Vidadi Bərdəlinin oğlunun CİNAYƏT İŞİ: "Nərminlə olanda..." - VİDEO

Vidadi Bərdəlinin oğlunun CİNAYƏT İŞİ: "Nərminlə olanda..." - VİDEOMüğənni Vidadi Bərdəlinin oğlu Tuncay Vəliyevin cinayət işi

Lent.az həmin cinayət işinin istintaq materiallarını təqdim edir:

2018-ci il iyunun 7-i gecə saat 01:59-da "103" xidmətinə Nəsimi rayonu, Əbilov küçəsində naməlum şəxsin bıçaqlanması haqda məlumat daxil olub. Çağırış yerinə gedən həkimlər yaralı Rəşad Hüseynovu Kliniki Tibbi Mərkəzə hospitalizasiya ediblər.
Həkimlərin müdaxiləsinə baxmayaraq R. Hüseynov saat 03:20-də aldığı xəsarətlərdən ölüb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, R.Hüseynovun ölümünə - ürəyin zədələnməsi ilə nəticələnən kəskin qanitirmə səbəb olub.
Vidadi Bərdəlinin oğlunun CİNAYƏT İŞİ: "Nərminlə olanda..." - VİDEOHadisədən dərhal sonra Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlara başlanılır.

Hadisə yerinə baxış keçirən kriminalistlər Rəşad Hüseynova məxsus avtomobilin qabaq sağ oturacağının üzərindən gümüşü rəngli, ekranı sınmış qol saatı, qapının saxlanc yerində, 2 ədəd kapsul formasında həb, baqajdan isə 1 ədəd bıçaq tapıblar.
Vidadi Bərdəlinin oğlunun CİNAYƏT İŞİ: "Nərminlə olanda..." - VİDEOPolis və prokurorluq əməkdaşları qətlin açılması istiqamətində iki gün çalışıblar. Nəhayət hadisədən iki gün sonra hadisəni törətməkdə şübhəli bilinənlərdən birinin müğənni Vidadi Bərdəlinin oğlu olduğu məlum olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mərhum müğənni Vidadi Bərdəlinin oğlu, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Tuncay Vəliyev saxlanılıb.
Vidadi Bərdəlinin oğlunun CİNAYƏT İŞİ: "Nərminlə olanda..." - VİDEOHadisədən bir həftə sonra isə T.Vəliyevin cinayət ortağı Fərman Ocaqquliyev könüllü polisə təslim olub. O polisə təqdim etdiyi bıçaqla ayın 7-də Rəşad Hüseynovu qətlə yetirdiyini etiraf edir. Araşdırmalar zamanı məlum olur ki, onların hər ikisi əvvəllər müxtəlif cinayətlərə görə məhkumluq həyatı yaşayıb.
Vidadi Bərdəlinin oğlunun CİNAYƏT İŞİ: "Nərminlə olanda..." - VİDEOHadisə necə baş verib?

İstintaqla müəyyən edilib ki, 2018-ci il mayın 29-da Tuncay Vəliyev tanışları Rəşad Hüseynov, Asəf Qurbanov, Nigar Bağırova və şəxsiyyəti istintaqa məlum olmayan "Nərmin" (ad şərtidir) adlı şəxslə Quba rayonunun Qəçreş kəndində yerləşən istirahət mərkəzində olublar. Gecə saat 02 radələrində kotejdə olarkən, narkotik vasitə — heroin qəbul etməsi ilə əlaqədar onunla Rəşad Hüseynov arasında mübahisə yaranıb. Bununla əlaqədar Vəliyev, fiziki zor tətbiq edib yumruq zərbəsi ilə Hüseynova bədən xəsarəti yetirib. Fərman Ocaqquliyev özgənin əmlakını gizli talama məqsədi ilə 2017-ci il noyabrın 30-u saat 22 radələrində Taleh Məmmədzadəyə məxsus Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, 142 saylı evin qapısının açıq olmasından istifadə edərək, içəridən 1.200 manat dəyərində televizoru oğurlayıb.
Vidadi Bərdəlinin oğlunun CİNAYƏT İŞİ: "Nərminlə olanda..." - VİDEOİyunun 7-də sərxoş vəziyyətdə kafedə Tuncay Vəliyevdən aldığı narkotik vasitə - heroini qəbul etdikdən sonra saat 01:40-da Topçubaşov və Əbilov küçələrinin kəsişməsində əvvəllər tanımadığı Rəşad Hüseynovun idarə etdiyi "Nexia" markalı avtomobilin üzərinə sürməsini bəhanə edib, ünvanına söyüş söyərək fit səsi ilə onu saxlatdırıb.

