Azərbaycanda bu şəxslərə 4400-8800 manat pul veriləcək - VİDEO
Birinci Qarabağ müharibəsi əlillərinə də birdəfəlik ödəmə veriləcək.
Sonxeber.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı fərmanla bağlı brifinq keçirən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, birdəfəlik ödəmə 17-20 min nəfəri əhatə edəcək.
Nazir müavininin sözlərinə görə, ödəmələr üçün dövlət büdcəsindən ilkin olaraq 50 milyon manat vəsait ayrılıb. Bununla bağlı artıq komissiya da qurulub. Birdəfəlik ödəmə ilə bağlı mexanizm komissiya tərəfindən hazırlanacaq. Birdəfəlik ödəmənin verilməsi qaydası 2 ay ərzində hazır olacaq.
Anar Əliyev birdəfəlik ödəmənin hansı qaydalarla veriləcəyinə də aydınlıq gətirib.
Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyevin müvafiq fərmanları ilə 2019-2020-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi proqramını icra edib. 13 minə yaxın şəhidin 18 mindən çox vərəsəsi birdəfəlik ödəmə ilə təmin olunub./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
"WhatsApp" artıq belə görünəcək - FOTO
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Yastıq üzlərini neçə gündən bir dəyişdirmək lazımdır?
TƏCİLİ: Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - Təqaüd yaşı ilə bağlı VACİB AÇIQLAMA
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızının başını mişarla kəsdi
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