Bakıda illərlə atası tərəfindən zorlanan qızın cəsarəti

Bakıda illərlə atası tərəfindən zorlanan qızın cəsarətiBakıda ana və iki azyaşlı qızı öz evlərində illərlə zorakılığa, təcavüzə, işgəncəyə məruz qalıb. Qızlardan 2002-ci il təvəllüdlü olanı öz doğma atası tərəfindən illərlə zorlanıb. Qızın anası və yaşca kiçik olan bacısı son illər bundan xəbər tutsa da hər biri qorxudan susub. Susduqca onlar da eyni zorakılığa məruz qalıb. Qızlar 45 yaşlı ataları, qadın isə əri tərəfindən təhdid edilib, döyülüb, amansız rəftara məruz qalıb...
Sonxeber.az Musavat.com-a istinadla xəbər verir ki, bütün bu faciə, ana və qızlarının yaşadığı əzab ötən ilin sonlarında 2002-ci il təvəllüdlü qızın verdiyi qəti qərardan sonra bitib.

İllərlə öz atası tərəfindən zorlanan qız yaşca ondan kiçik olan bacısının da eyni aqibəti yaşamaması üçün feysbuk sosial şəbəkəsində "Hüquqşünaslar" qrupuna müraciət edib. Onun üçüncü bir şəxsin adından yazdığı müraciətə xanım vəkillərdən biri cavab verib. Xanım vəkillə əlaqə quran qız başına gələnləri danışıb. Bundan sonra vəkil və qız prokurorluğa müraciət edib.

Nəticədə illərdir öz qızlarına, arvadına olmazın iyrəncliyi edən şəxs həbs edilib.

Araşdırmalar zamanı isə işin daha dəhşətli məqamları üzə çıxıb. Müəyyən edilib ki, 2002-ci il təvəllüdlü qız 6 yaşından etibarən atası tərəfindən cinsi zorakılığa məruz qalıb, zorlanıb. Hətta atası onu anasının gözləri qarşısında da zorlayıb. Anasını da onun gözləri qarşısında...

Əxlaqısz ata iyrənc hərəkətlərini bununla da yekunlaşdırmayıb və 2007-ci il təvəllüdlü qızına qarşı da seksual xarakterli hərəkətlər edib. Ana və qızları bu barədə dəfələrlə öz aralarında danışsalar da cəsarət edib polisə şikayət etməyiblər. Çünki illərlə müxtəlif formada işgəncələrə məruz qalıblar...

Araşdırmalar zamanı müəyyən edilib ki, 1975-ci il təvəllüdlü şəxs qızları və arvadını şillə, yumruq, təpik vurmaqla, saçlarını yolmaqla, çimdikləməklə, yaşadıqları evin küncündə dəqiqələrlə tək ayaq üstə saxlamaqla güclü fiziki ağrı və psixi iztirablar, işgəncələr verib.

Özünün daha da qəddar, amansız obrazını yaratmaq üçün daim üzərində olan bıçağı qəsdən nümayiş etdirib onları psixi iztirab formasında öldürəcəyi ilə hədələyib. Hətta evin divarına mıx vuraraq sarı rəngli elektrik naqili asıb. İstəkləri yerinə yetirilməyəcəyi təqdirdə onları asacağını bildirib.

Araşdırmalar zamanı üzə çıxan daha bir dəhşətli fakt isə 2002-ci il təvəllüdlü qızın baş verən zorakılığın nəticəsi olaraq 18 yaşında itihara cəhd etməsidir. Belə ki, o, evdə olan bir ovuc dərmanı içərək intihara cəhd edib. Xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olub. Amma o zaman qızın intihara cəhdini imtahan ərəfəsinin stresi kimi qələmə veriblər. Bu zaman da özünü ata adlandıran şəxs qızına və həyat yoldaşına tənbeh edib ki, bu barədə polisə heç bir məlumat verilməsin.

Amma vicdansız şəxs öz iyrənc hərəkətlərinə yenə də davam edib və intihara cəhd edən qızını yenidən zorlamağa başlayıb.

Bütün bu hərəkətləri sübutlarla, vortsap yazışmaları ilə ortaya qoyulan şəxs utanmadan peşman olduğunu deyib. Üzləşdirmə zamanı qızından üzr də istəyib. Amma 2002-ci il təvəlldülü qız atasından şikayətçi olduğunu, ona ən ağır cəzanın verilməsini tələb edib.

Qeyd etdiyimiz kimi hadisələrin üstü 2002-ci il təvəllüdlü qızın cəsarətini toplaması ilə açılıb. Ona bu cəsarəti verən isə ondan 5 yaş kiçik olan bacısının taleyi olub. Belə ki, 2002-ci il təvəllüdlü qız 2007-ci il təvəllüdlü bacısının eyni həyatı yaşamasını istməyib.

Bu qəti qərarı isə atasının ona yazdığı sonuncu iyrənc mesajdan sonra verib. Belə ki, özünü ata adlandıran şəxs 2002-ci il təvəllüdlü qızına mesaj yazaraq deyib ki, yuxuda onunla və bacısı ilə birlikdə intim əlaqədə olduğunu görüb. Bu mesajı alan 2002-ci il təvəlüldlü qız anasına məlumat verib ki, artıq bütün bunlara son verməyin vaxtıdır. Bu dəfə anası da qızını dəstəkləyib. Hadisələrin davamı yuxarıda qeyd etdiyimiz kimi baş verib.

2002-ci il təvəllüdlü qız həm özünü, həm də ana və bacısını bataqlıqdan xilas edib.

Bütün bu iyrənc hərəkətləri edən 1975-ci il təvəllüdlü şəxsə qarşı Cinayət Məcəlləsinin intihar həddinə çatdırma, əzab vermə, 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə, zorlama maddələrinin bir neçə ağır bəndləri ilə ittihamlar irəli sürülüb. Məhkəmənin hökmü ilə həmin şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bu dəhşətli hadisə hansısa bir ssenari əsasında qurulmayıb. Bu, cəmiyyətimizin içində baş verən, gözdən uzaqda qalan, səsi boğulan bir ailənin faciəsidir. Ana və qızı uzun illər bu işgəncələrə dözüb. Ana övladlarını itirməyin qorxusundan, övladlar isə ölüm qorxusundan susublar.

Cəmiyyətdə ətrafımızda baş verən hadisələrə laqeyd yanaşma halları çoxdur. Düşünmürəm ki, bu ailənin vəziyyətindən xəbəri olmayan bir nəfər yaxın qohum, tanış olmasın. O niyə susub? Ən azından anonim şəkildə bu məsələni ictimailəşdirə bilməzdimi...

Bu yazını oxuyanlar arasında bəlkə də bu cür faciələrin qurbanı olmuş, hazırda da qurbanı olan şəxslər var. Və ya belə qurbanları tanıyanlar var. Nə qurbanlar, nə də bundan xəbərdar olanlar susmamalıdır.

2002-ci il təvəlüldlü qız intihar cəhddində ölə bilərdi. O ölsəydi, bu hadisələrin üstü açılmayacaqdı. Həmin qız sussaydı, yenə də ailə olaraq bataqlığın içərisində idilər.

Bir nəfərin susmaması üç nəfəri xilas etdi. Düşünün ki, baş verən cinayət hadisəsini gördükdə sussanız, nəticədə məhv olan insan həyatlarının hekayəsini eşidəcək, oxuyacaqsınız...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3250   Tarix: 27 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj

25 oktyabr
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

25 oktyabr
.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

25 oktyabr
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

25 oktyabr
.

Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO

Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye

23 oktyabr
.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr