Bakıda iki uşaq atasının cinayəti: 13 yaşlı qızı evə apardı, "evlənəcəm" dedi – MƏHKƏMƏ
Bakıda 32 yaşlı şəxs yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər edib.
Oxu.Az istintaq materiallarına əsasən bildirir ki, bu ittihamda təqsirləndirilən Mövsüm (ad şərtidir) həmin əməli 13 yaşlı Dianaya (şərtidir) qarşı həyata keçirib.
Diana anası ilə mübahisə etdikdən sonra evdən qaçıb, dayanacaqda oturan zaman Mövsüm idarə etdiyi avtomobillə ona yaxınlaşıb. Nə olduğunu soruşub, Diana da başına gələnləri danışıb.
Diananın anası ilə əlaqə saxladıqdan sonra qızı ailəsinə təhvil verib.
Bir müddət sonra Diana yenidən evdən qaçıb, xalasıgilə getmək istəyib. Lakin xalasıgilin evini tapmayanda əvvəlcədən nömrəsini götürdüyü Mövsümə zəng edib.
Mövsüm gəlib onu götürərək dostunun evinə aparıb. Bu zaman o, Dianaya qarşı seksual xarakterli hərəkətlər edib. Diana da buna etiraz etməyib. Mövsüm Diananı aldadaraq yalandan boşandığını və onunla evlənəcəyini bildirib.
Anası qızını axtarışa verdiyindən polis həmin evə gəlib və qızı anasına təhvil verib.
Bundan sonra Mövsüm istintaqa cəlb edilib. Mövsüm ifadəsində əməlindən peşman olduğunu bildirib, iki azyaşlı övladının olmasının nəzərə alınmasını xahiş edib.
Məhkəmənin hökmü ilə Mövsüm Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) təqsirli bilinib.
O, 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2682 Tarix: 04 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hamamda elektrik cərəyanı vurub öldürdü
Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır
24 oktyabrMetronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabrAzərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar
24 oktyabrAzərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini
25 oktyabrBu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is
24 oktyabrElm sahəsinə əlavə milyonlar ayrılacaq
Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını
25 oktyabrAzərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo
25 oktyabrOnların pensiyası sabit əlavələrlə ARTIRILACAQ
"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı
25 oktyabr