Azərbaycan 4 günlük iş rejiminə keçir?

Azərbaycan 4 günlük iş rejiminə keçir?2020-ci ildən etibarən bir sıra ölkələrdə həftədə 4 günlük iş rejiminə keçməklə bağlı müzakirələr aparılmağa başlanıb.

Bəzi ölkələr buna keçid üçün hazırlığa başlasa da bir qrup mütəxəssislər onun yaxın zamanda mümkünsüz olduğunu iddia edirdi.

Nəhayət 2021-ci ilin dekabrında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) inqilabi qərar qəbul edərək 2022-ci il yanvarın 1-dən 4,5 günlük iş rejiminə keçdiklərini açıqladı.

Beləliklə BƏƏ-də iş saatları həftənin bazar ertəsi və cümə axşamı günləri 07:30-dan 15:30-dək, cümə günü isə 07:30-dan 12:00-dək müəyyən edildi.

Budan əlavə bu günlərdə Yaponiyanın və dünyanın elektronika nəhənglərindən olan "Panasonic" də 4 günlük iş rejiminə keçilməsi ilə bağlı qərarını açıqladı.

Onlar bu qərarın iş keyfiyyətinin artırılmasına və əməkdaşların iş şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini açıqlayıb.

Niderlandda da bəzi müəssisələr artıq 29 saatlıq iş həftəsinə keçib və başqa qərb ölkələrində də 4 günlük iş rejiminə keçidlə bağlı müzakirələri davam edirlər.

Azərbaycanın qonşuları olan Rusiya, Türkiyə və Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələlər əsas müzakirə mövzusudur.

Hətta rəsmi Moskva bir neçə dəfə bəyan edib ki, həftədə 4 günlük iş rejiminə keçidlə bağlı uyğun variantlar nəzərdən keçirilir. Əmək Nazirliyi eksperiment olaraq Rusiyanın 30 regionunda 266 kiçik və orta sahibkarlıq subyektində tətbiq etməyi planlaşdırır.

Bəzi rəylərə görə isə həftəlik iş günlərinin azaldılması əməkhaqlarının da həcminin də azalmasına səbəb ola bilər:

Sonxeber.az xəbər verir ki, məsələni "report"a şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, həftəlik iş günlərinin qısaldılmasında əsas məqsəd ödənişlərin azaltmaq deyil, iş keyfiyyətini artırmaqdır:

"Artıq dünyada tanınmış bir sıra özəl təsərrüfat subyektləri, iri korporasiyalar iş günləri ilə bağlı fərqli yanaşmalar tətbiq edir. Pandemiya dövründə bu məsələ daha da aktivləşib.

Hətta "Google" kimi bir sıra beynəlxalq iri şirkətlər əməkdaşın işə gəlməsi və getməsi, həmçinin onun nə zaman istirahət etməsi ilə bağlı qərarı işçinin öz ixtiyarına buraxır.

Belə şirkətlərdə əməkdaşa yalnız tapşırıq verilir və o tapşırığı icra etmək üçün müddət müəyyən edilir. Yəni bu vəzifəni əməkdaş nə zaman və necə icra edəcək, özü bilər. Şirkətə əsas nəticə lazımdır!

ABŞ-da yaşayıb, işləyən insanlar var ki, pandemiya dövründə ölkəmizə gəliblər. Amma heç bir problem olmadan buradan öz işlərini onlayn qaydada idarə edirlər. Çünki mərkəzi serverlər onlayn formatda işlər görülməsinə imkan yaratdığı üçün işçinin öz vəzifələrini yerinə yetirmək üçün işlədiyi yerə gəlməsinə ehtiyac olmur.

Şərq və müsəlman ölkələri arasında ilk dəfə BƏƏ bu sistemi tətbiq etməyə başladı. İslam aləmində həftənin cümə günü müqəddəs gün olduğu üçün bu ölkə Qərbdə formalaşmış iş rejimini tətbiq etməyə başladı. Hesab edirəm ki, bundan sonrakı dövrlərdə də digər dövlətlərdə də buna oxşar qərarların şahidi olacağıq.

Şirkətlərdə və ölkələrdə bu tipli qərarların qəbul edilməsinin əsas məqsədi ödənişlərə yaxud pula qənaət edilməsi deyil, görülmüş işlərin keyfiyyətinin yüksəldilməsidir.

Çünki artıq cəmiyyət yaxud insan psixologiyası elə bir səviyyəyə çatıb ki, insanlar daha çox işlədiyi zaman keyfiyyət aşağı düşür. Əgər insan düşünürsə ki, həftənin 4 günü işləyib, 3 gün istirahət edəcək, o zaman çalışır ki, 4 gündə daha çox məhsuldarlıq ortaya qoysun. Bu isə həm əməkdaşın, həm də onu işə götürən şirkətin qazanması deməkdir.

