Azərbaycanda maaşlar artıb
2021-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 724,1 manat olub.
Oxu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artıb.
Bildirilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
2021-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 min nəfər və ya 1,2 faiz artaraq 1 milyon 704,9 min nəfər olub. Onlardan 905,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 799,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3561 Tarix: 14 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazir: "Ermənistandakı prosesləri yaxından izləyirik"
"Ermənistandakı prosesləri yaxından izləyirik". xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib:. O bildirib ki, Ermənistan böyük siyasi prosesin astanasındadır:. "İyunun 7-də Ermənistanda parlament seçkisi keçiriləcək. Bu seçki Ermənista
10 maySüni intellektlə saxta materiallar hazırlayıb yayanların NƏZƏRİNƏ - VİDEO
Süni intellektlə saxta materiallar hazırlayıb yayanları cəza gözləyir. Belə ki, şəxsin razılığı olmadan onun səs, videogörüntü və şəkillərindən istifadə edənlər məsuliyyətə cəlb olunacaqlar. Bununla bağlı Prezident İlham Əliyev Cinayət və Cinayət-Prosessual məcəllələrə, informasiya, informasiyalaşdırm
10 mayBu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
"Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamla bu ilin əvvəlindən bütün növ əmək pensiyaları artırılıb. Yeni Sabah xəbər verir ki, artımlar əvvəlki ildəki orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilib və bu prose
10 may