"Bəzi "müəllimlər" yalnız şou göstərmək üçün şəkil çəkib paylaşırlar"- Ekspertdən sərt AÇIQLAMA

"Bəzi "müəllimlər" yalnız şou göstərmək üçün şəkil çəkib paylaşırlar"- Ekspertdən sərt AÇIQLAMAXəbər verdiyimiz kimi, bağçada tərbiyəçi adına xələl gətirən "tərbiyəçi"nin azyaşlı uşağın başına qəddarcasına vurduğu əks olunan video sosial şəbəkələrdə rezonansa səbəb olub. Həmin qadın sadəcə işdən çıxarılıb. Ailə isə, qohum olduğu üçün, "tərbiyəçi"dən şikayətçi olmayıb. Beləcə, onlarla uşağa psixoloji zərbə vuran, tərbiyədən xəbəri olmayan bu şəxs hələ ki, sadəcə ictimai qınaqla məsələdən sıyrılmış kimi görünür.

Problemlə bağlı Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov fikir bildirib.

O vurğulayıb ki, azyaşlı uşağa qarşı fiziki zorakılığ yolverilməzdir:

"Buna görə ən sərt qanun tələbləri cəza olaraq tətbiq edilməlidir. Əslində, statistik rəqəmlərə baxsaq, ölkəmizdə 1693 uşaq bağçası var ki, burada 123 min uşaq tərbiyə prosesinin iştirakçısına çevrilib.

2011-ci ildə uşaq bağçaları icra hakimiyyətlərinə verildikdən sonra, burada tamam başqa gözləntilər var idi. Təlim-tərbiyənin keyfiyyəti, qidalanma və bir çox məsələlərin daha yüksək təşkil ediləcəyi düşünülürdü.

Amma 10 il ərzində gördük ki, uşaq bağçalarına uşaqların və müəllimlərin qəbulu tamamilə qeyri-qanuni yollarla həyata keçirilməyə başladı.

2016-ci ildə məktəbəqədər təhsil haqqında qanun qəbul edilsə də, orada əsas məsələlərdən biri bu sahələrdə çalışanların ixtisaslı kadr olması idi.

Eyni zamanda, 2011-ci ildə, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, dövlət qurumları xidmətlərini elektron qaydada etməli idilər.

Lakin icra hakimiyyətləri uşaq bağçalarına qəbulu diplomsuzlaşdırdılar. Bu da birinci sinfə qəbula problem yaradırdı və uşaqların sayını proqnozlaşdırıb planlamaqda çətinliklərə səbəb olurdu.

Digər tərəfdən, uşaq bağçalarının tədris resursları yox idi. Ona görə də ibtidai sinif proqramları ağır gəlirdi.

Baş verən hadisələr onu göstərir ki, işə qəbul prosesi qeyri-şəffaf həyata keçirilir və bu sahə üzrə mütəxəssis olmayanlar işə götürülürlər.

Bu gün ölkədə ümumi şagirdlərin yalnız 25 faizini dövlət uşaq bağçalarına cəlb etmək mümkündür.

Təhsil Nazirliyi bütün orta məktəbləri kamera ilə təhciz edib və lazım olan zaman ona baxmaq olur. Amma uşaq bağçalarında belə bir imkan yoxdur.

Düşünürəm ki, artıq uşaq bağçaları Təhsil Nazirliyinə verildikdən sonra ən ciddi 3 addımı atmaq lazımdır.

1. İlk növbədə bütün uşaq bağçaları kamera ilə təmin olunmalı və yalnız valideynlərin ora müvafiq pin-kodla daxil olaraq izləmək imkanı olmalıdır. Çünki uşaq bağçaları məktəbdən fərqlidir.

2. Uşaqların bağçalara qəbulu, tərbiyəçinin işə götürülməsi mərkəzləşdirmə ilə olmalıdır. Bu fakt üzrə danışsaq, əlbəttə, burada kiminsə qohumu və ya digər ailə üzvü olması heç kimə fiziki zorakılığ törədə bilmək hüququnu vermir.

Xüsusi ilə yeniyetmələrə və azyaşlılara qarşı Cenevrə konvensiyaları tələblər. Azərbaycanın mövcud qanunvericiliyində də beynəlxalq hüquq var.

3. Təyziq təkcə fiziki deyil, eyni zamanda psixoloji təyziqdir. Digər azyaşlı uşaqlar da psixoloji təyziqlərə məruz qalırlar.

Bununla bağlı, mövcud inzibati xətalar məcəlləsinə görə, həmin tərbiyəçi cərimə olunacaq. Həmin bağça da minimum 5 min manat cərimə oluna bilər. Eyni zamanda, hadisənin motivindən, içtimai təhlükə yükündən aslı olaraq, digər hüquqi addımların atılması, hətta həmin şəxsin islah işlərinə cəlb edilməsi mümkündür.

Amma olanlar onu göstərir ki, ümumiyyətlə, bizim tədris prosesində bəzi "müəllimlər" yalnız şou göstərmək üçün şəkil çəkib paylaşırlar. Onlar sosial şəbəkələrdən yalnız öz məqsədləri üçün istifadə edirlər və bu zaman şagirdlərə qarşı fiziki, psixoloji təzyiq göstərirlər.

Düşünürəm ki, bu hadisə artıq müəllimlərlə də bağlı ciddi ölçü götürməyimizin vaxtı çatdığını göstərir.

2014-cü ildə qəbul edilmiş etik və davranış qaydalarına bizim tərbiyəçi və müəllimlər artıq riayət etmirlər.

Düşünürəm ki, bununla bağlı müvafiq qurum çox sərt tədbirlər görməlidir.

Məsələ onun işdən azad edilməsi deyil. Ümumiyyətlə, müəllimlərin sosial şəbəkələrdən istifadə etməsi ilə bağlı qanuna dəyişiklik edilməlidir.
Konvensiyada uşağın valideynlərinin razılığı olmadan, rəsmi yazılı şəkildə onun şəklini çəkib paylaşılmasına icazə verilmir. Amma bizdə elə bir qaydaya heç kim əməl etmir. Bu hal təhlükəlidir".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2061   Tarix: 14 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr
.

Reza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb

Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd

23 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj

25 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 221,264 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçini

24 oktyabr
.

Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar

24 oktyabr