2005-ci ildə baş leytenant idi, dünən general-leytenant oldu

2005-ci ildə baş leytenant idi, dünən general-leytenant olduXəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, üç hərbçiyə general-leytenant, bir polkovnikə isə general-mayor ali hərbi rütbəsi verilib.

Sonxeber.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, rütbəsi artırılaraq general-leytenant olan hər üç yüksək rütbəli zabit SHÇDX-in rəisi, general-polkovnik Arzu Rəhimovun müavinləridir.

Bunlar general-leytenant Şahverdiyev Mayıl Seminar oğlu, general-leytenant Abdullayev Zaur Qasım oğlu və general-leytenant Mirzəyev Yusif Həsən oğludur.

Məlumat üçün bildirək ki, Mayıl Şahverdiyev Arzu Rəhimovun müavini təyin olunmazdan öncə SHÇDX-in Göygöl rayon şöbəsinin rəisi olub. O, xidmət rəisinin müavini vəzifəsinə 2017-ci ilin oktyabrında gətirilib. 2018-ci ildə isə Prezidentin sərəncamı ilə general-mayor ali hərbi rütbəsi alıb.

Fotoda general-leytenant Mayıl Şahverdiyev
2005-ci ildə baş leytenant idi, dünən general-leytenant olduXatırladaq ki, 1977-ci il təvəllüdlü Mayıl Şahverdiyev bir neçə il öncə mətbuatın gündəminə evində oğurluq hadisəsi olması ilə gündəmə gəlmişdi. 2016-cı ildə onun Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 12 A-da yerləşən 26 nömrəli mənzilinə daxil olan oğrular, evdən 20 000 ABŞ dolları, 20 000 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd ov tüfəngi aparmışdılar.

Rütbəsi artırılan Yusif Mirzəyev isə mərhum dilçi alim, sabiq deputat Həsən Mirzəyevin oğludur. O, 2018-ci ilin fevralında Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi təyin edilib. Bir il sonra isə general-mayor ali hərbi rütbəsini alıb.

Fotoda general-leytenant Yusif Mirzəyev
2005-ci ildə baş leytenant idi, dünən general-leytenant olduGeneral-leytenant rütbəsinə ən tez yüksələn Zaur Abdullayevdir. O, 16 il öncə, yəni 2005-ci ildə Dövlət Sərhəd Xidmətinin baş leytenantı olub. Həmin ildə də "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub. 2012-ci ildə isə polkovnik rütbəsinə yüksəlib və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini təyin edilib. İki il sonra Arzu Rəhimovun birinci müavini olub. Bundan bir il sonra general-mayor rütbəsini alıb.

Fotoda general-leytenant Zaur Abdullayev
2005-ci ildə baş leytenant idi, dünən general-leytenant olduGeneral-mayor rütbəsinə yüksələn Çingiz Kiçibəyov isə xidmətin Suraxanı rayon şöbəsinin rəsidir. O, daha əvvəl Quba və Sabunçu rayonlarında da eyni vəzifədə çalışıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2177   Tarix: 28 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ

"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa

25 oktyabr
.

Xəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində

24 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Məktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR

Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-

25 oktyabr
.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

25 oktyabr
.

Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı

25 oktyabr
.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların

25 oktyabr
.

Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?

Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose

25 oktyabr