Azərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?
Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsinin istehlakçılara ötürülməsi ilə nəticələnə bilər. Digər tərəfdən, belə dəyişikliklər müəyyən məhsullar üzrə yerli istehsalçıların rəqabət imkanlarına da təsir göstərə bilər. Nəticələr isə rüsumların hansı məhsullara tətbiq olunmasından, bazardakı rəqabətdən və sahibkarların qiymət siyasətindən asılıdır.
Bəs, bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması məhsulların qiymətinə və sahibkarların xərclərinə necə təsir edə bilər? Bu dəyişikliklər yerli istehsalın rəqabət qabiliyyətini artıracaq, yoxsa istehlakçılar üçün əlavə bahalaşma riski yaradacaq və qiymət artımının qarşısını almaq üçün hansı iqtisadi mexanizmlər tətbiq oluna bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, burada söhbət idxal deyil, ixrac rüsumlarından gedir. Buna görə də məsələni idxal olunan məhsulların qiymətinə təsir kontekstində təqdim etmək düzgün olmaz.
"Söhbət əsasən iki növ məhsuldan, xüsusilə də dəmir və çuqun istehsalında istifadə olunan qara metal tullantılarından gedir. İxrac rüsumlarının artırılmasında əsas məqsəd həmin materialların xammal şəklində ölkədən çıxarılmasının qarşısını almaq və yerli istehsal müəssisələrinin xammalla təminatını yaxşılaşdırmaqdır. Çünki emal müəssisələri bəzən xammal çatışmazlığı ilə üzləşir və onu daha baha qiymətə əldə etməyə məcbur qalırlar. Bu baxımdan, ixrac rüsumlarının artırılması daxili bazarın qorunmasına və həmin sahədə fəaliyyət göstərən yerli istehsal müəssisələrinin dəstəklənməsinə xidmət edir. Məqsəd xammalın ölkədən emal olunmadan çıxarılması əvəzinə, daxili tələbat üçün istifadə edilməsi və ya emal olunmuş məhsul şəklində ixrac edilməsidir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 111 Tarix: 23 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Reza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb
Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd
23 oktyabrQəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:
22 oktyabrAzərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi
Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib
23 oktyabr"WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22 oktyabrPensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec
22 oktyabrSabah Bakıya və rayonlara yağış yağacaq
Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
21 oktyabrSabah bəzi yerlərdə yağış yağacaq
Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd
23 oktyabr