"Aqro SMM" layihəsinin bağlanış mərasimi keçirildi - FOTOLAR
"Aqrar İnkişaf Könüllüləri" Təşkilatının təşkilatçılığı, "Zirə Mədəniyyət Mərkəzi"nin, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və "Prior Leasing ASC"-nin dəstəyi ilə "Aqro SMM" layihəsinin bağlanış mərasimi keçirilib.
Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatı və media sahələrində aparılan davamlı islahatlar çoxşaxəli inkişaf üzrə müxtəlif layihələrin təşkili üçün möhkəm zəmin yaradır. Müasir texnologiyaların tətbiqi ilə sürətlə inkişaf edən və dəyişən informasiya məkanının yaratdığı yeni reallıqları nəzərə alaraq aqrar sahədə fəaliyyət göstərən gənc həvəskarlar, sahibkarlar və fermerlərin müasir media tendensiyaları ilə tanış olması, sahənin inkişafı üzrə müvafiq media alətlərindən effektiv istifadənin stimullaşdırılması, aqrar sahədə media savadlılığının artırılması və gənclərin sosial media vərdişlərinin təkmilləşdirilməsi məqsədilə 22 sentyabr-25 dekabr 2021-ci il tarixində "Aqro SMM" layihəsi həyata keçirilib.
Layihə çərçivəsində bir sıra dövlət və özəl qurumlarda çalışan rəhbər və məsul şəxslərin iştirakı ilə kənd təsərrüfatı, jurnalistika, sosial media və marketinq modulları üzrə 15-dən çox təlim və interaktiv görüşlər təşkil olunub.
Layihənin bağlanış mərasimində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbərinin müavini Elvin Paşayev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Surxay Novruzlu, "ABAD" publik hüquqi şəxsin Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Ləman Əhmədova, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri üzrə Qrup rəhbəri Ləman İsgəndərova, "Grand Agro İnvitro" MMC-nin marketinq üzrə mütəxəssisi Qədir Qurbanov və "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının sədri Kamran Əliyev iştirak edib.
Bağlanış mərasimində iştirakçılar layihə çərçivəsində qazandıqları bilik və bacarıqları nümayiş etdirmək məqsədilə aqrar sahə ilə bağlı formalaşdırdıqları innovativ layihə və media strategiyalarını nümayiş etdiriblər və müvafiq təqdimatlar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Bağlanış mərasiminin davamında təşkil edilən panel müzakirələrdə aqrar sahədə media savadlılığı, qabaqcıl informasiya və kommunikasiya texnologiyalarının kənd təsərrüfatı və mediada yaratdığı imkanlar, eləcə də rəqəmsal marketinq trendləri müzakirə olunub.
Sonda layihə iştirakçıları sertifikatlarla təltif edilib və qalib komanda üzvləri mükafatlandırılıblar.






Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 775 Tarix: 27 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ
"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj
25 oktyabrAzərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini
25 oktyabrMetronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabrCəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda
23 oktyabrOnların pensiyası sabit əlavələrlə ARTIRILACAQ
"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı
25 oktyabrBu şəxslər maaşları qədər PENSİYA ALACAQ
"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd
25 oktyabrGecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO
Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye
23 oktyabrMusiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd
23 oktyabr