Münaqişənin qaçılmaz olmasını dərk edərək, onu qabaqlayıb, bıçaqla Hüseynovun döş qəfəsinə bir zərbə endirib. Bu hərəkəti ilə onu xuliqanlıq niyyəti ilə qəsdən öldürüb.
Vidadi Bərdəlinin oğlunun CİNAYƏT İŞİ: "Nərminlə olanda..." - VİDEOVidadi Bərdəlinin oğlu Tuncay istintaqa nə deyib?

İş üzrə dindirilən Tuncay Vəliyev bildirib ki, 2012-ci ilə qədər "Kubinka" adlanan ərazidə yaşayıb. Sonradan Binəqədi rayonuna köçsələr də, əksər vaxtını köhnə məhəllədə keçirib. Mərhum Rəşad Hüseynovu yaşadığı məhəllədən tanıyıb. Münasibətləri daim yaxşı olub, vaxtı ilə bir yerdə cəzaçəkmə müəssisəsində cəza çəkiblər. Onu əvvəllər dindar insan kimi tanısa da, sonrada narkotik vasitələr qəbul etdiyini öyrənib. 2017-ci ilin aprel ayında cəzasının sonu ilə əlaqədar azad olunub. Atası vəfat etdikdən sonra pul qazanmaq məqsədilə icarəyə götürdüyü BMW markalı avtomobillə bir müddət taksi fəaliyyəti ilə məşğul olub. 2018-ci il mayın 28-də dostları ilə görüşmək üçün köhnə məhəlləyə gəlib. Həmin gün Asəf, Nigar, Nərmin və Rəşadla istirahət etmək üçün Quba rayonuna yollanıblar. Saat 22 radələrində Qəçrəş kəndinə çatıblar və 3 otaqlı kotejdə gecələyiblər. Nərminlə cinsi əlaqədə olanda, digər otağdan Rəşadla Asəfin mübahisə etdiklərini eşidib. Buna — Rəşadın Asəfin gətirdiyi narkotik maddələri tək istifadə etməsi və heç kimlə bölmək istəməməsi səbəb olub. Yarım saatdan sonra Rəşad qapını döyüb, onu çölə çağırıb. Otaqdan çıxan kimi onunla mübahisə etməyə başlayıb, yumruq atanda əlbəyaxa olublar. Tanışı narkotik vasitələrin təsiri altında olduğundan ona güc gələ bilməyib, Asəf isə onları sakitləşdirməyə çalışıb. Həmin gecə Rəşad öz maşını ilə Bakıya qayıdıb. O, səhərə kimi Asəf və qızlarla kotejdə qalıb, səhər isə taksi ilə paytaxta gediblər. Rayondan qayıdından sonra Rəşadın ünvanına hər hansı ifadə işlətməyib. Ümumiyyətlə Fərmanla onun arasında Hüseynovu öldürmək barədə söhbətləri olmayıb. İyunun 6-ı saat 18 radələrində "Kubinka"ya gələrək, Fərman və Etibarla görüşüb. Gecə saat 01:30-dək "Nizami" metrostansiyasının yanında yerləşən kafedə olublar. Fərman onlardan tez çixaraq, harasa gedib. Etibarla məhəllənin qarşısına çatanda maşının ətrafına çoxlu sayda insanların yığışdığnı görüblər. Nə baş verdiyini soruşanda əvvəl Rəşadın öz avtomobilində "narkotik" qəbulundan öldüyünü, lakin sonra sinəsindən qan gəldiyini deyiblər. Həmin vaxt Fərman Rəşadı bıçaqla vurması barədə onlara heç nə deməyib.
Vidadi Bərdəlinin oğlunun CİNAYƏT İŞİ: "Nərminlə olanda..." - VİDEOTuncay Vəliyev qeyd edib ki, avtomobilini satıb, əvəzinə narkotik vasitələr almayıb. Ümumiyyətlə heç vaxt narkotik satmayıb. Rəşad Hüseynovun ölümü ilə onun heç bir əlaqəsi olmayıb.

Fərman Ocaqquliyevin ifadəsi...

İş üzrə dindirilmiş Fərman Ocaqquliyev bildirib ki, 2018-ci ilin əvvəllərində ailəsi ilə "Kubinka" adlanan əraziyə köçüblər. Orada yaşayan Etibar və onların məhəlləsinə tez-tez gəlib-gedən Tuncayla dostluq edib. İyunun 6-da günorta saatlarında araq, ardınca təmiz spirt və narkotik vasitə qəbul edib: "Bir az evdə oturdum, sonra küçəyə çıxdım. Küçədə gəzərkən bir anlıq özünü idarə edə bilməyərək büdrədim. Bu zaman avtomobilin üzərimə gəldiyini hiss etdim. Sükan arxasında olan Rəşad Hüseynovu söydüm. O, avtomobili arxaya sürərək maşını saxladı. Söyüşü eşitdiyini anladım və onunla münaqişənin qaçılmaz olduğunu dərk etdim. Əlimdəki bıçağı Rəşadın ürəyinə sancdım".
Vidadi Bərdəlinin oğlunun CİNAYƏT İŞİ: "Nərminlə olanda..." - VİDEORəşadı bıçaqladıqdan sonra ərazidən uzaqlaşan Fərman yolda Tuncay və Etibarla rastlaşıb. Onlara avtomobildə olan sürücünü vurmağı barədə heç nə deməyib.

Fərman Ocaqquliyev əlavə edib ki, hadisəyə qədər Rəşad Hüseynovu ümumiyyətlə tanımayıb. Rəşad Hüseynovu Tuncay Vəliyevlə birlikdə və ya onun təhirki ilə öldürməyib.

Əməliyyat zamanı xanımı Vidadi Bərdəlinin şəklini niyə otaqdan çıxarıb?

Şahid qismində dindirilən 21-ci Polis Bölməsinin rəis müavini Bəxtiyar Vəliyev ifadəsində göstərib ki, araşdırmalar zamanı müəyyən etdik ki, cinayəti törədənlərdən biri Vəliyev Tuncay Vidadi oğludur: "Onun yaşadığı evdə axtarış zamanı xeyli narkotik çıxdı. Narkotik vasitələr tapılandan sonra axtarışda iştirak edən Nahidə Heydərova müxtəlif bəhanələr gətirərək, oğlu Tuncayın həmin otaqdan çox nadir hallarda istifadə etdiyini və tapılan narkotiklərin ona aid olmadığını dedi. Tuncayın anası həmçinin istintaq tədbirini pozmaq üçün əri Vidadi Vəliyevin ruhuna hörmətsizlik etdiyimizi əsas gətirərək onun şəkilini götürüb otaqdan çıxdı".
Vidadi Bərdəlinin oğlunun CİNAYƏT İŞİ: "Nərminlə olanda..." - VİDEORəis müavini həmçinin deyib ki, yazı masasının siyirtmələri arasında yerləşən boşluqdan tapılan paketlərdə avtomobillər üçün nəzərdə tutulan dövlət qeydiyyat nişanları, 2 ədəd bıçaq, 3 ədəd vintaçan, 1 ədəd qayçı və 7 ədəd rezin əlcək aşkar edilib. Protokol tərtib olunaraq, axtarışda iştirak edən bütün şəxslər tərəfindən imzalanıb, yalnız Nahidə Heydərova imza etməkdən imtina edib. Tuncay Vəliyevə məxsus BMW markalı avtomobilə baxış keçirilərkən, sürücü tərəfdən olan qapıdan 1 ədəd vintaçan götürülüb. Salonda və geyim əşyalarının üzərində qanabənzər ləkələr aşkar edilməyib.

