Şüvəlanda hərbi sursatlar aşkarlandı - FOTO
Xəzər rayonu, Şüvəlan qəsəbəsində hərbi sursatlar aşkarlanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.
İlk növbədə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.
Sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilən sursatların döyüş tətbiqinə yararlı bir ədəd "RQO" əl qumbarası, bir ədəd "UZRQM-2" partladıcısı, 102 ədəd müxtəlif çaplı patron və bir ədəd istifadəyə yararsız avtomat darağı olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.





Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA
"WhatsApp" artıq belə görünəcək - FOTO
"Qızım müğənni olsa, atasının ürəyi PARTLAYAR"
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
PSJ-nin Çempionlar Liqasının finalına çıxmasından 1,3 milyon qazandı
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
Övladı ilə danışığı qınandı - VİDEO
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Verilişi bağlanan Zaurun Günayla dialoqu DİQQƏT ÇƏKDİ - VİDEO
Canan Karatay ən faydalı türk yeməyini açıqladı - FOTO
Xalq artistinə ağır İTKİ: Səhhəti pisləşdi