DYP-dən cərimə meydançasına salınan "Lamborghini" barədə AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO

DYP-dən cərimə meydançasına salınan "Lamborghini" barədə AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEOBakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda iş adamına məxsus "Lamborghini" markalı avtomobilin cərimə meydançasına aparılması ilə bağlı hadisəyə münasibət bildirib.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, nəqliyyat vasitələrinin səsboğucu sistemindən xaric edilən səs limitinin şəhər mühitində normativi kimi qəbul edilən desibeldən (Db) artıq olması yolverilməzdir:

"Yol Hərəkəti Təhlükəsizliyinə dair konvensiyada göstərilən mövcud standartlara görə, avtomobilin ətraf mühitə verdiyi səsin 75 desibelden artıq olması yolverilməzdir. Qeyd olunan "Lamborghini" avtomobili bir sıra digər nəqliyyat vasitələri kimi sport rejimi olan avtomobillər siyahısındadır. Bildirmək istəyirik ki, bu cür avtomobillər ümumi istifadədə olan yollarda digər avtomobillər kimi normal idarə oluna bilirlər. Onları sport rejiminə keçirərək, motor səsinin yüksəldilməsi sürücünün şəxsi iradəsindən asılıdır. Hər bir nəqliyyat vasitəsi şəhər mühitində və ümumi istifadədə olan yollarda mövcud qaydalara uyğun şəkildə hərəkət etməlidir.
Burada söhbət hər hansı konstruksiya dəyişikliyindən getmir. Misal olaraq, müasir avtomobillərin 240-260 km/saatla hərəkət etmək imkanları var. Belə çıxır ki, hər kəs nəqliyyat vasitəsini bu sürətlə idarəetməlidir? Məntiq, eyni məntiqdir. Əgər kimsə bu cür avtomobillərin sport rejimindən istifadə etmək istəyirsə, bu yalnız idman yarışlarında, xüsusi treklərdə, yəni nəqliyyata tam qapalı ərazilərdə, xüsusi təhlükəsizlik qaydaları gözlənilməklə mümkündür. Heç kim insanların yaşadığı əraziləri idman trekləri ilə səhv salmamalıdır".

13:07

"Ay ərzində bəlkə də 3-4 dəfə avtomobilimi səsboğucu sisteminə müdaxilə etmək şübhəsi ilə cərimə meydançasına aparıblar. Bu məsələ ilə bağlı DYP əməkdaşları ilə heç cür ortaq məxrəcə gələ bilmirik. Onlar da yorulub, mən də".

Bu sözləri Oxu.Az-a açıqlamasında cərimə meydançasına aparılan "Lamborghini"nin sahibi Süleyman Əliyev deyib.

O bildirib ki, bu, rastlaşdığı ilk belə hal deyil:

"Təəssüf ki, mən artıq neçənci dəfədir bu hal ilə qarşılaşıram. Tez-tez avtomobili cərimə meydançasına aparırlar. Sonra avtomobilə mütəxəssislər tərəfindən baxış keçirilir və məlum olur ki heç bir müdaxilə yoxdur. Bu avtomobillərə ümumiyyətlə istəsəniz də müdaxilə edə bilməzsiniz. Bu məsələ ilə bağlı dəfələrlə avtomobilin rəsmi xidmət mərkəzində yoxlanıldığına, standartlara uyğun olaraq servis olunduğuna və zavod tərəfindən quraşdırılan səsboğucu sisteminə hər hansı müdaxilənin olmadığına dair rəsmi rəy də almışıq. Bu maşınları fərqləndirən cəhətlərdən biri də məhz özünəməxsus səsboğucu sistemləridir.

Bilirsiniz buna görə heç bir cərimə tətbiq edilmir, amma həm DYP əməkdaşlarının vaxtı gedir, həm də mənim. Avtomobil nə üçün günlərlə cərimə meydançasında qalmalıdır? Bu məsələnin köklü bir həlli yolu olmalıdır".

S.Əliyev deyir ki, avtomobilin istehsalçı şirkət tərəfindən hansı göstəricilərlə buraxıldığını hər kəs az-çox bilir. Əgər bu avtomobilin idarəolunması ilə bağlı paytaxt ərazisində problem yaranırsa ölkəyə buraxılmasına nə üçün icazə verilir?

"Bilirsiniz, mən problem yaratmağa deyil, tam əksinə onun həlli yollarını axtarmağa can atıram. Bu problemlə qarşılaşan tək mən deyiləm, bir neçə belə avtomobil sahibləri var ki, əsassız yerə yoruluruq. Əgər qanunvericilikdə belə bir məsələ ilə bağlı maddə yoxdursa, aidiyyəti üzrə bu və digər avtomobillərin istehsalçıları ilə daxili qaydada nizamlayıcı sənədlər hazırlansın. Bu məsələnin həlli üçün iki yol var: ya qanunvericilikdə bu məsələ öz əksini tapmalıdır, ya da bu tip avtomobillər ölkəyə buraxılmamalıdır ki, sonra da belə problemlərlə qarşılaşmayaq".

12:07
Bakıda iş adamının Lamborjinisini cərimə meydançasına apardılar.

Oxu.Az xəbər verir ki, avtomobilin videogörüntüləri sosial şəbəkədə yayılıb.

İlkin məlumatlara görə, avtomobil paytaxtda tanınmış iş adamlarından olan "SAS" İnşaat MTK-nın rəhbəri Süleyman Əliyevə məxsusdur.

Avtomobilin səsboğucu sisteminə müdaxilə şübhəsi ilə cərimə meydançasına aparıldığı deyilir.

Həmin görüntüləri təqdim edirik:

DYP-dən cərimə meydançasına salınan "Lamborghini" barədə AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEODYP-dən cərimə meydançasına salınan "Lamborghini" barədə AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEODYP-dən cərimə meydançasına salınan "Lamborghini" barədə AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEODYP-dən cərimə meydançasına salınan "Lamborghini" barədə AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEODYP-dən cərimə meydançasına salınan "Lamborghini" barədə AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6037   Tarix: 28 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr