Zəngəzur dəhlizi daha qısa vaxtda istifadəyə verilə bilər - AÇIQLAMA
Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən 23 kilometrlik hissəsi istifadəyə verilib.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov "Facebook" hesabında paylaşım edib.
O, qeyd edib ki, hazırda həmin hissə ilə yük qatarları hərəkət edir:
"Horadiz-Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinə inteqrasiya olunacağı üçün inşaat işlərinin sürətlənməsi Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsinin proqnozlaşdırılandan daha tez reallaşmasına səbəb ola bilər. İlkin gözləntilərə görə, dəmir yolunun tam istifadəsi gələn il mümkün olacaq. Bununla belə, işğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işləri sürətlə aparıldığı üçün sözügedən nəqliyyat xətti daha tez istifadəyə verilə bilər.
Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımdan vacib olmaqla yanaşı bölgədə davamlı sülhün qorunub saxlanması aspektindən də mühümdir. Regionun kifayət qədər iqtisadi potensialı var və bu da regional dəhlizlərin əhəmiyyətini daha da artır. Daha geniş anlamda region ölkələrdən Türkiyə və Rusiya Böyük İyirmiliyə üzv olan ölkələrdir. Söhbət üç trilyon dollarlıq Ümumi Daxili Məhsulu olan region ölkələrinin Zəngəzur dəhlizindən istifadəsindən gedir.
Digər tərəfdən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.
İşlərin intensiv aparılması uzun müddət müzakirə olunan və region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizin daha qısa zamanda reallığa çevrilməsinə gətirib çıxara bilər"./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1409 Tarix: 10 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın
25 oktyabrAzərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar
24 oktyabrAzərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları
25 oktyabrBakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər
24 oktyabrEvlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd
23 oktyabrPensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə
25 oktyabrBu şəxslər maaşları qədər PENSİYA ALACAQ
"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd
25 oktyabrAzərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla
23 oktyabr