Saatlıda müəllim, 26 il nazir, Türkiyəyə qadağa - UNUDULAN MƏMURLAR

Saatlıda müəllim, 26 il nazir, Türkiyəyə qadağa - UNUDULAN MƏMURLARVaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…
İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevdən bəhs edəcəyik:
Qarayev Əbülfəs Mürsəl oğlu 13 noyabr 1956-ci ildə Bakıda anadan olub. 1973-cü ildə orta məktəbi, 1978-ci ildə isə Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunu bitirib. Daha sonra isə təhsilini Sovet İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasında davam etdirib.

Sabiq nazir Saatlı rayonunda ingilis dili müəllimi, Azərbaycan komsomolunda məsul vəzifələrdə, 1985–1989-cu illərdə Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri vəzifələrində çalışıb.

Əbülfəs Qarayev həmçinin 1992-ci ildə Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarında, Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyatşunaslıq kafedrasında Baş müəllim, "İMPROTEKS Kommers" kiçik müəssisəsində müdir olub.

O, müxtəlif nazir vəzifələrini də icra edib. Belə ki, Əbülfəs Qarayev 1994–2001-ci illərdə Gənclər və İdman naziri, 2001–2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006–2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifələrində çalışıb.

21 may 2020-ci ildə Mədəniyyət naziri vəzifəsindən azad edilib. Bundan xeyli əvvəl isə Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Ə.Qarayevin müavini Rafiq Bayramov və idarə rəisi Zakir Sultanov həbs edilib.

Əbülfəs Qarayev 26 il nazir postunu tutub. Mətbuatda onun barəsində Mədəniyyət Nazirliyinə ayrılan milyonlarla manat büdcə vəsaitinin mənimsənilməsi haqda iddialar var. Tutduğu vəzifədən azad edildikdən sonra səhhətində yaranan problemə görə Türkiyəyə getmək istəyərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanından geri qaytarılması ilə bağlı məlumatlar da bir müddət medianın gündəmində olub.

Sabiq nazirin atası uzun illər Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı işləmiş, mərhum professor Mürsəl Qarayevdir.

O, ailəlidir, Suad adında bir övladı var. Suad Londonun Ali İqtisadiyyat Məktəbinin Fəlsəfə və Dövlət Siyasəti üzrə magistraturasını bitirib. Daha sonra aparıcı investisiya banklarında maliyyəçi vəzifələrində işləyərək uğurlu karyera qurmağa nail olub. Bunun ardınca Suad Qarayeva Mərkəzi Sent-Martin Kollecində müasir incəsənəti tədqiq etməklə və sonradan Qlazqo Universitetində Kristis Təhsil Proqramı üzrə Aktual və Müasir İncəsənət üzrə magistr dərəcəsini almaqla incəsənət aləminə qədəm basıb. Hazırda Londonda yaşayır.

Əbülfəs Qarayev "Şöhrət" , 1-ci dərəcəli "Vətənə xidmətə görə", "İncəsənət və ədəbiyyat", 3-cü dərəcəli "Xidmətlərə görə" ordenləri ilə təltif edilib.

Sabiq nazir tələbəlik dövründə müxtəlif orqanlara seçilib. O, Nərimanov rayon Xalq Deputatları Sovetinin deputatı olub. Fəlsəfə elmləri namizədidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3214   Tarix: 28 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr