"Bir olaq, həmrəy olaq!" adlı bayram tədbiri keçirildi
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə "Bir olaq, həmrəy olaq!" adlı bayram videokonfransı keçirilib.
"Qafqazinfo" xəbər verir ki, DİDK sədri Fuad Muradov 67 ölkədən 570 soydaşımızın qatıldığı videokonfransı açıq elan etdikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.
"Dünya Azərbaycanlıları Sizinlədir, Müzəffər Ali Baş Komandan!" adlı videoçarxın təqdimatından sonra Komitə sədri xaricdə yaşayan soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.
DİDK sədri dünyanın nüfuzlu dövlət xadimləri və siyasətçiləri arasında layiqli yer tutan dövlət başçısının tapşırıq və göstərişləri əsasında diaspor quruculuğu sahəsində yeni və mühüm mərhələnin başlanmasından danışıb, xaricdə yaşayan soydaşlarımızın qarşısında dayanan hədəf və vəzifələrə diqqəti cəlb edib, qalib Vətənimizin adının yüksək səviyyədə təmsil olunması naminə fədakar xidmətlər göstərən diasporumuza minnətdarlıq ifadə edib.
Ardınca komitənin və Azərbaycan diasporunun 2021-ci ildəki fəaliyyətini əks etdirən video hesabat təqdim olunub.
Tədbir iştirakçıları dünya azərbaycanlılarına daim həssas münasibət və qayğı göstərən dövlət başçımıza minnətdarlıqlarını bildirib, Müzəffər Ali Baş Komandanı 60 illik yubileyi münasibətilə təbrik edib, hər zaman Azərbaycanın və onun ali siyasi rəhbərliyinin yanında olduqlarını bəyan ediblər.
Çıxış edənlər Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin qorunub saxlanmasına və dünyada təbliğ olunmasına mühüm töhfələr verən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya xüsusi təşəkkürlərini ifadə ediblər.
Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor nümayəndələri, eləcə də müxtəlif xarici qonaqlar, o cümlədən litvalı hərbi jurnalist, Xocalı soyqırımının şahidi, "Sonsuz dəhliz" filminin iştirakçısı Riçard Lapaitis, Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kaniliyo, tanınmış siyasi şərhçi, jurnalist, "Tovuzdan Qarabağa" kitabının müəllifi Malik Ayyub Sumbal və başqaları çıxış edərək, belə mühüm tədbirin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
"Bir olaq, həmrəy olaq!" konfransının iştirakçıları dövlətimizin diaspor siyasətini həyata keçirən DİDK-nın fəaliyyətini qiymətləndirdiklərini diqqətə çatdırıblar.
Tədbirdə Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfələrə, ölkəmizin beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında səmərəli fəaliyyətə görə "Diaspor fəaliyyətində xidmətə görə" medalı və təşəkkürnamələrlə təltif olunan bir qrup diaspor üzvünün adları açıqlanıb.
Soydaşlarımızın hazırladıqları müxtəlif musiqi nömrələrinin təqdim olunduğu bayram tədbiri Diaspor Marşının səsləndirilməsi ilə başa çatıb.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
"Anamla atam ailə qurmağımı istəyir"
Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəs Həsənov küçəsində qanunsuz tikinti aparılır - ARAŞDIRMA