Siqaret və spirtli içkilər bahalaşacaq?

Siqaret və spirtli içkilər bahalaşacaq?1 yanvar 2022-ci il tarixindən etibarən Azərbaycanda istehsal olunan içməli spirtin, arağın, tündləşdirilmiş içkilərin və içki materiallarının, likyorun və likyor məmulatlarının, konyak və materiallarının hər litrinə aksiz dərəcəsi 3,2 manatdan 4 manata, tütündən hazırlanan siqaretlər və əvəzedicilərinin 1000 ədədinə 35 manatdan 38,5 manata, qızdırılma nəticəsində istehlak edilən tütün və tütün məhsullarının 1000 ədədinə 12,9 manatdan 14 manata qaldırılır.

Həmçinin, növbəti ildən qəlyan üçün tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli malların siyahısına daxil edilib.

Aksizli malların siyahısına əlavə edilmiş qəlyan üçün tütün əvəzləyicilərinin hər kiloqramına 30 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq ediləcək.

Dəyişikliklər aksiz dərəcələri artırılan və aksizli mallar siyahısına əlavə edilən məhsulların qiymətinə necə təsir edəcək?

Bundan əvvəl aksiz dərəcələri artırılmış müvafiq məhsulların qiymətlərində müəyyən qədər dəyişikliklər hiss olundu. Növbəti ildən etibarən adı çəkilən məhsulların da qiymətlərində artımın müşahidə olunması gözlənilir.

"Bundan əvvəl də aksiz dərəcələrində müəyyən dəyişikliklər edildikdə nəticəni qiymətlərdə müşahidə etdik. Son dəyişikliyə əsasən, bir qutu siqaret üzrə aksiz dərəcəsi 7 qəpik təşkil artırılacaq. Bununla da satışda hər siqaret qutusu üzrə 10-20 qəpik civarında artım gözləyə bilərik", - bu barədə iqtisadi araşdırmaçı Seymur İbadov məlumat verib.

Onun sözlərinə görə, eynilə qızdırılma nəticəsində istehlak edilən tütün və tütün məhsullarına da aksiz dərəcəsinin təyin edilməsi qiymətlərdə müvafiq dəyişikliyə səbəb olacaq.

İqtisadçı əlavə edib ki, spirtli içkilərin, arağın, tündləşdirilmiş içkilərin və içki materiallarının, likyorun və likyor məmulatlarının, eləcə də konyak və konyak materiallarının qiymətində faiz nisbətində markadan asılı olaraq qiymətlərdə dəyişikliyi hiss edə bilərik:

"Dəyişikliyə əsasən, bu məhsullar üzrə aksiz dərəcəsi 3,2 manatdan 4 manata qaldırılır. Yəni, tündləşdirilmiş içkilər, konyak və s. üçün aksiz vergisində artım hər litrə 80 qəpik olacaq. Bu isə aksiz dərəcəsində 25 faizə qədər artım deməkdir. Nəticədə markadan asılı olaraq biz 5-10 faiz arasında qiymət dəyişikliklərini gözləyə bilərik".

O qeyd edir ki, ümumilikdə aksiz dərəcəsi artırılan məhsulların tərkibində insan səhhəti üçün ziyanlı maddələr mövcuddur və müxtəlif post sovet ölkələrində, inkişaf etmiş ölkələrdə bu məhsullar üçün tətbiq edilən aksiz vergiləri qat-qat yuxarıdır:

"Bu cür artımlar həm dövlət büdcəsində müsbət yığımlara səbəb olur, həm də insanların sağlamlığı üçün onların pis vərdişlərdən çəkinmələrinə təşviq edir".

Qeyd edək ki, müvafiq layihələr Milli Məclisdə müzakirə çıxarılaraq qəbul edilib. /Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1836   Tarix: 30 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

25 oktyabr
.

Bu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ

"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa

25 oktyabr
.

Məktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR

Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-

25 oktyabr
.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd

24 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

24 oktyabr
.

Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO

Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye

23 oktyabr