Dəm qazından zəhərlənmə zamanı ilk yardım necə olmalıdır?
Xüsusilə qış aylarında artan dəm qazından zəhərlənmə hallarının qarşısını almaq üçün qaz avadanlıqları vaxtında yoxlanılmalı, tüstü bacaları təmizlənməlidir.
Hamam otaqlarında havalandırma yerləri olmalıdır. Dəm qazından ilkin zəhərlənmə əlamətləri hiss edildiyi zaman qazı bağlayaraq məkandan uzaqlaşmaq lazımdır. Zəhərlənmənin ilkin simptomlarına baş ağrısı, baş icəllənmə və ürəkbulanmanı misal göstərmək olar. Dəm qazından zəhərlənmə təhlükəsini nəzərə alaraq, qapıları mümkün olduqca açıq saxlamaq vacibdir. Nəzərə almaq lazımdır ki, zəhərlənmə zamanı vaxt çox önəmlidir. Kilidli qapını açmaq, xəstəni çölə çıxarmaq müəyyən qədər vaxt itkisinə səbəb ola bilər. Ağır zəhərlənmə zamanı xəstəni bir neçə dəqiqə, hətta saniyələr içində itirmək mümkündür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssisi, həkim-toksikoloq İsmayıl Əfəndiyev qış aylarında intensivləşən dəm qazı zəhərlənmələri barədə danışarkən deyib.
Həkim-mütəxəssis dəm qazından zəhərlənmiş xəstələrə ilkin tibbi yardım barədə məlumat verib. Qeyd edib ki, ilk növbədə, xəstəni dəm qazı yayılmış otaqdan çıxarmaq və havası təmiz olan məkana aparmaq, qapını, pəncərəni açaraq otağı havalandırmaq lazımdır. Tənəffüsün normallaşması üçün xəstənin dilini çölə çıxarmaq, ağız boşluğunu təmizləmək vacibdir. Əks halda, xəstə zəhərlənmə deyil, boğulma nəticəsində də həyatını itirə bilər. Həmçinin dəm qazından zəhərlənən xəstə huşunu itirdikdən 2-3 dəqiqə sonra özünə gəlsə də, tibbi müdaxiləni yekunlaşdırmaq olmaz. Təəssüflər olsun ki, zəhərlənmə iki mərhələli ola bilər. Həmin vaxt zəhərlənmə qandan toxumaya, hüceyrə səviyyəsinə keçə bilər. Bu, nevroloji ağırlaşmalara gətirib çıxarar. Ona görə də dəm qazından zəhərlənən xəstə həkim tərəfindən mütləq müayinə olunmalı, lazım gələrsə, xəstəxanaya yerləşdirilməlidir".
İ.Əfəndiyevin dediyinə görə, ağır zəhərlənmə zamanı beyin hüceyrələri hətta bir neçə saniyə ərzində məhv ola, yəni, geridönməz zəhərlənmə baş verə bilər: "Dəm qazının konsentrasiyası nisbi orta olarsa, zəhərlənmə 5-10 dəqiqə sonra da müşahidə edilə bilər. Ümumiyyətlə zəhərlənmə dəm qazının qana keçərək oksigen əvəzinə hemoqlobinlə birləşməsi və zəhərləyici maddə əmələ gətirməsi nəticəsində baş verir. Nəticədə, orqanizmdə, xüsusilə də ürək və beyin kimi həssas orqanlarda oksigen çatışmazlığı yaranır. Dəm qazı günlər sonra da ağır fəsadlaşmalara səbəb ola bilər. Xəstənin hətta iflic olmaq, yaddaşını və ya görməsini itirmək təhlükəsi də var. Dəm qazına "görünməz qatil" deyirlər, çünki onun rəngi və qoxusu yoxdur".
Həkim-toksikoloq, həmçinin bildirib ki, dəm qazı xroniki xəstəliyi olanlara daha tez təsir göstərir: "Ürək çatışmazlığı, beyin xəstəlikləri olanlar, hipertoniyadan əziyyət çəkənlər dəm qazı təhlükəsi ilə daha çox üz-üzədirlər. Təəssüflər olsun ki, dəm qazından ölüm halı hər kəsdə, həm qocalar, həm də uşaqlar arasında qeydə alınır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3528 Tarix: 04 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabrXəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
24 oktyabrMilyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd
24 oktyabrGecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO
Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye
23 oktyabrMəktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq
24 oktyabrAzərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini
25 oktyabrElm sahəsinə əlavə milyonlar ayrılacaq
Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını
25 oktyabrAzərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla
23 oktyabrCəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda
23 oktyabr