Qətlə yetirilən hərbçinin ailəsi danışdı
Xəbər verdiyimiz kimi, yanvarın 2-i saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elxan Məhəmməd oğlu Əvəzlinin naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant Yusif İsmayıl oğlu İsmayılovu, kiçik gizir Amil Fuar oğlu Cəlilzadəni və kiçik gizir Rəfail Natiq oğlu İbrahimovu qəsdən öldürüb.
Sonxeber.az xəbər verir ki, gizir Amil Cəlilzadənin atası Fuar Cəlilzadə Modern.az-a açıqlamasında ona hadisənin təfərrüatı ilə bağlı tam məlumat verilmədiyini bildirib:
"Çox ağırdır. Övladımın ani ölümünü qaldıra bilmirəm. Oğlum 1999-cu ildə Siyəzən rayonunda anadan olub. 2017-2019-cu illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıdandan bir müddət sonra yenidən müddətdən artıq xidmətə getdi. Vətən müharibəsində də iştirak edib. İşğal olunmuş ərazilərimizin demək olar ki, hamısının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Subay idi, arzuları vardı".
F. Cəlilzadə bildirib ki, ölən gün oğlu ilə iki dəfə telefonda danışıb:
"Dünən səhər saatlarında danışmışıq. Yaxşı olduğunu dedi. 3 oğlum var. O biri oğlum Cəlilzadə Məcnun da Vətən müharibəsində iştirak edib. Suqovuşanın və Laçının işğaldan azad olunması uğrunda göstərdiyi qəhrəmanlığa görə təltif olunub. Kiçik oğlum Yusifin 12 yaşı var".
O deyib ki, oğlunun nəşi bu gün saat 5-6 radələrində rayona gətiriləcək:
"Əgər gec olmasa, bu gün oğlumu şəhid kimi dəfn edəcəyik".
Mərhum Amilin qardaşı Məcnun Cəlilzadə açıqlamasında bildirib ki, sonuncu dəfə qardaşı ilə günorta və ölümündən 14 dəqiqə öncə danışıb:
"Zəng elədi ki, anama "Yasin" oxutdur. Ölməmişdən 14 dəqiqə öncə, 17:46-da zəng edib soruşdu ki, oxutdurdun? Həmin gün də günorta saatlarında xalalarımla danışanda deyib ki, anamı yuxuda görmüşəm. Görürəm ki, saat alıb qəbrinin üstünə getmişəm".
Amil 6 ayın əsgəri olanda anam Sevda Cəlilova vəfat etdi, ili yenicə çıxıb. 18 il Siyəzəndə ibtidai sinif müəllimi kimi çalışıb. Yüksək şəkər xəstəliyindən əziyyət çəkirdi. Ötən il sentyabrın 18-də koronavirusdan rəhmətə gedib".
M.Cəlilzadə qardaşının kiçik gizir kimi çalışıdığını və bütün əsgərlərinin ondan razılıq etdiyini söyləyib:
"Bütün əsgərləri ondan razı idi. Nə vaxt zəng edirdik, telefonuna əsgərləri cavab verirdi. Onların daim ailələri ilə əlaqə saxlamalarına yardım edirdi. Tərxis olunan əsgərləri zəng edib deyirlər ki, qardaşın bizə komandir yox, qardaş idi. Çox sarsılmışıq, "niyə", "nə üçün", biz də bilmirik. Bütün bunların cavabı araşdırmalardan sonra bilinəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6680 Tarix: 03 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hamamda elektrik cərəyanı vurub öldürdü
Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır
24 oktyabrMetronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabrAzərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar
24 oktyabrAzərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini
25 oktyabrBu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is
24 oktyabrElm sahəsinə əlavə milyonlar ayrılacaq
Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını
25 oktyabrAzərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo
25 oktyabrOnların pensiyası sabit əlavələrlə ARTIRILACAQ
"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı
25 oktyabr