Bir məsələni də nəzərə almaq lazımdır ki, əməkdaşın iş yerinə 1 gün artıq gəlməsi o şirkətə müəyyən məbləğdə xərc sərf edir.

Bu özünü işıq, su, internet kimi xidmətlərdə, bəzi şirkətlərdə hətta nahar xərclərində özünü büruzə verir. Amma 4 gün işləyib 3 gün dincəlmək həm iş keyfiyyətini artırır, həm əməkdaşın işəgötürənə münasibətini yaxşılaşdırır, həm də xərcləri azaldır. Bir sözlə hansı kontekstdən baxsaq həftədə 4 günlük iş rejimi özünü real olaraq doğruldur.

Düşünürəm ki, ölkələrdə bununla bağlı qərarlar tədricən veriləcək və yəqin ki, buna zaman tələb olunur deyə bir qədər bu strajeti qərarın verilməsi vaxt alır".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, hazırda Azərbaycanda bu mövzu müzakirə obyekti deyil:

"Əmək Məcəlləsinə əsasən ölkədə bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola və buna uyğun olan həftəlik normal iş vaxtının müddəti də 40 saatdan artıq müəyyən edilə bilməz".

Qurumun açıqlamasında deyilir ki, bu qərar özəl sektora da şamil edilir: "Əmək Məcəlləsi iş yerindən, vəzifəsindən asılı olmayaraq hər kəsə şamil edilir.

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.

Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Məcəllənin 107-ci maddəsinə əsasən, nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6034   Tarix: 12 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Birinci Qarabağ müharibəsi vaxtı ordumuz faktiki olaraq quldurların əlində idi"

"O vaxt əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, xalqımızın, dövlətimizin taleyi çox ağır ola bilərdi. Məhz onun fəaliyyəti nəticəsində bütün mənfi meyillərə son qoyuldu, vətəndaş müharibəsinə son qoyuldu, hakimiyyətsizlik, özbaşınalıq kimi hallara son qoyuldu, ölkəmizdə sabitli

10 may
.

"Haber Global": "Ulu öndər Heydər Əliyev xalqın yaddaşında yaşamağa davam edir" - VİDEO

Bütün həyatını dövlətinə və xalqına adayan ümumilli lider Heydər Əliyevin anadan olmasından 103 il ötür. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının hazırladığı videomaterialda qeyd olunub. "Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə və ölkəsinin sabitliyini

10 may
.

Azərbaycanda nikahla bağlı MÜHÜM QƏRAR VERİLDİ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası etibarsız nikahın sonradan etibarlı hesab olunması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. xəbər verir ki, iş materiallarına görə, iddiaçı atası ilə cavabdeh arasında 3 aprel 1976-cı ildə bağlanmış nikahın etibarsı

10 may
.

Birol Akgün: "Bir millət, iki dövlət" anlayışı Türkiyə-Azərbaycan münasibətlərinin əsas şüarı olaraq qalmaqdadır"

"Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Türkiyə səfirliyi olaraq bütün əməkdaşlarımız və aidiyyəti qurumlarımızla birlikdə Heydər Əliyevin məzarını ziyarət etdik, məzarın üzərinə gül dəstələri qoyduq. Biz onun Azərbaycan milli dövlətinin formalaşmasında, 1990-cı illərin çəti

10 may
.

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur"

"Ulu öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə deyib. Dövlətimizin başçısı qey

10 may
.

İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"

"İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşü zamanı çıxışında deyib. "Birincisi

10 may
.

Gəlişi hiss edilməsə də, yazın son ayında - 14 gün evdə olacağıq

Gəlişi hiss edilməsə də, yazın sonuncu ayını-mayı yaşayırıq. "Qafqazinfo" 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən xəbər verir ki, mayda şənbə və bazar günləri daxil olmaqla 14 gün iş olmayacaq. Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı

10 may
.

"Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib" - Emil Əkbərov

"Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Bu gün hər bir azərbaycanlı ulu öndər Heydər Əliyevi dərin hörmət və ehtiramla anır. Bütün həyatını xalqına həsr etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının şərəfli tarixind

10 may
.

Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayı üçün pensiyaların ödəniş tarixi açıqlanıb. Məlumata görə, qeyd olunan ərazilərdə pensiyalar bu ayın 14-də vətəndaşların bank kartlarına köçürüləcək. Pensiya əhalinin sosial təminatı ilə bağlı vacib addım olduğundan, dövlət sözügedən məsələyə olduqc

10 may