Tuncayla oteldə gecələyən qızın ifadələri...

Şahid Nigar Bağırova ifadəsində göstərib ki, Nərmin adlı rəfiqəsi ilə söhbət edəndə Tuncay idarə etdiyi avtomobillə onlara yaxınlaşıb. Tuncay Nərminlə sevgili olub. Söhbət zamanı Asəf və Rəşad adlı şəxslə Quba rayonuna gedib, istirahət etməyi təklif edəndə onlar razılaşıblar. Otelin restoranında yemək yeyərkən spirtli içkilər qəbul ediblər. Gecə saat 3 radələrində kotecə keçdikdən sonra Tuncayla Nərmin ayrı otağa keçiblər. O, isə Asəflə ümumi otaqda qalıb. Bir müddətdən sonra Tuncay və Rəşad bir-birini təhqir edib, əlbəyaxa olublar, Asəf isə onları ayırmağa çalışıb. Kotecdən çıxaraq, mübahisəni orda davam ediblər. Sonra Tuncay geri gəlsə də, Rəşad Bakıya qayıdıb. İyunun 7-də məhəllədən tanıdığı Eldar adlı şəxsdən Rəşadın öldürüldüyünü eşidib.
Vidadi Bərdəlinin oğlunun CİNAYƏT İŞİ: "Nərminlə olanda..." - VİDEOHökm...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərman Ocaqquliyevə 19 il müddətinə azadlıqdan məhrum edilib. Tuncay Vəliyevə "qəsdən adam öldürmə" maddəsi ilə bəraət verilib, o xuliqanlıq və narkotik maddələrin satışında təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1455   Tarix: 27 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gəlişi hiss edilməsə də, yazın son ayında - 14 gün evdə olacağıq

Gəlişi hiss edilməsə də, yazın sonuncu ayını-mayı yaşayırıq. "Qafqazinfo" 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən xəbər verir ki, mayda şənbə və bazar günləri daxil olmaqla 14 gün iş olmayacaq. Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı

10 may
.

Prezident İlham Əliyev Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb

Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:. "Bu gün hər şey göz qabağındadır. Azərbaycanın beynəlxalq mövqeləri, beynəlxalq nüfuzu n

10 may
.

İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial media hesabında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır

10 may
.

İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial şəbəkə hesablarında ümummilli liderin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb. paylaşımı təqdim edir:

10 may
.

Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial media hesabında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Heydər Əliyev - 103. Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir

10 may
.

TƏCİLİ: Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - Təqaüd yaşı ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya yaşı ilə bağlı mövzu vətəndaşlar arasında daim aktual olaraq qalır. Xüsusilə, uzun illər işləyən və müəyyən kapital toplayan şəxslər üçün "erkən pensiya" məsələsi tez-tez gündəmə gəlir. Bəs 25 il iş stajı olan və kifayət qədər vəsait yığan vətəndaşlar daha tez pensiyay

10 may
.

"Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib" - Emil Əkbərov

"Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Bu gün hər bir azərbaycanlı ulu öndər Heydər Əliyevi dərin hörmət və ehtiramla anır. Bütün həyatını xalqına həsr etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının şərəfli tarixind

10 may
.

Prezident: "Birinci Qarabağ müharibəsi vaxtı ordumuz faktiki olaraq quldurların əlində idi"

"O vaxt əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, xalqımızın, dövlətimizin taleyi çox ağır ola bilərdi. Məhz onun fəaliyyəti nəticəsində bütün mənfi meyillərə son qoyuldu, vətəndaş müharibəsinə son qoyuldu, hakimiyyətsizlik, özbaşınalıq kimi hallara son qoyuldu, ölkəmizdə sabitli

10 may
.

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB+FOTO - VİDEO

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı. - Bu gün Zəngila

10 may