sursatla təmin edilən Azərbaycan Ordusu bu gün 50 ən güclü ordular sırasındadır. Məhz Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində yürütdüyü uğurlu siyasətin nəticəsində Ermənistan və onun bütün dünyada olan havadarları Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi və geostrateji reallıqları qəbul etməyə məcbur oldular".

Deputat qeyd edib ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərib, Azərbaycana qarşı informasiya blokadasını yarıb, müharibə dövründə və müharibədən sonra onlarla aparıcı xarici Kütləvi İnformasiya Vasitələrinə müsahibələr verib:

"Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı 30-dan artıq müsahibəsi XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələri real mübarizə üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi və titanik mübarizəsi ilə qlobal informasiya məkanında Ordumuzun cəbhədəki uğurlarını möhkəmləndirərək qələbəmizin beynəlxalq legitimliyini təmin etdi.

Böyük Qələbə nəticəsində yaradılmış yeni reallıq təkcə Qarabağın bərpası və inkişafını nəzərdə tutmur, eyni zamanda bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişib və region ölkələrinin inkişafı üçün yeni imkanlar yaranıb.

Qələbə nəticəsində işğaldan azad olunan ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.

Fürsətdən istifadə edərək, cənab Prezidenti ad günü münasibəti ilə təbrik edir, ona can sağlığı, çətin və bir o qədər də məsuliyyətli işlərində uğurlar arzulayıram. Əminəm ki, cənab Prezident İlham Əliyevlə hər bir sahədə uğurlu gələcək bizimlə olacaq".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 979   Tarix: 24 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO

Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye

23 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr
.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların

25 oktyabr
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

25 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr
.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 221,264 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçini

24 oktyabr