İş yerlərini qarət edənlər TUTULDU - VİDEO
Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Zabrat qəsəbəsində yerləşən obyektlərdən birindən 5 min manat dəyərində metal konstruksiyalar oğurlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, əməliyyat zamanı həmin obyektdə gözətçi işləyən əvvəllər məhkum olunmuş Muraz Süleynmanov, onun tanışları Fərid Qurbanov və Samir Dünyamalıyev tutulublar. Araşdırma zamanı onların M.Süleymanovun təklifi ilə həmin obyektdən iki dəfə metal konstruksiyalar oğurladıqları məlum olub.
Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı rayon ərazisində yeni tikilməkdə olan evlərdən birindən ümumilikdə 3 min manatlıq təmir-tikinti ləvazimatları, həmçinin digər əşyalar oğurlayan Novruz Hacıyev saxlanılıb.
Qeyd edək ki, Novruz Hacıyev hadisə baş verən evdə usta işləyib. Faktlarla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxslərin digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102" Zəng Mərkəzinə məlumat verə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA
"WhatsApp" artıq belə görünəcək - FOTO
"Qızım müğənni olsa, atasının ürəyi PARTLAYAR"
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
PSJ-nin Çempionlar Liqasının finalına çıxmasından 1,3 milyon qazandı
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Övladı ilə danışığı qınandı - VİDEO
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Verilişi bağlanan Zaurun Günayla dialoqu DİQQƏT ÇƏKDİ - VİDEO
Canan Karatay ən faydalı türk yeməyini açıqladı - FOTO
Xalq artistinə ağır İTKİ: Səhhəti pisləşdi