ÜST kompüter oyunlarından asılılığı rəsmən xəstəlik kimi tanıyıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kompüter oyunlarından asılılığı rəsmən xəstəlik kimi tanıyıb.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti"yə ÜST-ün psixoaktiv maddələr və asılılıq yaradan davranışlar üzrə eksperti Vladimir Poznyak bildirib.
İndi oyun asılılığı Xəstəliklərin Beynəlxalq Statistik Təsnifatının 11-ci yeniləməsinə daxil edilib. Bu, psixi pozğunluğun bir növü kimi tanınır.
"Kompüter oyunlarından asılılığının diaqnozunu yalnız təlim keçmiş tibb mütəxəssisləri qoya bilər. Ona görə də oyun pozğunluğunun diaqnostik təsvirini qohumlara və ya dostlara şamil etmək olmaz. Bu, həkimlərin müstəsna hüququdur", - o vurğulayıb.
Agentliyin müsahibi qeyd edib ki, bayram günlərində insanların çoxu kompüter arxasında, o cümlədən video oyunlar oynamaqla daha çox vaxt keçirir. Bununla belə, oyun fəaliyyətinin artmasının xəstəlikdən xəbər verdiyini söyləmək olmaz. Bu nəticələr mütəxəssislər tərəfindən çıxarıla bilər.
Xəstədə il boyu onun həyatının bir çox sahəsinə, o cümlədən ailəsinə və peşə həyatına mənfi təsir göstərən oyun pozğunluğu əlamətləri görünməlidir.
Bununla belə, kompüter sənayesinin nümayəndələri oyun aludəçiliyinin xəstəliklər siyahısına salınmasının əleyhinədirlər. Onlar hesab edirlər ki, oyunların "tərbiyəvi və müalicəvi" funksiyaları var.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA
"WhatsApp" artıq belə görünəcək - FOTO
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Yastıq üzlərini neçə gündən bir dəyişdirmək lazımdır?
TƏCİLİ: Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - Təqaüd yaşı ilə bağlı VACİB AÇIQLAMA
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızının başını mişarla kəsdi
Emin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