Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB + ADLAR + FOTO/VİDEO
Hacıqabul rayonunda zəncirvari qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report"un məlumatına görə, hadisə 10 nəqliyyat vasitəsinin iştirakı ilə qeydə alınıb, nəticədə bir nəfər ölüb, 14 nəfər yaralanıb.
Belə ki, Sabirabad rayon sakini, 1970-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələkbər oğlu hadisə yerində dünyasını dəyişib.
Bakı şəhər sakinləri - 1982-ci il təvəllüdlü Vəliyeva Mahirə Vaqif qızı, 1968-ci il təvəllüdlü Həsənov Fəxrəddin İsmayıl oğlu, Sabirabad rayon sakinləri - 2007-ci il təvəllüdlü Ələkbərov Fəxri Cəlil oğlu, 2005-ci il təvəllüdlü Əliyev Xəyyam Əyyam oğlu, 1994-cü il təvəllüdlü Məmmədova Rüfanə Mehman qızı, 2019-cu il təvəllüdlü Həsənli Əsmər Həsən qızı, 1977-ci il təvəllüdlü Ələkbərov Elmir Ələkbər oğlu, 1998-ci il təvəllüdlü Həsənova Pərvin Zeyfun qızı, 2017-ci il təvəllüdlü Məmmədəli Səyid Ramil oğlu, 2015-ci il təvəllüdlü Məmmədəli Fidan Ramil qızı, 2016-cı il təvəllüdlü Məmmədəli Elmira Ramil qızı, 1970-ciil təvəllüdlü Həsənova Rəqiyyə Abdulhəsən qızı, 2010-cu il təvəllüdlü Ələkbərov Hüseyn Elnur oğlu və 1993-cü il təvəllüdlü Həsənov Həsən Mehman oğlu xəsarət alıblar.
12:09
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Qazax magistralında baş verən hadisə barədə açıqlama verib.
Qurumdan Oxu.Az-a bildirilib ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində olub:
"İlkin məlumata görə, altı avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Hadisə nəticəsində iki nəfər ölüb, xəsarət alanlar var".
11:40
Bakı-Qazax magistralında 40-a yaxın maşının iştirakı ilə baş verən zəncirvarı qəza ilə bağlı yeni məlumatlar var.
APA-nın verdiyi məlumata görə, hadisə magistiralın 113 –cü km-də, Hacıqabul şəhərinin ərazisindən keçən yerdə baş verib.
Hadisə nəticəsində 1 nəfər ölüb,15 nəfər yaralanıb.
Hadisə yerindən foto və videonu təqdim edirik.




11:28
Bakı-Qazax magistralında ağır yol qəzası baş verib.
APA-nın verdiyi məlumata görə, Bakı Qazax magistralın Hacıqabul rayonu ərazisindən keçən hissəsində 40-a yaxın avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan var.
Əlavə məlumat veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 11169 Tarix: 01 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi
Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşlı Firəngiz Məmmədovanı vurub. Hadisə zamanı TIR qadının ayaqlarının üstündən keçib
17 oktyabrBilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrBakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində
3 oktyabrŞamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü
Şamaxı rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. xəbər verir ki, hadisə rayonun Çuxuryurd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı evin həyətində su ilə dolu beton çənin içərisinə düşərək həyatını itirib
19 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrGəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onlar xəstəxanay
18 oktyabrİsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç
10 oktyabr