Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən ən son görüntülər - FOTO

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən ən son görüntülər - FOTOQarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan və Prezident İlham Əliyevin yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan I texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Bu barədə Dövlət Avtomobil Yolları Agentliyi məlumat yayıb.

Prezident İlham Əliyev tərəfindən iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində təməli qoyulan tunel də daxil olmaqla yol boyu yeddi tunelin tikintisi aparılır.

Tunellər şərti olaraq T1A(3 340,0 m), T1(314,9 m), T2(556,9m), T3(680,3 m), T4(540,6m), T5(454,8m) və T6(446,3 m) adlandırılıb. Artıq uzunluğu 3 340 m təşkil edən və şərti olaraq T1A adlandırılan tunel üzrə 350 metr qazma işləri görülüb. 556,9 metr uzunluğa malik T2 tuneli üzrə qazma işləri yekunlaşmaq üzrədir. 680,3 metr uzunluğa malik T3 tuneli üzrə tikinti işlərinə yeni start verilib. Bundan başqa 540,6 metr uzunluğa malik T4 tuneli, həmçinin 454,8 metr uzunluğa malik T5 tunelində sol və sağ hərəkət istiqaməti üzrə üst yarı hissəsində qazma işləri artıq tamamlanaraq tunel daxili hərəkət təmin olunub. Uzunluğu 446,3 metr olan T6 tuneli üzrə isə 130 metr qazma işləri aparılıb. Bundan başqa Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolundan ayrılan və məşhur "İsa Bulağı"nadək inşa olunacaq yol üzərində 1 335 metr uzunluğa malik tunel üzrə də tikinti işlərinə yeni başlanılıb.

"İsa Bulağı" istiqamətində inşa edilən tunel də daxil olmaqla ümumilikdə layihə olunan tunellərin ümumi uzunluğu təqribən 7 668 metr təşkil edir. 314-3340 metr arası dəyişən tunellər bir hərəkət istiqaməti üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq. Hazırda tunellərdə qazma, partlatma və qırıcı üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri görülür. Bundan başqa tunellərin hər birində tikinti işlərinin yerinə yetirilməsi üçün havalandırma sistemi quraşdırılır.

Tunellərin hər hansı elementinə zərər verə biləcək təbii amillərdən qorunması məqsədilə izolyasiya sisteminin quraşdırılması nəzərdə tutulur. Artıq qazma işləri yekunlaşan T4 tunelində qeyd olunan izolyasiya sisteminin quraşdırılması işləri tamamlanıb. 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası ilə yanaşı yol boyu müxtəlif hissələrdə torpaq yatağının tikintisi, 9 viadukun, 7 avtomobil körpüsünün, 11 yeraltı keçidin, 59 suötürücü borunun tikintisi də layihə üzrə davam etdirilir. 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 6, 48-81.6 km arası isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "23 N-li Yol İstismarı" MMC, "43 N-li Yol İstismarı" MMC, "16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı" MMC və "7 nömrəli Magistral Yolların İstismarı" MMC ilə subpodratçı şirkətlər olaraq yol tikintisi sahəsində ixtisaslaşmış "Azvirt" MMC, həmçinin Türkiyənin "Kolin İnşaat Turizm Sənaye və Ticarət" və "Cengiz İnşaat Sənaye və Ticarət" şirkətləri birgə icra edir. Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında həyata keçirilir. Sözügedən yol başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən ən son görüntülər - FOTOƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən ən son görüntülər - FOTOƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən ən son görüntülər - FOTOƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən ən son görüntülər - FOTOƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən ən son görüntülər - FOTOƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən ən son görüntülər - FOTOƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən ən son görüntülər - FOTOƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən ən son görüntülər - FOTOƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən ən son görüntülər - FOTOƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən ən son görüntülər - FOTOƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən ən son görüntülər - FOTOƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən ən son görüntülər - FOTOƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən ən son görüntülər - FOTOƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən ən son görüntülər - FOTOƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən ən son görüntülər - FOTOƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən ən son görüntülər - FOTOƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən ən son görüntülər - FOTOƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən ən son görüntülər - FOTOƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən ən son görüntülər - FOTOƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən ən son görüntülər - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 735   Tarix: 24 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO

Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye

23 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr
.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların

25 oktyabr
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

25 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr
.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 221,264 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçini

24 oktyabr