"Saxla" əmrinə tabe olmayan avtoxuliqan həbs edildi - FOTO/VİDEO
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, ictimai asayişi nümayişkaranə şəkildə pozan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, VAZ-2101 markalı avtomobilin sürücüsü, şəhər sakini Əli Əzizov nəqliyyat vasitəsini yüksək sürətlə idarə etdiyi üçün inspektor tərəfindən ona "saxla" işarəsi verilib. Lakin həmin şəxs buna məhəl qoymayıb və davamlı şəkildə yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq edib. Vaxtında görülmüş tədbirlərlə sürücü saxlanılaraq bölməyə gətirilib.
Ə.Əzizov barəsində polis şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə o, 15 sutka müddətinə inzibati həbs olunub və nəqliyyat vasitəsi idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılıb.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA
"WhatsApp" artıq belə görünəcək - FOTO
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Canan Karatay ən faydalı türk yeməyini açıqladı - FOTO
TƏCİLİ: Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - Təqaüd yaşı ilə bağlı VACİB AÇIQLAMA
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızının başını mişarla kəsdi
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ
Saç yuyarkən etdiyiniz bu səhvlər saçları məhv edir