DYP-dən texniki baxış şöbələri ilə bağlı AÇIQLAMA
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı əlaqədar 31 dekabr - 4 yanvar tarixləri qeyri-iş günləri olsa da, polis əməkdaşları bu müddət ərzində gücləndirilmiş iş rejimində xidmət aparacaq.
Sonxeber.az xəbər verir ki, bu barədə report-a BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib.
O bildirib ki, bayram günlərində vətəndaşların boş vaxtlarının digər günlərə nisbətən daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonunda yerləşən (Sədərək Ticarət Mərkəzinin yanı) Müayinə Mərkəzi, eləcə də nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması məqsədilə BDYPİ-nin Qeydiyyat-imtahan idarəsi və respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri qeyri-iş günlərində saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək: "Nəqliyyat vasitələrinin texniki sazlığı yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərən amillərdən biridir. Təəssüf ki, tez-tez eşitdiyimiz yol qəzaları bəzən də avtomobillərin nasazlığı ucbatından baş verir. Ona görə nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə olması hər şeydən əvvəl özümüzə lazımdır. Odur ki, avtomobil sahibləri və sürücülər münasib vaxtdan yararlanıb nəqliyyat vasitələrini texniki baxışa təqdim edə bilərlər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA
"WhatsApp" artıq belə görünəcək - FOTO
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Yastıq üzlərini neçə gündən bir dəyişdirmək lazımdır?
TƏCİLİ: Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - Təqaüd yaşı ilə bağlı VACİB AÇIQLAMA
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızının başını mişarla kəsdi
Emin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