"Arvadıma dedim, "əxlaqsızlıq edirsən", dedi, "yaxşı edirəm, özün"..." - Şok təfərrüat

"Arvadıma dedim, "əxlaqsızlıq edirsən", dedi, "yaxşı edirəm, özün"..." - Şok təfərrüatZərdab rayonunda 1965-ci il təvəllüdlü Məhərrəm Aslanov qısqanclıq zəminində 1968-ci il təvəllüdlü arvadı Rəhilə Aslanovanı boğaraq öldürüb.

Sonxeber.az Teleqraf.com-a istinadən bildirir ki, Məhərrəm 1 mart 2021-ci ildə səhər saat 07.30-da Zərdab şəhərindəki evində arvadı Rəhilənin bir neçə il əvvəl başqa kişilərlə intim münasibətdə olmasını, yüngül həyat tərzi keçirməklə onu və ailə üzvlərini el arasında rüsvay etməsini güman edib.

O, qısqanclıq zəminində arvadını öldürmək qərarına gəlib.

Məhərrəm evin yataq otağının çarpayısında uzanıqlı vəziyyətdə olan Rəhilənin üzərinə çıxıb və dizləri ilə onun qollarını saxlayıb, daha sonra əxlaqsızlıqları ilə onu rüsvay etdiyini bildirib.

Daha sonra arvadını ağız və sinə nahiyəsinə bir neçə dəfə yumruqla vurub, əlləri ilə boğaz nahiyəsini təxminən iki dəqiqə müddətində sıxaraq onu boğub.

İstintaq orqanı tərəfindən Məhərrəmin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məhərrəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 5-6 il əvvəl mərhum tanışı Tacəddin ona həyat yoldaşı Rəhilənin əvvəllər əxlaqsızlıq etdiyini deyib: "Bu barədə həyat yoldaşım Rəhilədən soruşdum. Lakin Tacəddinin dediyini ona söyləmədim. Rəhilə isə mənə "başqasından niyə soruşursan, get elə Tacəddindən soruş" şəklində cavab verdi. Mən də Rəhiləyə bu barədə mənə elə Tacəddinin dediyini bildirdim.

Həmin vaxt Rəhilə yaxşı etdiyini, mənim özümün axşam gedib, sabah gəldiyimi bildirdi. Həyat yoldaşımın işlətdiyi həmin ifadədən sonra uşaqlarımın böyüməsini gözlədim".

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra həyat yoldaşı Rəhilənin cəzasını verəcəyini düşünüb.

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində yetkinlik yaşına çatmayan qızı ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxs atası, mərhum isə anasıdır: "Evimizdə hər hansı problem, söz-söhbət olmayıb. Atam işləyib pul qazanıb, bazarlıq edərək evə gətirib. Anam isə ev işləri ilə məşğul olub, yemək hazırlayıb. Normal ailə kimi yaşamışıq. Özüm harasa gedəndə anama deyən zaman anamı ona əvvəlcə atamdan icazə almağımı bildirib. Hətta xalamgilə gedəndə belə icazə alaraq getmişik. Yəni biz elə ailə olmamışıq ki, harasa icazəsiz gedək və ya saymamazlıq edək. Anamın haqqında deyilənlərin isə hamısı yalandır".

Hüquqi varis qeyd edib ki, atası anasını günahsız yerə öldürüb. O, özünün atası ilə barışıb-barışmadığını deyə bilmədiyini qeyd edib. O, atasına layiqli cəzası nədirsə, onun da təyin olunmasını xahiş edib.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhərrəm 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2345   Tarix: 04 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar

24 oktyabr
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

25 oktyabr
.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Elm sahəsinə əlavə milyonlar ayrılacaq

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını

25 oktyabr
.

Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo

25 oktyabr
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

25 oktyabr