Baqaja və salona buraxılmayan yüklər - SİYAHI

Baqaja və salona buraxılmayan yüklər - SİYAHIHansı əşyanı yük bölməsində, hansını salonda daşımaq olar, bunlar haqqında qısa məlumat verəcəyik.

Təbii ki, çantasına yolda toxumaq üçün millər qoymuş səyahətçilərdən çoxunun heç bir qəsdi olmur. Ya da özünə yeməyə paştet götürən səyahətçi onun maye hesab edildiyini yəqin ki, bilmir.
Sonxeber.az aviatravel.az-a istinadən bildirir ki, aeroportlarda baqaja qarşı irəli sürülən çoxsaylı tələbləri sərnişinlərin yadda saxlaması çətindir. Hansı əşyanı yük bölməsində, hansını salonda daşımaq olar, bunlar haqqında qısa məlumat verəcəyik. Bəzi əşyaları isə elə evdə qoymaq məsləhətdir.

Baqajı özünüz hazırlayın

Unutmayın ki, baqajın daşınması təyinat ölkəsinin gömrük qaydalarına uyğun olaraq aviaşirkətlər tərəfindən həyata keçirilir. Baqajda qəbul edilməyən əşyalar ölkəyə görə dəyişə bilər. Xüsusilə xaricə səyahət edirsinizsə, gedəcəyiniz ölkənin məhdudiyyətlərini öyrənmək faydalıdır.

Digər tərəfdən, aviaşirkətlər təhlükəsizlik baxımından baqajın sərnişinin özü tərəfindən hazırlanmalı olduğunu vurğulayır. Əgər baqajınızı başqası hazırlayırsa, bunun sizin nəzarətinizlə olması çox vacibdir. Bağlı qutular və bağlamalar kimi bütün bağlamaları baqajınıza qoymazdan əvvəl yoxlamaq xüsusilə faydalıdır. Başqasına çatdırmaq üçün sizə verilən bağlamalara isə xüsusilə diqqət yetirmək çox vacibdir!

Salona və yük yerində baqaja qoyulması qadağan olan əşyalar:

Siqnalizasiya ilə təchiz olunmuş portfellər, çantalar
Litium batareyaları olan əşyalar
Partlayıcı maddələr, döyüş sursatı, atəşfəşanlıq və məşəllər
Zərərli, sprey qazlar
Kibrit və asanlıqla alışan maddələr
Paslanmaya meyilli maddələr
Zəhərli (toksik) və yoluxucu maddələr
Radioaktiv maddələr
Aşındırıcı maddələr (məsələn, civə tərkibli termometrlər, turşular və maye akkumulyatorlar)
Zərərverici alətlər, üzə püskürdükdə insanları təsir edən kimyəvi, bibər qazı kimi qıcıqlandırıcı maddələr
maqnit materialları,
Tibbi oksigen balonları
bütün növ silahlar
Bəzi əşyalar var ki, onların salona, bəzilərini isə yük yerində daşımaq olar. Ona görə də bu kateqoriyanı aşağıdakı kimi qeyd etmək olar:

Əl yükündə daşınması qadağan olunan əşyalar

Həcmi 100 milliqramdan çox olan mayelər gözünüzün qarşısındaca zibil qutusuna atılacaq. Yoxlamadan keçərkən iri həcmli kosmetik vasitələri, sevdiyi ətirləri "zibil" olanların "vay, vay, mən bilmirdim", demələrinin yəqin ki, çoxumuz şahidi olmuşuq.

Bu kateqoriya çox vaxt içərisində içki olan butulkalara, losyon, tonik, maye sabun və şampun kimi kosmetik və gigiyenik vasitələrə şamil olunur. Yeri gəlmişkən, diş pastası, eləcə də çörəyə yaxılan bəzi yeməklər, o cümlədən paştet, ketçup, bal və s. də aeroport işçisi üçün mayedir.

Nəzərə almaq lazımdır ki, nəzarət-buraxılış xidməti qablaşmanın içindəki mayenin həcminə deyil, özünün ölçüsünə baxır. Məsələn, 200 milliqramlıq butulkanın içərisində cəmi 50 milliqram şampun qalmasına baxmayaraq, bu butulkanın həcmi 100 milliqramdan çox hesab ediləcək. Ona görə də kosmetika və yemək daşımaq üçün həcmi 100 milliqrama qədər olan qablardan istifadə edin. Daha həcmli əşyaları çamadana qoyub baqaja təhvil verin.

Həcmi 100 ml-dək tutumlarda daşınması mümkün olmayan lakin səfər zamanı həyat ümün vacib olan, tibbi və ya diyetik tələbatı təmin etmək üçün zəruri olan mayelər yuxarıda göstərilən məhdudiyyətlərdən azad olunur.

