Şagirdlərin fotoları ilə gündəmə gələn kənddə məktəb tikiləcək
Təhsil Nazirliyi bu gün "Qafqazinfo"da yayımlanan "Təhsilin Diqo səviyyəsi... - Uşaq durub neyləsin?" adlı reportaja dərhal reaksiya verib.
Nazirliyin İctimaiyyətlə əlaqələr üzrə sektor müdiri Cəsarət Valehov bildirib ki, bu il tikintisi planlaşdırılan məktəblər arasına Diqo kənd məktəbinin də adı əlavə ediləcək: ""Qafqazinfo.az" saytında yayımlanan Astaranın Diqo kəndinin 10 yaşlı sakini Vahabov Şindan Şəkər oğlunun təhsil məsələsi ilə bağlı rayon təhsil şöbəsi tərəfindən araşdırma aparılıb. Şindan ibtidai təhsilini Şəvqo kənd ibtidai məktəbində alıb.
Hazırda Pəlikəş kənd tam orta məktəbin V sinif şagirdidir. Şagirdin valideynindən sağlamlıq haqqında arayışın istənilməsi və məsafənin uzaqlığı səbəbindən onun davamiyyətində problem yaranıb. Yaxşı xəbər odur ki, bu il tikintisi planlaşdırılan modul tipli məktəblərin siyahısına Diqo kənd məktəbinin də adı təqdim olunacaq".
C. Valehov həmçinin qeyd edib ki, son 5 ildə Astaranın ucqar dağ kəndlərində 9 modul tipli məktəb istifadəyə verilib.
O, həmçinin paylaşıma şagirdlərin davamiyyəti ilə bağlı siyahını da əlavə edib:

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA
"WhatsApp" artıq belə görünəcək - FOTO
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Canan Karatay ən faydalı türk yeməyini açıqladı - FOTO
TƏCİLİ: Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - Təqaüd yaşı ilə bağlı VACİB AÇIQLAMA
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızının başını mişarla kəsdi
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ
Saç yuyarkən etdiyiniz bu səhvlər saçları məhv edir