Pələng ilindən nə gözləyək? - PROQNOZ

Pələng ilindən nə gözləyək? - PROQNOZVəhşi heyvan olsa da, qəzəbli deyil. Aktivdir, hər zaman yaxşı şeylərin axtarışındadır. Olduqca enerjili və dinamikdir. 2022-ci il enerjili, parlaq və bütün yenilikləri ilə gözlənilməz olacaq. Yaxşı sürprizlərə hazır olmaq lazımdır.

Qədim şərq təqviminə görə, 2022-ci il pələng ilidir. Özü də bu pələng elə-belə pələng deyil, mavi su pələngidir. Onun özünün xüsusiyyətləri var. Öküz ili hərənin yaddaşında bir cür qaldı, yaxşısı, pisi ilə xatirəyə çevrildi, tarixə qovuşdu. Pələngsə öküz deyil! Nəcib və əsilzadə heyvandır. Hər halda, daha yaxşı olacaq. İlin devizi "məqsəd, zəhmət, nəticə, istirahət"dir. Təşəbbüs göstərən, qarşısına məqsəd qoyan, zirvələri fəth etmək istəyən və bundan ötrü əlləşib-vuruşan hər kəs nəticə görəcək. Bunu bizə Şərq astronomları vəd edir. Su pələngi çox səxavətli, nəcabətli və düşüncəlidir. O, eyni zamanda böyük energetika ilə inadkar, israrlı və zəhmətkeş adamları dəyərləndirir.

Bu barədə "Kaspi" qəzeti məqalə dərc edib.

Pələngin xarakteristikası

2022-ci ildə dəyişikliklər etmək üçün əsl vaxtdır. Mənzili, iş yerini, hətta peşənizi belə dəyişmək üçün ideal zamandır. Şərq alimləri deyir ki, ilin bütün özəlliklərini öyrənib, ona uyğun hərəkət etmək lazımdır ki, xeyir də görəsən. Bundan başqa, pələng inadkar və həm də tərs heyvandır. Ona görə də, həmişə ayıq-sayıq olmaq lazımdır. O, hər şeylə maraqlanır və demək olar ki, heç nədən qorxmur. Amma bir şey də var ki, bu il su pələngi ilidir. Ona görə də su onun aqressiyasını, sərtliyini bir qədər neytrallaşdırır. Su təbiətdə həm həyat mənbəyi, həm də coşqun dalğa kimi özünü göstərə bilər. Yəni həm həyat verə, həm də məhv edə bilər. Buna görə də, onun xarakterini bilib uyğunlaşmaq daha yaxşı olar.

Pələngdən nə gözləyək?

Pələng vəhşi heyvan olsa da, əslində, qəzəbli deyil. O, aktivdir, hər zaman yaxşı şeylərin axtarışındadır, hərəkətdədir. Olduqca enerjili və dinamikdir. Düşünürəm ki, 2022-ci il də buna görə enerjili, parlaq və bütün yenilikləri ilə gözlənilməz olacaq. Bütün sürprizlərə – yaxşı sürprizlərə hazır olmaq lazımdır. Yaradıcı insanların və siyasətçilərin bu il uğuru daha qabarıq olmalıdır. Amma o biri peşə sahiblərini də, yuxarıda qeyd etdiyim kimi, dəyişikliklər gözləyir. Əsas odur ki, insanlar hansı peşə ilə məşğul olurlar-olsunlar, tənbəl olmasınlar. Pələnglə yarışa çıxsınlar. Onun kimi dinamik, işgüzar olsunlar, yeniliyə meyilli olsunlar. Mütləq, hər şey yaxşı olacaq. Əsas odur ki, məqsədiniz olsun və bu məqsəd uğrunda sağlam savaşmağı, geri çəkilməməyi, qılıncı yerə qoymamağı bacarasınız.

Pələngin rəngləri

Sarı, göy, yaşıl rənglər bu ilin rəngləridir. Bəs bu il nə geyinsək yaxşıdır? Yəqin ki, ağlınıza ilk gələn pələng dərisi kimi naxışları olan parçadan geyimlər oldu. Səhv edirsiniz! Elə bilməyin ki, pələng sizi belə görüb özününkü biləcək, sevinəcək. Əksinə, bu cür maskarad onun qətiyyən ürəyincə olmayacaq. Şərq alimləri deyir ki, yaxşı olar ki, neytral rənglər seçəsiniz. Məsələn, torpaq rəngi, qızılı rəng, yaşıl rəngin müxtəlif çalarları, bej rəngli paltarlar geyinəsiniz. Əgər qarderobunuzda bu rənglərdə heç nə yoxdursa, mütləq alış-verişə çıxın. Özünüzü və pələngi sevindirin. Əslində, rəng çeşidi çoxdur, özünüzə və üzünüzə düşən, xoşunuza gələn modeldə geyim ala bilərsiniz. Vacib deyil bahalı və dəbdəbəli olsun, əsas odur ki, yaraşsın. O ki qaldı taxacağınız aksesuarlara... Nə istəyirsiniz taxın, bəzənin, amma əsas odur ki, seçdiyiniz aksesuarlar su ünsürlü olsunlar.

Pələngin süfrəsiPələng ilində süfrəmizi nə ilə bəzəyək? Bu da maraqlı sualdır. Pələng vəhşi heyvandır axı. Deməli, süfrəmizdə nə olmalıdır? Əlbəttə ki, ətli yeməklər. Mal, qoç, toyuq, hind toyuğu əti – fərq etməz. Amma bu o demək deyil ki, süfrəmizdə meyvə-tərəvəz olmasın. Olsun! Xurma, naringi və yeni il süfrəsinin ən əsas meyvəsi olan portağal olsun! Pələng yaşıllığı sevir. Süfrədə yeməklərə göy-göyərtidən bəzək vurmağı da unutmayın.

Sevgi dolu pələng

Pələng həddindən artıq sevgi dolu, məhəbbət doludur. Ona görə də bu il bir çoxları üçün sevgi, eşq, məhəbbət ili olacaq. Yeni münasibətlər, yeni duyğulara qapı açılacaq, insanlar daha çox xoşbəxt olacaqlar. Pələng həm də inkişafı sevəndir. Ona görə də maksimum dərəcədə üzərinizdə işləyin, məsələn, bilmədiyiniz xarici dil öyrənin, yeni peşəyə yiyələnin, ətrafınızda gözəl, xoş auralı insanlar olsun. Pələng sağlam və möhkəm heyvandır. Deyilənə görə, bu il hamı sağlam olacaq, xəstəliklər azalacaq. Mən də öz növbəmdə ümid edirəm ki, dünyanı ötən iki il ərzində lərzəyə salan, gözüyaşlı qoyan COVID-19 pandemiyası da bu gözəl pələng ilinin caynaqları altında əzilib məhv olacaq. Bütün bəşəriyyət xoşbəxt təbəssümlə gülümsəyəcək. Pələng ilində sağlam ol, planetim!


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6443   Tarix: 31 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

24 oktyabr
.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların

25 oktyabr
.

Xəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində

24 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr
.

Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 221,264 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçini

24 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

25 oktyabr