Azərbaycan dənizçisi özünü gəmidən ataraq intihar etdi
Azərbaycan dənizçisi intihar məqsədilə özünü Qazaxıstan limanında gəmidən suya atıb.
Bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) məlumat yayıb.
Bildirilib ki, ASCO Dəniz Nəqliyyatı Donanmasına aid "Qarabağ" gəmi-bərəsi 28 dekabr saat 19:20-də göyərtəsində 33 vaqon olmaqla Ələt limanından Qazaxıstanın Kurık limanına doğru yola düşüb.
29 dekabrdan gəmi əlverişsiz hava şəraiti ilə əlaqədar Kurık limanına yan alması üçün reyddə lövbərdə dayanıb.
30 dekabr saat 08:45-də "Qarabağ" gəmisi reyddə lövbərdə dayanan vaxt üçüncü mexanik 1981-ci il təvəllüdlü Zahir Əsgərəli oğlu Məstiyev özünü gəmidən atıb.
Gəmi heyəti tərəfindən dərhal suya xilasedici dairə atılıb və qayıq suya salınıb. Buna baxmayaraq, dənizçi xilasedici dairəni tutmayıb.
Gəmi heyət üzvlərinin sözlərinə görə, Zahir Məstiyev səfər zamanı ailəsində problemlərin olduğunu bildirib. O, bununla əlaqədar əvəz olunması üçün müraciət edib. Müraciət əsasında gəminin Bakıya dönüşü zamanı onun əvəz olunması planlaşdırılırdı.
Hadisə ilə bağlı Qazaxıstanın və Azərbaycanın aidiyyəti qurumlarına dərhal məlumat verilib. Hazırda Zahir Məstiyevin axtarışı aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1722 Tarix: 30 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arıqlamaq istəyən gənc qadın diş fırçasını uddu
Türkiyənin İstanbul şəhərində 21 yaşlı qadın arıqlamaq məqsədilə özünü qusdurmağa çalışarkən ehtiyatsızlıqdan 13 santimetr uzunluğunda diş fırçasını udub. xarici mediaya istinadla xəbər verir ki, hadisədən sonra vəziyyəti pisləşən qadın yaxınları tərəfindən Kanuni Sultan Süleyman Təlim və Araşdırma Xəstəxanasın
7 iyul11 yaşlı uşağa timsah hücum etdi, atasının müdaxiləsi həyatını qurtardı
ABŞ-ın Florida ştatında atası ilə balıq ovuna çıxan 11 yaşlı Brodi Terri timsahın hücumuna məruz qalıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Umatilla şəhərində baş verib. Məlumata görə, Brodi tutduğu balığı yenidən suya buraxmaq istəyərkən təxminən 2,6 metr uzunluğunda timsah qəfil suyun altında
9 iyulSürücüyə qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb - VİDEO
Türkiyənin İstanbul şəhərinin Sultanbəyli rayonunda yol hərəkəti zamanı mübahisə etdiyi sürücüyə qarşı nalayiq hərəkətlər edən M.K. polis əməkdaşları tərəfindən saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisənin sosial şəbəkələrdə yayılan görüntülərindən sonra araşdırmalara başlayan poli
7 iyulQonaq gözləyən ailənin evinə ilan gəldi - VİDEO
Türkiyənin Hakkari vilayətinin Derecik rayonunda qonaq gözləyən ailənin evinə ilan daxil olub. xarici mediaya istinadla xəbər verir ki, hadisə axşam saatlarında rayonun Başkaya məhəlləsində baş verib. Sönmez ailəsi evdə qonaq qarşılamaq üçün hazırlıq görərkən, isti hava səbəbindən otaqları havalandırma
7 iyulMasallıda atdan yıxılan kişi öldü
Masallı rayonunda atdan yıxılan 49 yaşlı kişi ölüb. apa-ya istinadla xəbər verir ki, hadisə ötən gün rayonun Ninalov kəndinin ərazisində baş verib. Məlumata görə, kənd sakini 1977-ci il təvəllüdlü Mikayıl Əbilov ehtiyatsızlıqdan atdan yıxılıb və ölüb. Faktla bağlı araşdırma aparılır
11 iyulPitbullun hücumuna məruz qalan 4 yaşlı qız həyatını itirib
Almaniyanın Maqdeburq şəhəri yaxınlığında baş verən faciəvi hadisədə pitbull cinsindən olan it 4 yaşlı qıza hücum edib. Ağır xəsarətlər alan azyaşlı həkimlərin bütün səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Maqdeburq yaxınlığındakı Osternienburge
10 iyul