Türkiyənin Azərbaycanla sərhədində bəbir göründü
Türkiyənin Azərbaycan, habelə İran və Ermənistanla həmsərhəd olan İğdır əyalətində bəbir görünüb.
Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.
Təhlükəsizlik kameralarına əks olunan görüntüləri İğdırın bələdiyyə rəhbəri Mustafa Güzelkaya sosial şəbəkədə paylaşıb. Bu bəbirin təxminən bir ay əvvəl eyni bölgədə görülən heyvandan fərqli olduğu güman edilir.
Koç Universitetinin professoru Çağan Şekercioğlu bəbirin yayılma arealının İğdır əyaləti sərhədindən 15 kilometr uzaqlıqda bitdiyini deyib:
"Bəbir Azərbaycan, o cümlədən Naxçıvan, eləcə də Ermənistan, Gürcüstan və İranda müntəzəm olaraq görünür. Bölgədə bəbirlərin yayılmasını gözləyirdim".
O bildirib ki, 2017-ci ildə hazırladığı "İğdır məməliləri" siyahısında bəbir də bölgədə gözlənilən növ olaraq yer alıb.
Qeyd edək ki, bir aylıq fasilədən sonra yenidən görünən bəbir dünyada nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanlardandır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1327 Tarix: 11 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəlişi hiss edilməsə də, yazın son ayında - 14 gün evdə olacağıq
Gəlişi hiss edilməsə də, yazın sonuncu ayını-mayı yaşayırıq. "Qafqazinfo" 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən xəbər verir ki, mayda şənbə və bazar günləri daxil olmaqla 14 gün iş olmayacaq. Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı
10 mayAzərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq
Sabah Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq. "Report" xəbər verir ki, bu ölkəyə 16 vaqon dizel yanacağı göndəriləcək. Bundan başqa, Azərbaycandan tranzit keçməklə, Rusiyadan Ermənistana 6 vaqon gübrə və 4 vaqon taxıl tədarük olunacaq. Məhsullar "Azərbayca
10 mayPrezidentdən Ermənistanı Azərbaycandan "qorumaq" istəyənlərə SƏRT MESAJ
"Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşü zamanı çıxışında deyib. "Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanı
10 may