350 millilitrə bərabər və ya daha çox toz materilların salonda daşınmasına icazə verilmir və qeydiyyatdan keçmiş baqajda daşınmalıdır.
Xüsusi hermetik qablarda uşaq və körpə yeməkləri, reseptli dərman və insan qalıqları salonda daşınmaya buraxılır.
Son yola düşmə hava limanında duty free dükanlarda alınmış toz maddələr kassa çeki ilə birlikdə xüsusi hermetik bağlamada (Sealed Tamper Evident Bag) yerləşdirilməlidir.
Kibrit və alışqan

Dərhal qeyd edək ki, ABŞ-ın hava limanlarında təyyarəyə kibrit, yaxud alışqan götürmək qadağandır. Avropada, eləcə də Azərbaycanda isə bir qutu kibrit və ya bir alışqanı cibinə qoya bilərsən.

Deşici və kəsici alətlər

Qayçı, qatlama bıçaq, probkaaçan, toxuma milləri və digər deşici-kəsici alətləri əl yükündə daşımaq qadağandır. Bu əşyaları təyyarənin salonuna keçirməyə icazə verilmir. Bunları yalnız yük bölməsində daşımaq olar. Amma etibarlı şəkildə qablaşdırılmalıdır ki, əşyalarınız və çamadanınız zədələnməsin.

Təhvil verilən baqajda daşınması qəti qadağan olunan əşyalar

Yük yerinə təhvil verilən baqajlar da ciddi şəkildə yoxlanılır. Təhülkəsizlik baxımından qadağan qoyulanlar bunlardır: radiokativ maddələr, qaz, partlayıcı maddələr, fişəng, zəhər, paslanmaya meyilli maddələr, maqnitlər.

Litium batareyaları və xarici akkumulyatorlar

Aeroport əməkdaşları yük bölməsinə təhvil verilən baqaja baxarkən çox vaxt məhz bu əşyaları müsadirə edirlər. Ona görə də batareyaları və doldurucu akkumulyatorları əl yükündə salona gətirmək olar. Batareyalarda litiumun miqdarı bir batareya üçün 2 qramdan (yaxud 100 vatt-saat) çox olmamalıdır. Bundan əlavə, təyyarəyə yalnız 2 ədəd ehtiyat batareya götürə bilərsiniz.

Bu qayda təhlükəsizlik çeyarlarına görə tətbiq edilib, məsələn, alovlanma baş verərsə, onun qarşısını baqaj bölməsində deyil, məhz salonda daha asan almaq mümkündür.

Alovlanan maddələr

Bura alışqanlar üçün maye, spirtli vasitələr, lak silmək üçün aseton, həcmi 500 milliqramdan çox olan saç lakı daxildir. Bütün bunlar yanğının baş verməsinə səbəb ola bilər. Buna görə də nəzarət-buraxılış məntəqəsində müsadirə olunur.

Patronlar

Silahlara qarşı həmişə xüsusi nəzarət var. Patronları yük bölməsində daşımaq yolverilməzdir! Çünki onlar da partlayış təhlükəli əşyalar sayılır və yanğın təhlükəsizliyi qaydalarını pozur.

Xizək sürtküsü və xizək sürtküsünün silinməsi üçün vasitə

Bu, dağ-xizək kurortlarında fəal istirahəti sevənlər üçün xoşagəlməz xəbərdir. Məsələ bundadır ki, xizəklərin yağlanması üçün vasitələr aeroport əməkdaşlarının müsadirə etdiyi əşyalar sırasındadır, çünki belə sürtkülərin tərkibində alovlanan birləşmələr var. Bu vasitələri nə baqaj bölməsində, nə də əl yükündə daşımaq olar.

Təchizat, soyuq və odlu silah

Bunlar baqaja verilməsinə icazə verilən, amma qəti surətdə salona keçirilməsi qadağan olunan əşyalardır. Eyni zamanda ətirlər, aerozollar da baqajda daşına bilər.

Bir almanı belə aparmağa qadağa qoyan Amerika

Yuxarıda qeyd etdiyimiz, aeroportların təhlükəsizlik sistemlərində qəbul edilmiş ümumi prinsiplərdir. Ona görə də tövsiyyə edirik ki, yola düşməzdən əvvəl giriş ölkəsinin gömrük qaydalarını araşdırın. Məsələn, əgər Amerikaya uçursunuzsa, özünüzlə bir almanı belə keçirə bilməzsiniz. Baqajda və ya əl yükündə, fərqi yoxdur, qida təhlükəsizliyi ilə bağlı ciddi qaydalar qida məhsullarının aparılmasına icazə vermir.

P.S.Xülasə, qanun və qaydalar hamı üçündür. Qayadalar əməl edin və səyahətdən qalmayın. Həmişə gəzməkdə!


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3913   Tarix: 03 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021