Azərbaycanda qapanmalar ehtiyac var? - Nazirlik rəsmisi DANIŞDI + VİDEO

Azərbaycanda qapanmalar ehtiyac var? - Nazirlik rəsmisi DANIŞDI + VİDEO"Omikron"un Azərbaycanda peyda olması o deməkdir ki, qısa müddətdə koronavirusa yoluxma sayında artım müşahidə edə bilərik".

Bunu "ARB24"ün "Nə baş verir?" verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.

O bildirib ki, hospitalizasiya olunan şəxslərin sayında da artım ola bilər:

"Əhalinin müəyyən bir qismi hələ də vaksinasiya olunmayıb. Onlar arasında həm orta ağır, həm də ağır infeksiya hallarının baş vermə ehtimalı var. Amma peyvəndin ikinci və ya buster dozasını vurduran vətəndaşlar "Omikron"a yoluxsa belə, əksəriyyəti yüngül keçirəcək".

Nazirlik rəsmisi onu da qeyd edib ki, bu ştamm sürətlə yayıldığı üçün xəstəxanalar yenidən yüklənə və ölüm hallarının sayında artım baş verə bilər:

"Vaksinasiya olunmayan və "Omikron" ştammına yoluxmuş insanların bir qisminin hospitalizasiyaya ehtiyacı olacaq. Bu da xəstəxanaların yüklənməsinə gətirib çıxaracaq ki, nəticə etibarı ilə ölüm halları da arta bilər. Bu cür sürətlə artım olarsa, müəyyən bir həddə çatdıqdan sonra məhdudiyyətlərin müəyyən dərəcədə tətbiq olunması istisna edilməməlidir"./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1859   Tarix: 11 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır"

"Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə deyib. Dövlətimizin başçısı vurğulayıb ki, ulu öndərin fəaliyyəti nəticəsində Azərbaycan ağır günlərdə öz müstəqilliyin

10 may
.

Gəlişi hiss edilməsə də, yazın son ayında - 14 gün evdə olacağıq

Gəlişi hiss edilməsə də, yazın sonuncu ayını-mayı yaşayırıq. "Qafqazinfo" 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən xəbər verir ki, mayda şənbə və bazar günləri daxil olmaqla 14 gün iş olmayacaq. Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı

10 may
.

PA-nın rəhbəri: İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır

2026-cı il mayın 1-nə olan məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə 40-dan artıq yaşayış məntəqəsində 85 minə yaxın insan yaşayır, fəaliyyət göstərir və təhsil alır. "Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevi

10 may
.

Prezident İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib - FOTO - VİDEO

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak edib. AZƏRTAC-a istinadən xəbər verir ki, xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev kompleksd

10 may
.

Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 16 %-ə yaxın artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 68,967 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,5 % çoxdur. Təkcə apreld

10 may
.

Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq

Sabah Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq. "Report" xəbər verir ki, bu ölkəyə 16 vaqon dizel yanacağı göndəriləcək. Bundan başqa, Azərbaycandan tranzit keçməklə, Rusiyadan Ermənistana 6 vaqon gübrə və 4 vaqon taxıl tədarük olunacaq. Məhsullar "Azərbayca

10 may
.

Alyona Əliyeva Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib - FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial şəbəkə hesabında ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial media hesabında paylaşım edib. BİG.AZ həmin paylaşımı təqdim edir:

10 may
.

Prezidentdən Ermənistanı Azərbaycandan "qorumaq" istəyənlərə SƏRT MESAJ

"Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşü zamanı çıxışında deyib. "Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanı

10 may
.

Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA

"Delimitasiya və demarkasiya çox böyük prosesdir. Çox texniki məsələlər var" . xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiya prosessindən danışarkən deyib. O bildirib ki, bu, qısa müddətdə baş verə

10 may