NASA mütəxəssisi Mars və Venerada yaşamağın yollarını izah etdi

NASA mütəxəssisi Mars və Venerada yaşamağın yollarını izah etdiNASA-da 40 il çalışmış fizik Cim Qrin yaxın zamanda Mars planetinin terraformalaşdırma prosesinin (planetdə ətraf mühitin yaradılması, iqliminin və səthinin tamamilə dəyişdirilməsi – red.) ssenarisini təqdim edəcək.

Sonxeber.az lent.az-a istinadən xəbər verir ki, bununla belə alim qeyd edib ki, təqdim edəcəyi ssenaridəki ideyalar çoxları tərəfindən ciddi qəbul edilməyəcək.

NASA-da 40 il çalışandan sonra təqaüdə çıxmış Cim Qrinin sözlərinə əsasən, insanlar gələcəkdə Mars ilə Veneranı terraformalaşdıra biləcəklər:

"Marsda Günəş şüalarından qorunmaq üçün nəzərdə tutulmuş maqnit sahəsini yaratmaq mümkün olsa, o, insanların yaşamaları üçün münbit şəraiti əldə edə biləcək. Maqnit sahəsi öz növbəsində Günəşə planetin atmosferini məhv etməyə imkan verməyəcək. Nəticədə planet öz səthində istiliyi saxlaya biləcək, təzyiq yüksələcək, iqlim isə yaxşılaşaraq həyat üçün lazımi vəziyyətdə olacaq".

Alimin sözlərinə görə, eyni prosesi, həmçinin, Venera planeti üçün də reallaşdırmaq mümkündür:

"Mars terraformalaşmağa başlayacaq. Biz istəyirik ki, planet bu prosesdə bütün mümkün imkanları ilə birlikdə iştirak etsin. Təzyiq yüksələn zaman temperatur da yüksəlir".

Cim Qrin 1-dən 7-yə kimi olan şkaladan istifadə edərək kosmosda həyat növünün axtarışı üsulunu təklif edib:

"Marsda böyük miqdarda metan mövcuddur. Yer kürəsində mövcud olan metan miqdarının 95%-i canlı orqanizmlər tərəfindən ifraz edilir. Lakin Mars üzrə aparılmış tədqiqatlar onun sözügedən şkalada 3-cü səviyyəyə aid olduğunu göstərirlər. Milyardlarla il bundan öncə Mars landşaftı su ilə əhatə olunub. Lakin planetin maqnit sahəsi zəifləyəndən sonra həmin su buxarlanmağa başlayıb".

Mütəxəssis deyib ki, Marsın terraformalaşdırılmasının ilkin mərhələsi üçün 60 mbar (millibar) təzyiq lazımdır. Buna başqa cür Armstronq hüdudu deyilir və bu təzyiq göstəricisi çərçivəsində orqanizmdə qan isinməyə məruz qalmır.

Hazırda isə Marsda təzyiq göstəricisi 10 dəfə daha aşağıdır. Bu isə o deməkdir ki, insanlar Mars planetinin səthinə xüsusi skafandrlar vasitəsilə ayaq basa bilərlər. Əgər planetin temperaturu ilə təzyiqini yüksəltmək mümkün olsa, bitkilər yerli torpaq şəraitində sağ qala bilərlər.

1970-ci illərdə NASA Marsa "Viking" adlı kosmik aparatlar göndərmişdi. Qrinin sözlərinə əsasən, həmin aparatlar heç də yaxşı vəziyyətə sahib olmayan landşafta enmişdilər:

"Həmin illərdə NASA Mars barəsində çox az məlumata sahib idi. Nəticədə "Viking"in apardığı təcrübələrdən biri göstərdi ki, Mars torpağında mikrob şəklində həyat növü mövcuddur. Lakin həmin vaxtda alimlər bunu dəqiq şəkildə sübut edə bilməmişdilər.

Lakin biz bunu artıq dəqiq şəkildə öyrənəcəyik. Çünki Marsdakı süxur nümunələrini Yer kürəsinə geri qaytarmağı planlaşdırırıq. Biz bu cür missiyanın lazım olacağını bilmirdik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1342   Tarix: 04 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar

24 oktyabr
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

25 oktyabr
.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Elm sahəsinə əlavə milyonlar ayrılacaq

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını

25 oktyabr
.

Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo

25 oktyabr
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

25 oktyabr