Gəncədə dünya çempionunu öldürən şəxs qətlin detallarını danışdı
Gəncədə tanınmış kikboksinq ustası İlqar Alıyevin oğlunu bıçaqlayıb öldürməkdə ittiham olunan Emil Məmmədov hadisənin təfərrüatlarını danışıb.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə 2019-cu il iyunun 15-də baş verib.
Belə ki, Gəncədə yerləşən "Uğur" çay evinin sahibi Emil Məmmədov həmin obyektin qarşısında yerləşən "Miraj" çay evinin birinci mərtəbəsindəki avtoyuma məntəqəsini də icarəyə götürərək işlədib. O, həmin avtoyuma yerinə gələrək maşınını yuduzduran Elnur Alıyevlə pul üstündə mübahisə edib. Onlar bir-birinə bıçaq xəsarətləri yetiriblər. Nəticədə 1995-ci il təvəllüdlü Elnur Alıyev qətlə yetirilib. Davanın digər iştirakçısı, 1983-cü il təvəllüdlü Emil Məmmədov isə yaralanıb.
Hadisəni törətməkdə təqsirli bilinən Emil Məmmədov barəsində cinayət işi başlanıb və o həbs edilib.
Məhkəmədə ifadə verən Emil Məmmədov bildirib ki, hadisədən bir il əvvəl onun icarəyə alıb işlətdiyi "Qızıl çay evi"ndə də ora gələnlər arasında dava düşüb. Dava edənlər arasında Elnur Alıyev də olub.
Çay evini həyat yoldaşı ilə birlikdə işlədən E.Məmmədov daha sonra başqa yerdən məkan icarəyə götürərək "Uğur" çay evi adı ilə işlətməyə başlayıb:
"Avtoyuma yerində işləyən Tural gəlib mənə dedi ki, Elnur məni söyür. Turala dedim ki, işiniz olmasın, göndərin getsin. Sonra o məni yenə söyərək təhqir etdi və mən də onun yanına getdim.
Elnura salam versəm də, salamımı almadı və "sənsən ə çaqqal, buranı işlədən" deyərək məni təhqir etdi. Ona dedim ki, "söyüş söymə, əgər Tural nəsə səhv hərəkət edibsə, onun yerinə üzr istəyirəm".
O isə dedi ki, "belə obyektlərə pul vermirəm". Cavab olaraq bildirdim ki, "biz maşını 5 manata yuyuruq, lakin sən maşınla bərabər onun motorxanasını da yuduzdurmusan və biz motorxananı da 5 manata yuyuruq, heç olmasa 5 manat fəhlənin pulunu ver get".
Elnur mənim bu sözümdən sonra maşından bıçaq götürüb qolumdan vurdu. Özümü müdafiə etmək üçün onun qolunu qatlayaraq elə öz əlində olan bıçaqla onu vurdum. Sonra orada olanlardan Elnuru xəstəxanaya aparmalarını xahiş etdim. Yaralı olduğum üçün xəstəxanaya apardılar. Daha sonra eşitdim ki, Elnur ölüb".
Məhkəmə iclasında ifadə verən mərhumun atası, tanınmış kikboksinq ustası İlqar Alıyev bildirib ki, Elnur idmançı idi və üç qat dünya çempionu, on beş qat respublika çempionu olub. İlqar Alıyev iddia edib ki, hadisə zamanı Emil tək olmayıb:
"Çünki, dəfələrlə küçə davalarında Elnur tək bir neçə nəfəri döyüb. Əgər Emil də tək olsaydı, Elnura heç nə edə bilməzdi. Elnur həm idmançı, həm də namaz qılan idi. O, içki içməzdi. Gəncədə hamı onun necə tərbiyəli olduğunu da bilirdi. Oğlum idmançı idi. 1-2 il bundan qabaq idmanı tərk edib müxtəlif yerlərdə işləyib. Son zamanlarda avtomobil alqı-satqısı ilə məşğul olurdu. Elə yuduzdurmağa apardığı maşını da satırdı. Həmi gün onu təmizlədib, səhəri gün satmağa aparacaqdı. Hadisə zamanı Emil tək olmayıb. Elnura arxadan baş nahiyəsinə zərbə endirilib, oğlum dizi üstə yerə düşəndən sonra Emil onu bıçaqla vurub".
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən Emil Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1527 Tarix: 03 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?
Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini
23 oktyabrAzərbaycanda bəzi mənzillər bahalaşacaq
Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat
25 oktyabrXƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23 oktyabrMəktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR
Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-
25 oktyabrBu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək
Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin
24 oktyabrXəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
24 oktyabrSabah Bakıda yağış yağacaq
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec
24 oktyabrBu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ
"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa
25 oktyabrKartdan-karta pul köçürənlərə VACİB XƏBƏR
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini
25 oktyabr