Yuxusuzluğa qalib gəlməyin yolları açıqlanıb
Uzunmüddətli yuxu problemləri ciddi ürək və beyin xəstəliklərinə səbəb ola bilər.
Bu barədə rusiyalı tibb elmləri doktoru Sergey Xomyakov xəbərdarlıq edib.
Onun sözlərinə görə, yatmazdan əvvəl gəzinti və otağın tam qaranlıq olması yuxusuzluğa qarşı mübarizədə kömək edə bilər.
"Uzun müddət yuxusuz qalmaq son dərəcə təhlükəli haldır. Bioritmlərin uzun müddət patoloji pozulması və ya desinxronoz ürək-damar, beyin-damar xəstəliklərinə, həmçinin endokrin, sinir və reproduktiv sistem xəstəliklərinə gətirə bilər", - deyə Xomyakov izah edib.
Həkim yuxusuzluqdan əziyyət çəkənlərə yatmazdan 1 saat əvvəl təmiz havada gəzməyi, tam qaranlıq və temperaturu təxminən 20 dərəcə olan otaqda yatmağı, yatmazdan əvvəl televizor və qadcetlərə baxmamağı, həmçinin yatmazdan bir neçə saat əvvəl otaqda isti çalarlarlı işıq yandırmağı tövsiyə edib.
Bundan əlavə, Xomyakov xatırladıb ki, hazırda desinxronozun (bioritm pozuntularının patoloji vəziyyəti) müalicəsində melatonin tərkibli dərmanlar istifadə olunur.
"Melatoninin effektivliyi klinik tədqiqatlarda tam sübuta yetirilməyib. Bununla belə, melatonin dəyişən vaxt qurşaqlarına (jet lag) uyğunlaşmaq, həmçinin sirkadiyalı ritmlərin pozulmasından sonra yuxu-oyanma dövrünü bərpa etmək üçün geniş istifadə olunur. Melatonin preparatları təhlükəsizdir və dərmanın terapevtik pəncərəsi və ya dozaj diapazonu genişdir. Melatonin epifiz tərəfindən endogen melatonin istehsalının azaldığı yaşlı xəstələr üçün faydalıdır", - deyə həkim sözlərini yekunlaşdırıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1673 Tarix: 13 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24 oktyabrGündə minimum addım sayı təyin edildi
Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb
8 oktyabrGecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml
30 oktyabrDərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17 oktyabrİnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?
Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav
5 oktyabrTəbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri
7 oktyabrCOVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
25 oktyabrHansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?
Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis
6 oktyabr