Bakıda MTK sədrinin özbaşınalığı

Bakıda MTK sədrinin özbaşınalığıBakıda Mənzil və Tikinti Kooperativinin (MTK) sədri başqasının əmlakını qəsdən məhv edib.

Oxu.Az istintaq materiallarına istinadən bildirir ki, hadisə nəticəsində zərərçəkmiş şəxsə ziyan vurulub.

Belə ki, MTK sədri 0,5810 hektar torpaq sahəsinin sədri olduğu Kooperativə verilməsinə çalışıb.

Məqsəd isə bu olub ki, həmin ərazidə yüksəkmərtəbəli yaşayış binalarının tikintisi layihələndiriləcək.

2018-ci ilin iyun ayından etibarən həmin ərazidə söküntü və tikinti-quraşdırma işləri aparılarkən ümumi ərazisi 18 kvadratmetr olan qaraj sökülüb.

Bundan əvvəl isə qarajın sahibi ilə MTK sədri kompensasiyanın məbləğində razılığa gələ bilməyiblər.

MTK sədri vətəndaşa ümumilikdə 14 400 manat ziyan vurmaqla onun əmlakını qəsdən məhv edib.

MTK sədri ifadəsində göstərib ki, dəfələrlə zərərçəkmiş şəxslə kompensasiyanın məbləğinə dair müzakirə aparıb.

"Onun qarajı binanın 1-ci blokunun tikintisinə maneə yaradırdı. Mən öz adamlarımdan birini göndərmişdim və qarajın sahibi ilə görüş keçirmişdi. O, bizdən 60 000 manat pul tələb edirdi. Biz isə bildirirdik ki, rəsmi mülkiyyət hüququnu təsdiq edən sənədi olan qarajlar üçün 8 000-10 000 manat arasında pul verə bilərik", - MTK sədri bildirib.

İstintaq zamanı isə həmin qarajın orta bazar qiymətinin 35 000 manat olduğu müəyyən edilib.

Məhkəmə MTK sədrini Cinayət Məcəlləsinin 186.1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə təqsirli bilib.

Ancaq onun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməyib. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

QEYD: Məhkəmə istintaqının materiallarında nə təqsirləndirilənin, nə də zərərçəkən şəxsin adı çəkilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1807   Tarix: 03 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar

24 oktyabr
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

25 oktyabr
.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Elm sahəsinə əlavə milyonlar ayrılacaq

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını

25 oktyabr
.

Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo

25 oktyabr
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

25 oktyabr