Bunu hər bir valideyn bilməlidir: Uşağınız tez-tez xəstələnirsə...

Bunu hər bir valideyn bilməlidir: Uşağınız tez-tez xəstələnirsə...Övladı tez-tez xəstələnən valideynlər, həmişə həyəcan, qorxu içində olurlar. "Görəsən uşağın immun sisteminde ciddi problem var?", "Görəsən tək mənim uşağımdır belə tez-tez xəstələnən?", "Nə səbəbə belə tez-tez xəstələnir?" deyə özlərinə sual verirlər.

Əslində, bütün valideynlər uşaqlarına qarşı çox diqqətli olduqlarını, onları bütün zərərli faktorlardan qorumağa çalışdıqlarını və bütün bu çabalarının nəticəsiz qaldığını iddia edir və çox üzülürlər. Bəs səbəb nədir? Uşaqlar niyə tez-tez xəstələnir?

Pediatr Günay Rəsulova Sputnik.az-a açıqlamasında bildirir ki, ilk 6 aydan sonra uşaqlarda anadan alınan passiv immunitet bitir və onlar öz şəxsi immun sistemlərini qurmağa başlayırlar: "Tez-tez xəstələnən uşaq" termini 1 yaşa qədər ildə 4 dəfədən, 2-5 yaş arası isə ildə 5-6 dəfədən çox xəstələnən uşaqlara şamil olunur. Əslində, sağlam hesab edilən uşaq ildə 8-10 dəfəyə qədər üst tənəffüs yolu infeksiyasi, ildə 2-3 dəfəyə qədər mədə-bağirsaq pozğunluğu keçirə bilər. Onların belə sıx-sıx xəstələnməsinin əsas səbəbi yeni virus növləri ilə kontaktda olmasıdır. Bu viruslar sizin təmizkarlığınızdan asılı olmayaraq, hər yerdə var. Bu virusların təxminən 200-ə qədər fərqli növləri var və onlar hər dəqiqə artır, mutasiya edərək fərqli növlərə çevrilir. Uşaq orqanizmi də bu viruslar əleyhinə immunitet formalaşdırır. Bu proses illərlə davam edir. Bu səbəbdən də, uşaqlar məktəbə və ya bağçaya gedəndə yoluxur, ya da özündən böyük qardaş və ya bacısının evə gətirdiyi viruslarla tutularaq xəstələnir. Uşaqlar soyuq fəsillərdə sıx-sıx xəstələnsələr də, bu xəstələnmənin səbəbi soyuq hava deyil. Bu düşüncə ilə uşaqları havaya çıxarmaqdan məhrum etmək olmaz. Səbəb soyuq fəsillərdə insanların hava sirkulyasiyası yaxşı getməyən qapalı məkanlarda çox toplanmasıdır".

Həkim bildirir ki, uşaqlar daha çox bağçada və məktəbdə xəstələnir. Çünki daim xəstə uşaqlarla təmas var, havalanma doğru olmayan, iqlimi uyğun olmayan qapalı otaqlarda təbii ki, infeksiya asanlıqla yayılır. Bu hal evlərdə də belədir. Çox vaxt xəstə uşaq olan evi çox isitməkdən ötrü əllərindən gələni edən valideynlər əslində mexanizmin əksinə təsir göstərirlər. Belə ki, xəstələnməyə başlayan uşaq üçün optimal ev istiliyi (18-20 dərəcə) və nəmlilik təmin edilərsə, xəstəlik daha tez sağalar və irəliləməz.

"Sıx soruşulan suallardan biri də "övladımın burnu axır, tək-tək öskürməyə başlayır, nə edim ki, irəliləməsin" sualıdır. Cavab belədir: Otağın havasını sərin və nəmli saxlayın, uşağa bol maye verin, olduğu otağın havasını tez-tez dəyişin, uşaq özü istəmədikcə onu məcbur yedirməyin, duzlu su məhlulları ilə burnunu maksimum açıq tutmağa çalışın" - deyə həkim bildirir.

Tez-tez xəstələnən uşaqları respirator allergik xəstəliyi olan uşaqdan fərqləndirmək də vacibdir. 2 yaşından yuxarı uşaqlarda uzun müddət davam edən burun axması varsa, uşaq tez-tez burnunu qaşıyır və silirsə, qızdırması yoxdursa, böyük ehtimalla, övladınız allergik uşaqdır. Xüsusi ilə də bu simptomlar yaz aylarında başlayırsa, allergik xəstəlik nəzərdən qaçmamalıdır.

Valideynləri narahat edən əsas məsələlərdən biri də uşağın heç bir səbəb olmamasına baxmayaraq, tez-tez xəstələnməsidir. Onlar uşağın xəstələnmə səbəbini tapa bilmirlər. Tez-tez xəstələnən uşaqlardan çox az bir qismində anadangəlmə immun çatmazlığı ola bilər ki, bu da çox az rast gəlinən bir xəstəlikdir. Belə uşaqlar hər xəstəliyi ciddi bir ağırlaşmayla keçirdir, çox vaxt uzun müddət xəstəxanada yatırlar.

Bəs tez-tez xəstələnən uşaqların valideyni nə etməlidir?

- İlk növbədə belə uşağa ümumən sağlam uşaq kimi baxmağı bacarmalıdır. Əgər uşaq pediatr müayinəsində sağlam uşaq kimi dəyərləndirilirsə, narahat olmaq lazım deyil. Uşaq tez-tez xəstələndikcə bədən müxtəlif viruslara qarşı antitellər (qoruyucular) hazırlayr, get-gedə belə uşaqların orqanizmi artıq bu viruslarla necə mübarizə aparılmasını öyrənmiş olur və immuniteti möhkəmlənir.

- Uşaq xəstədirsə, onu bağçaya və ya məktəbə göndərməməlisiz. Belə xəstə uşaqlar evdə daha tez sağalır, həmçinin ətrafdakıları yoluxdurmur. Virus infeksiyalarının ilk 5 günü uşaqlar daha pis olur "soyuqlama simptomları 2 və ya 3 həftə davam edə bilir. Təkrarlanan virus infeksiyalarının xüsusi bir müalicəsi yoxdur. Lakin virus infeksiyasi otitlə, sinusitlə, pnevmoniya ilə, angina ilə ağırlaşıbsa müalicədə həkim təyinatına əsasən antibiotiklər verilə bilər.

- Uşaqlara profilaktik peyvəndləri vaxtı vaxtında edilməlidir, bağça və ya məktəbə gedən tez-tez xəstələnən uşaqlara isə əlavə olaraq "qrip əleyhinə vaksin" vurulsa yaxşı olar.

- Sağlam uşaq böyütməyin əsas meyarlarından olan sağlam qidalanma, təmiz hava, normal və vaxtında yatmaq, uşağı aşırı fiziki və ya zehni yorulmağa qoymamaq da onun tez-tez xəstələnməsinin qarşısını əhəmiyyətli dərəcədə almış olur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5042   Tarix: 04 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

Xəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində

24 oktyabr
.

Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd

24 oktyabr
.

Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO

Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye

23 oktyabr
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

24 oktyabr
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

25 oktyabr
.

Elm sahəsinə əlavə milyonlar ayrılacaq

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını

25 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr