Mexaniki qaz sayğaclarında güzəştli limitin sıfırlanması prosesi necə davam edir?

Mexaniki qaz sayğaclarında güzəştli limitin sıfırlanması prosesi necə davam edir?Ekspertlərin fikrincə, qaz sayğaclarında limitin bir neçə gün gec sıfırlanmasına görə narahat olmağa dəyməz. Abonent məhz göstəricilərin oxunduğu gündən etibarən güzəştli limit həddindən istifadəyə başlayır və yekunda illik oxunuş 365 günü tam əhatə edəcək.

"Kaspi" qəzeti mövzu ilə bağlı araşdırmasını təqdim edir.

Yanvarın 1-dən etibarən qaz istehlakına görə tarif limitlərinin sıfırlanması prosesi başlayıb. Bayram günlərində qazdan istifadə üçün nəzərdə tutulan limitlərin 65 faizi sıfırlanıb. "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyir ki, bayram günləri olmasına baxmayaraq, "Azəriqaz"ın əməkdaşları tarif limitlərinin sıfırlanması prosesini davamlı olaraq həyata keçirib. Lakin qaz istehlakına görə tarif limitləri sıfırlanmayan abonentlər narahatdırlar. Limitlənmə prosesinin hamıda eyni vaxtda sıfırlanmamasını ədalətsizlik hesab edirlər. Belə ki, onların düşüncələrinə görə, əgər qaz istehlakına görə limit, tutaq ki, Həsəndə ayın 1-i, Vəlidə 5-i sıfırlanırsa, Vəli ortada 4 gün itirmiş olur. Bu həqiqətən belədirmi, əhalinin narahatlığına əsas varmı? Limitlərin sıfırlanması necə tənzimlənir?

"Sıfırlanma yanvarın 10-dək davam edəcək"

"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, sayğacların sıfırlanması yanvarın 10-dək davam edəcək. Həmsöhbətimizin sözlərinə görə, bu prosesdə heç bir ədalətsizlik yoxdur. Əgər limit bu il yanvarın 5-i oxunubsa, həmin sayğacın limiti gələn il də yanvarın 5-i sıfırlanır: "Əməkdaşlarımız prosesdə iştirak edir. Vətəndaşlardan da xahiş etmişik ki, mexaniki-elektron qaz sayğacının göstəricisinin daha tez qeydə alınmasını istəyirlərsə, sayğacın göstəricisinin aydın görünən şəklini çəkərək (+99477) 3 104 104 saylı "Whatsapp" nömrəsinə göndərsinlər. Bir şərtlə ki, mobil telefonla çəkilən şəklin üzərində çəkilmə tarixi əksini tapsın. Bu fotolar, hesabat məlumatları bazaya yüklənərkən həmin tarixlə qeydə alınacaq".

Abonent üçün hesabat dövrü...

R.Əliyev vurğulayır ki, göstəricilərin oxunduğu gün abonent üçün hesabat dövrüdür: "Həmin gündən etibarən o, yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlayır. Yekunda illik oxunuş 365 günü tam əhatə edəcək".

Narazılıq yaradan digər məsələlərdən biri də 1 gün əvvəldən ödənilən məbləğin sıfırlanmaya aidiyyətinin olmamasıdır. Belə ki, limitlərin sıfırlanması yanvarın 1-dən aparıldığı üçün 1 gün öncədən ödənilən məbləğ nəzərə alınmır.

"İstehlakçı da öz günahını bilməlidir"

Neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyir ki, hər şeyi "Azəriqaz"dan gözləmək olmaz. İstehlakçı da öz günahını bilməlidir: "Qaz sayğacımda qaz istehlakına görə limiti özüm hesablamışdım. Hesablamalarıma görə, yüklədiyim qaz yanvarın 1-də bitməli idi. Limitim sıfırlandıqdan sonra hesabımı artırdım və heç nə itirmədim. Bir tanışım isə dekabrın 29-da 50 manat pul yükləyib. Sonra narazılıq edir ki, 50 manat pul vurdum sayğacda 25 manat göstərir. Deyirəm ki, sən nə üçün limitin sıfırlanmasına 1-2 gün qalmış 50 manat pul vurursan? Üstəlik, 4 gün də Bakıda olmayacaqsan. Enerjidən rasional istifadə etmək lazımdır. Sən istehlakçısan və bunu bilməlisən. Burada "Azəriqaz"ı günahlandırmaq olmaz. İnsan özü öz pulunun qədrini bilməlidir. Niyə özün hesablamırsan ki, elə edim ki, qaz sərfiyyatı ayın 1-i bitsin? İnsanlar özləri də məsuliyyətli olmalıdırlar. Ən əsası, istehlakçı da öz günahını bilməlidir".

Əgər bütün ölkəyə zəhərli qaz verilirsə...

Ekspert deyir ki, bu məsuliyyətsizlik dəm qazından boğulma məsələlərində də müşahidə olunur: "İnsanlar dəm qazından boğulma məsələsində qaz verəni günahlandırırdılar ki, zəhərli qaz verir. Əgər bütün ölkəyə zəhərli qaz verilirsə, 2,5 milyon abunəçi niyə zəhərlənmir? Bunun da səbəbi qazın düzgün istismar edilməməsidir".

"Limitlərinin sıfırlanması prosesi də asanlaşacaq"

Qeyd edək ki, Bakı ərazisində 400 minə yaxın, ölkə ərazisində isə 1,5 milyon mexaniki sayğac var. Problemin birdəfəlik həllinə gəlincə, "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib ki, işçi sayını artırmaqla bu prosesin öhdəsindən gəlmək mümkün deyil. Problemin tamamilə həll edilməsi üçün həm mexaniki, həm də smart sayğaclara xüsusi cihazlar yerləşdiriləcək. Onun vasitəsilə onlayn formada sərfiyyat yoxlanılacaq, onlayn ödəniş mümkün olacaq, həmçinin limitlərin sıfırlanması prosesi də asanlaşacaq.

Məlumat üçün bildirək ki, yanvarın 1-dən smart kartla işləyən qaz sayğacları avtomatik sıfırlanıb və abonentlər yeni ildən 1200 kubmetrlik güzəştli limitdən istifadə etməyə başlayıblar. Mexaniki sayğacların sıfırlanması prosesi hələ davam edir./oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2919   Tarix: 09 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr
.

Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar

24 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

25 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr