Bakıda şagirdləri döyməkdə adı hallanan direktor kimdir? - VİDEO
Bakıda müəllimlərdən birinin şagirdləri döyməsini əks etdirən görüntülər yayılıb.
BAKU.WS xəbər verir ki, həmin görüntülərin 9 saylı tam orta məktəbdə çəkildiyi və şagirdlərə fiziki zorakılıq edən şəxsin direktor Zinyət Əhmədova olduğu deyilir.
Şagirdlərin döyülməsi olayında adı hallanan Əhmədova Zinyət Ziyad qızı 1960-cı ildə Qərbi Azərbaycanın Masis rayonunun Zəhmət kəndində ziyalı ailəsində anadan olub. 1968-ci ildə həmin kəndin orta məktəbində təhsilə başlayıb.
1970-ci ildə Bakı şəhəri Binəqədi rayonundakı 30 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. 1978-ci ildə həmin məktəbi bitirib. 1979-cu ildə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin coğrayiya, əlavə biologiya fakültəsinə daxil olub.
1984-cü ildə həmin universiteti bitirərək coğrafiya və biologiya müəllimi ixtisasına yiyələnib. İlk pedaqoji fəaliyyətinə 1989-cu ildə Binəqədi rayonu 144 nömrəli tam orta məktəbdə başlayıb. 1 il həmin məktəbdə əvəzçi coğrafiya müəllimi işləyib.
1990-cı ildə Binəqədi rayonu 99 nömrəli tam orta məktəbdə coğrafiya dərnəyinin rəhbəri kimi fəaliyətini davam etdirib.1992-ci ildən 2007-ci yanvarın 17-dək həmin məktəbdə biologiya müəllimi işləyib. Öz elmi-pedaqoji səviyyəsini yüksəltmək üçün 1999-cu ildə "Biologiyanın tədrisində ümumiləşdirici dərslərin imkan və yolları" mövzusunda disertasiya işini tədqiq etməyə başlayıb.
Fəal elmi tədqiqat işi apararaq 2005-ci ildə bu disertasiya işini müdafiə edib, Pedaqoji Elmlər namizədi alimlik dərəcəsinə layiq görülüb. Çoxlu sayda məqalələrin, proqramların, orta məktəb dərsliklərinin, metodik tövsiyyə və monoqrafiyaların müəllifidir.
Ailəlidir, 3 övladı var.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1612 Tarix: 07 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021