Komitə qayınanası və əri tərəfindən döyülən qadının məsələsini nəzarətə götürdü - YENİLƏNİB + FOTO
Dövlət komitəsi ötən gün həyat yoldaşı tərəfindən şiddətə məruz qalması ilə bağlı sığınacağa yerləşdirilən qadının məsələsi nəzarətə götürülüb.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, təmsil etdiyi qurum məsələ ilə bağlı araşdırmalara başlayıb:
"Hadisə ilə bağlı qadın və sığınacaq tərəfindən bizə hansısa müraciət daxil olmayıb. Komitə sığınacaqla əlaqə saxlayıb. Bütün məlumatlar əldə edilib və artıq bu istiqamətdə fəaliyyətə başlanılıb".
T.Mərdanoğlu deyib ki, qadının yaşadığı rayon icra hakimiyyəti və Daxili İşlər Nazirliyinə komitə tərəfindən rəsmi məktub ünvanlanıb:
"Qadının və iki uşağın təhlükəsizliyini qorumaq məqsədi ilə onların hansı rayonda yaşadıqları haqda məlumat verməyi uyğun bilmirik", - deyə o sonda qeyd edib.
Qeyd edək ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova həyat yoldaşı və qayınanası tərəfindən dəfələrlə şiddətə məruz qalan qadın və iki uşağı haqqında məlumat paylaşıb.
13:37
Ötən gün həyat yoldaşı tərəfindən şiddətə məruz qalan iki uşaq anası sığınacağa yerləşdirilib.
Bu barədə Oxu.Az-a "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
O bildirib ki, 15 yaşında ərə verilən xanım zorakılığa məruz qalmasına baxmayaraq, susurdu:
"O, iki övlad dünyaya gətirib. Verdiyi məlumata görə, əri oğurluq və s. cinayətlərə görə həbs olunub. 13 il həbs cəzası alıb. Əri həbsdən çıxdıqdan sonra qaynanası ilə birlikdə qadının bütün əşyalarını, qızıllarını əlindən alaraq evdən qovub. Yoldaşı barışmaq adı ilə qızın ata evinə gələrək orada onu dəfələrlə döyüb.
Sual yaranacaq ki, bəs polisə niyə müraciət edilməyib? Qadın polisə müraciət etdikdən sonra kənd axundları, mollalar, qohumlar barış və ərizəni götür deyə təyziq ediblər. Qadın məcbur olub ərizəsini geri götürüb və bundan sonra acımasız şəkildə yenidən döyülüb. Qadının hazırda başında yeddi tikiş, qolunda, üzündə isə müxtəlif yara izləri var".
M.Zeynalova onu da əlavə edib ki, bu məsələlər artıq ciddi narahatlıq yaradır:
"Biz sığınacaq olaraq dəfələrlə qurumlara müraciət etsək də ciddi tədbir görülmür. Bu qadın bir müddət sonra məcbur olaraq sığınacaqdan çıxmalıdır. Bəs onun başına hər hansı hadisə gəlsə, "ər yoldaşını öldürdü" başlıqlı xəbərlərə iki saniyə baxıb keçməklə kifayətlənəcəyik? Biz artıq bu dəqiqədən etibarən "SOS" siqnalı veririk. Ona görə ki, sığınacaqda qalan kifayət qədər qadın var ki, onların həyatı təhlükəsi hələ də davam edir. Xahiş edirik aidiyyəti qurumlar tədbir görsünlər".


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Alyona Əliyeva konsertdə - Fotolar
Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi
"AKP rəsmiləri, millət vəkilləri dövlətimizi hədəfə alıblar" - millət vəkili Müşfiq Cəfərov
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi
Rus ordusu Omelniki işğal etdi