Bayramlar münasibətilə şəhid ailələri ziyarət olunub - FOTO/VİDEO
Müdafiə nazirinin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailələrinə baş çəkilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bayramlar münasibətilə onlara sovqatlar təqdim olunub və Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri çatdırılıb.
Keçirilən görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu qeyd olunub, Müdafiə Nazirliyinin nümayəndələri şəhid ailələrinin qayğı və istəkləri ilə maraqlanıblar.
Şəhid ailələri Vətən müharibəsində qazanılan qələbənin xalqımıza böyük sevinc yaşatdığını vurğulayaraq, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildiriblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1798 Tarix: 01 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq
Sabah Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq. "Report" xəbər verir ki, bu ölkəyə 16 vaqon dizel yanacağı göndəriləcək. Bundan başqa, Azərbaycandan tranzit keçməklə, Rusiyadan Ermənistana 6 vaqon gübrə və 4 vaqon taxıl tədarük olunacaq. Məhsullar "Azərbayca
10 may60 yaşdan yuxarı insanlar üçün MÜHÜM XƏBƏR
7-8 yaşdan kiçik uşaqlar və 60-70 yaşdan yuxarı yaşlı insanlar yeni virusa yoluxma riski altındadır. Bunu Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin elmi direktoru Aleksandr Gintsburq bildirib. Ginzburq uşaqların immun sistemlərinin hələ tam inkişaf etmədiyini və yaşlıların immu
10 mayGəlişi hiss edilməsə də, yazın son ayında - 14 gün evdə olacağıq
Gəlişi hiss edilməsə də, yazın sonuncu ayını-mayı yaşayırıq. "Qafqazinfo" 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən xəbər verir ki, mayda şənbə və bazar günləri daxil olmaqla 14 gün iş olmayacaq. Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı
10 may