"Azərbaycan həqiqətlərini və reallıqları artıq dünya qəbul edib" - DEPUTAT

"Azərbaycan həqiqətlərini və reallıqları artıq dünya qəbul edib" - DEPUTATİstiqamət: diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

"Bildiyimiz kimi, bu gün ölkəmizin sürətli inkişafı, Vətən müharibəsindən sonra geosiyasi vəziyyətin dəyişməsi, təbii ki, dostlarımızın sevincinə, düşmənlərimizin isə qəzəbinə səbəb olur. Düşmənlərimiz bu işdə səfərbər olublar, ölkə daxilində "sapı özümüzdən olan baltaların" əli ilə Azərbaycana qarayaxma kampaniyası aparılır, eləcə də xaricdən maliyyələşdirilən qurumlar tərəfindən böyük təbliğat və təşviqat işləri görülür".

Bu sözləri Sonxeber.az-a açıqlama verən deputat İlham Məmmədov deyib.

O, qeyd edib ki, VI çağırış Milli Məclis ilk işinə başlayarkən İlham Əliyev parlament qarşısında da əsas məsələlər sırasında beynəlxalq səviyyədə əlaqələrin qurulmasını, dostluq qrupların səviyyəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını, Azərbaycansevər qüvvələrin cəmləşməsini və onlarla fəal işin aparılmasını vurğulayıb:

"Lakin Vətən müharibəsi zamanı biz gördük ki, cənab Prezidentimiz özü həm hərb meydanında cəsarətli bir sərkərdə kimi, həm də beynəlxalq mətbuata informasiyanın çatdırılması, dünyanda Azərbaycan haqqında düzgün fikirlərin formalaşması üçün çox böyük əmək sərf etdi. Hesab edirəm ki, bu istiqamətdə diaspor ilə lobbiçilik fəaliyyətinə və bizim uzun illər ölkəmizdə və xaricdə tədbirlərin keçirilməsinə görə "ağız büzən"lər, söz atanlar var idi.

Avroviziya, Avropa oyunları, İslam Həmrəyliyi oyunları, bir çox multikultural dəyərləri əks etdirən böyük konfranslar və digər tədbirlərin keçirilməsi Azərbaycanın dostlarının və lobbiçilərinin sayını artırdı.

Vətən müharibəsi zamanı da biz bunun şahidi olduq. Bizə dost ölkələrin lobbiçilik etməsi, Azərbaycan həqiqətlərini görən insanların, təşkilatların, dövlətlərin yanımızda olması xalqımıza güc-qüvvə verdi.

Bu gün mən çox cəsarətlə deyə bilərəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi də bu istiqamətdə işini çox yaxşı qurub.

Bu yaxınlarda Komitə nümayəndələri ABŞ-da digər diaspor təşkilatları ilə görüşüblər. Rusiyada diaspor təşkilatlarının formalaşması, lobbiçiliyin artırılması üçün çox aktiv və fəal iş görülür.

Vaxt var idi, biz dünyada informasiya blokadasında idik. Bizi dünyadan təcrid etmək istəyirdilər. Amma bu gün vəziyyət tamam fərqlidir. Biz cəsarətlə deyə bilərik ki, Azərbaycan həqiqətlərini və reallıqları artıq dünya qəbul edib.

Dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində, eləcə də NATO-nun sammitində İlham Əliyev şəxsən iştirak edib. Möhtərəm cənab Prezidentimiz ortaya qoyduğu şərtlər əsasında dünyanın geosiyasi mənzərəsinin artıq dəyişməsinin və regiona sülhün gəlməsinin vacib olduğu qeyd edib.

Təbii ki, bizim sərhədlərimiz daxilində görülən işlər çoxdur. Minalanmış ərazilərin təmizlənməsi və sərhəd delmitasiya-demarkasiya məsələlərinin sürətlənməsi üçün Avropa özü də artıq təkidlə müəyyən tələbləri irəli sürür.

Bu, bizim diplomatik qələbəmiz və uğurumuzdur! Əlbəttə, bütün bunların başında cənab Prezidentimiz durur. Diplomatik qələbə ilə yanaşı, diaspor və lobbiçilik fəaliyyəti də çox önəmlidir. Hesab edirəm ki, bundan sonra həmin fəaliyyəti daha da gücləndirmək çox vacibdir".

Material Azərbaycan Respublikası

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Azərbaycan həqiqətlərini və reallıqları artıq dünya qəbul edib" - DEPUTATZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1188   Tarix: 29 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr