Azərbaycanlı polkovnikin qızı İŞİD-i necə ifşa etdi? - ARAŞDIRMA

Azərbaycanlı polkovnikin qızı İŞİD-i necə ifşa etdi? - ARAŞDIRMAQan Turalı yazır...

İŞİD terror təşkilatının Türkiyədə fəaliyyət göstərən çoxsaylı qruplaşmalarından biri də mərkəzi Adıyamanda yerləşən "Dokumacılar qrupu" idi. Qrupu rəhbəri Mustafa Dokumacının soyadına görə belə adlandırırdılar. Onlar Türkiyədə müxtəlif terror aktları həyata keçirmişdilər. Belə ki, Türkiyə tarixində baş vermiş ən böyük kamikadze aktının - Ankara Dəmiryol Vağzalındakı qanlı terrorun icraçıları məhz bu qrupun üzvləri idi. Şanlıurfanın Süruç qəsəbəsindəki terror aktı da onların əməli idi. Bundan əlavə qrup Adıyamanda aktiv ideoloji iş aparır, Suriyaya mücahidlər göndərirdi. "Əl Monitor" nəşri qrupu İŞİD-in "kamikadze anbarı" adlandırırdı. Bu ifadədən sonra Türk polisinin İŞİD əleyhinə əməliyyatları intensivləşməyə başladı.

"Dokumacılar qrupu"un rəhbəri Mustafa Dokumacının həyat yoldaşı Ülkər Məmmədova isə Azərbaycan vətəndaşıdır. Bu ilin oktyabr ayında Suriyadan qeyri-qanuni yollarla Türkiyəyə keçməyə çalışan Ülkər Məmmədova saxlanılıb.

İstintaqla əməkdaşlığa gedən Ülkər Məmmədova ifadəsində 114 İŞİD üzvü ilə bağlı məlumat verdi və 34-ü qadın olan 60 terrorçunun şəxsiyyəti müəyyənləşdirildi. Əri Mustafa Dokumacının 2020-ci ildə dron hücumunda həlak olduğunu bildirən Ülkər Məmmədovanın istintaqa verdiyi ifadəni "DW Türkçe" əldə edərək yayımladı.

Ülkər Məmmədovanın şəxsiyyəti Türk polisinə əvvəldən bəlli idi. O, Türkiyə polisi və İnterpol tərəfindən potensial kamikadze kimi qırmızı bülletenlə axtarılırdı. Əri Mustafa Dokumacı da dəmiryol vağzalındakı terror aktının təşkilatçısı kimi axtarışda idi.

İstintaqa verdiyi ifadədə Ülkər Məmmədova atasının istefada olan polkovnik olduğunu bildirsə də, atasının adı mediada yer almamışdı. Ancaq 24 dekabrda Türkiyə Daxili İşlər və Xəzinə-Maliyyə nazirlərinin imzası ilə "Rəsmi qəzet"də çap edilən qərarla əmlakına həbs qoyulan 770 şəxsin siyahısı çap edildi. Həmin siyahıda Ülkər Məmmədovanın da adı var. Bu rəsmi sənədə görə 1987-ci ildə Qubadlıda anadan olan Ülkər Məmmədovanın atasının adı Şahmurad, anasının adı isə Sevdadır. Kiçik bir araşdırma nəticəsində həmin şəxsin Terrorizmlə İctimai Mübarizə Mərkəzinin rəhbəri, ehtiyatda olan polkovnik-leytenant Şahmurad Məmmədov olduğu müəyyənləşdirmək mümkündür.

Ülkər Məmmədovanın Azərbaycanla bağlı ifadələri dolaşıq və əsassızdır. Belə ki, o Azərbaycanda politologiya fakültəsinə daxil olduğunu, ancaq hicab taxdığına görə universitetə buraxılmadığını bildirir. Azərbaycanın ali təhsil sistemində belə qadağanın olmadığı hər kəsə aydındır. Daha sonra "Şəbnəm Qızlar Mədrəsəsi"ndə təhsil aldığını bildirən Ülkər Məmmədova 2010-cu ildə Konyal Səlcuq Universitetinə daxil olduğunu qeyd edir.

Mustafa Dokumacı ilə "Facebook"da tanış olan Ülkər Məmmədova Türkiyəyə gələrək onunla evlənir. Ərinin təlqinləri ilə cihadçı ideologiyanın təsiri altına düşən Ülkər Məmmədova 2014-cü ildə əri ilə birgə qanunsuz yollarla Suriyaya getdiyini, həmin dövrdə Suriyada İŞİD və Nusra arasında qarşıdurmalar yarandığını, Nusranın İŞİD-in himayəsində olan əlli qadını qaçıraraq onları zorladığı barədə şayiələr yayıldığını və bu səbəbdən Türkiyəyə geri qayıtdıqlarını da etiraf edir. Əri Ülkəri Azərbaycana göndərir, özü isə Suriyaya qayıdır. Çünki Türkiyədə onu polis axtarırdı.

Bir ay sonra yenidən Suriyaya qayıdan Ülkər Məmmədova burda dəhşətli müharibə səhnələrinə şahidlik edir: "PKK/PYD təşkilatının üzvləri düşərgəyə suriyalı qadınları gətirərək onları fahişəliyə məcbur edirdi. Ordakı alverçilər və əsgərlər bu qadınlarla münasibətdə olurdu".

İŞİD-in döyüşlərdə ağır məğlubiyyətlər alaraq tutduğu əraziləri əldən verməsi ilə proseslər dəyişməyə başlayır. Ülkər Məmmədova ərindən Suriyadan çıxıb getmələrini xahiş etsə də, əri ona müqavimət göstərdiyini, "Uşaqları burda qoy, öz kafir ölkənə qayıt" dediyini bildirir. Ərinin vəfatından sonra Ülkər Məmmədova Türkiyədə yaşayan qaynı ilə əlaqə yaradaraq ora qayıdır. Onun saxlanılması ilə bağlı da fərqli variantlar mövcuddur. Belə ki, ifadəsində könüllü şəkildə təslim olduğunu bildirən Ülkər Məmmədova ilə bağlı xəbərlərdə onun qaynının verdiyi məlumat əsasında saxlanıldığı bildirilir.

Hazırda həbsdə olan Ülkər Məmmədovanın uzunmüddətli həbs cəzası alacağı gözlənilir. Ülkər Məmmədovanın Mustafa Dokumacı ilə nikahından iki uşağının olduğu da bildirilir./Oxu.az
Azərbaycanlı polkovnikin qızı İŞİD-i necə ifşa etdi? - ARAŞDIRMAAzərbaycanlı polkovnikin qızı İŞİD-i necə ifşa etdi? - ARAŞDIRMAAzərbaycanlı polkovnikin qızı İŞİD-i necə ifşa etdi? - ARAŞDIRMAAzərbaycanlı polkovnikin qızı İŞİD-i necə ifşa etdi? - ARAŞDIRMAAzərbaycanlı polkovnikin qızı İŞİD-i necə ifşa etdi? - ARAŞDIRMAAzərbaycanlı polkovnikin qızı İŞİD-i necə ifşa etdi? - ARAŞDIRMAAzərbaycanlı polkovnikin qızı İŞİD-i necə ifşa etdi? - ARAŞDIRMAAzərbaycanlı polkovnikin qızı İŞİD-i necə ifşa etdi? - ARAŞDIRMAAzərbaycanlı polkovnikin qızı İŞİD-i necə ifşa etdi? - ARAŞDIRMA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2250   Tarix: 27 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj

25 oktyabr
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

25 oktyabr
.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

25 oktyabr
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

25 oktyabr
.

Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO

Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye

23 oktyabr
.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr