1,057 faizə sığan dəhşət: Və o bağçada aylarla bizə mesaj verməyə çalışan körpələr…

1,057 faizə sığan dəhşət: Və o bağçada aylarla bizə mesaj verməyə çalışan körpələr…Bir vaxtlar məktəbdə sinif yoldaşlarım riyaziyyat dərsində "müəllim, bu dərs gələcəkdə bizə harada lazım olacaq?" deyəndə özüm üçün bu növ suallara uzun-uzadı cavab axtarırdım.

Ancaq üzərindən illər keçdikcə bu fikrə dair yüzlərlə fərqli cavab tapacağım, ən sonda bu gün həmin cavabların ən dəhşətlisinin rastıma çıxacağı ağlımın ucundan belə keçməzdi.

Məsələn, götürək faiz məsələsini... Ədədin yüzdə birini tapmağı...

Ancaq həyatın axarı onu göstərdi ki, bu faiz təkcə dərslikdəki kimi ədədləri bölmür, insanları, taleləri, həyatları, bəzən də gələcəyimizi yüzlərlə, hətta bəzən həddini aşıb minlərlə yerə bölə bilir.

Artıq bu riyazi terminin bu elm sahəsinə aid olmasını, bəlkə də, unutmuş ola bilərik. Eyib etməz, onsuz da həyat bizə onu müxtəlif şəkillərdə xatırladır, faiz deyəndə hər birimiz müxtəlif banklara müraciətlərimizi, ay sonu ödəyəcəyimiz məbləğləri, hansısa məişət əşyasını alarkən ilk növbədə diqqət etdiyimiz rəqəmləri qavramağa başlamışıq.

Bu gün isə mən başqa birini - faizlərin ən ağırını hesablamalı oldum. Əslində rəqəm olaraq ortaya çıxan nəticə o qədər də ağır deyil, cəmi 1,057 faiz. Ancaq mahiyyətində bütün gələcəyimizi sual altında qoya bilən bir 1,057 faiz...

Nəticəyə gəlmək çox sadə oldu. Nümunə olaraq götürdüyüm rəqəm 473 idi, beş rəqəminin bu ədədin neçə faizini təşkil etdiyini tapdım. Belə cüzi bir nəticə çıxdı ortaya...

Bir də qayıdıb, həmin 473-ün və beş rəqəminin nə olduğuna baxdım, aldığım nəticənin dəhşəti qarşısında ortaya çıxan bu cılız rəqəmin nə qədər böyük bir faciəyə apardığının şahidi oldum...

"Doğulan hər körpə - Tanrının hələ də insanlardan əlini üzmədiyinin xəbərçisidir".

Bu sözləri hindistanlı yazıçı, şair, bəstəkar, rəssam və ictimai xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Rabindranat Taqor deyib.

Yəqin ki, bu fikri bölüşmək üçün Taqor kimi dahi şəxsiyyət olmağa, onun sahib olduğu ünvanlara sahib olmağa ehtiyac yoxdur. Bəşər övladının dünyadakı amalını dərk edən, öz qəlbində sevgi və inam bəsləyən hər bir insan bu fikirlərə şərik olmalıdır. Ancaq əfsus ki, hamımız belə olmağı bacarmırıq...

Yəqin ki, artıq hər birimiz bağçada körpəyə qarşı şiddət göstərən o "tərbiyəçi"ni görmüş olarsınız. Təbii olaraq hansı bağça olması, harada işləməsi dərhal insanda suallar yaradır.

Heç tənbəllik etmədən bağçanın sosial şəbəkə hesabına baxdım. Həmin o 473 paylaşımın edildiyi səhifə qarşıma çıxdı. Bir körpənin fotosuna baxdım, iki körpənin heç birində gülüş görmədim. Düşündüm ki, burada tək problem o "qapaz"ın müəllifində deyil bəlkə, nəyə görə körpələrin heç birinin nur saçılan çöhrəsində sevincdən əsər əlamət yoxdur. Yenə tənbəllik etməyib bütün paylaşımların arasında üzündə təbəssüm olan cəmi beş körpə tapa bildim:

Yəni, bağçanın fəaliyyətinin cəmi 1,057 faizində...

Yəni bu bağçanın özünün səhifəsində işıqlandırdığı fəaliyyətinin körpələrin gülüşü ilə qiymətləndirməli olduğumuz göstəricisi cəmi bu cılız rəqəm qədərdir...

Demək ki, gələcəyimiz, ümidlərimiz, planlarımız, xəyallarımıza çatmaq şansımızı bu bağçada, o cür "tərbiyəçi"lər məhz bu ehtimala qədər endiriblər.

Bax bu, həyatımda gördüyüm ən ağır göstərici oldu mənim üçün...

Bu həmin körpəyə qapaz vuran "tərbiyəçi"nin və onun kimilərin gələcəyimizi atdığı təhlükənin real miqyasıdır. Mənzərə qorxunc olsa da, fakt faktlığında qalır. Körpələrə əl qaldırılan bir mühitdə çöhrəsində təbəssüm olmayan uşaqların varlığı dəhşətli olsa da, real mənzərə fonunda başa düşüləndir.

Bəlkə də, bu körpələr həmin o 473 paylaşım boyu onlara əl qaldıran "tərbiyəçi"lərə etiraz olaraq, gülüşlərindən bilərəkdən məhrum etməyə çalışıblar bizi. Bizə inadla mesaj verməyə çalışıblar. Ancaq biz bu mənzərəni görə bilməmişik.

Bu gün isə həmin o körpəyə vurulan qapazda gözlərindən qəzəb qığılcımı çıxan hər birimiz üçün bir təsəlli varsa, o da həmin körpələrin saflığıdır. Onlar tez barışırlar, küsülü qalmağı, kin saxlamağı bacarmırlar. Və əminəm ki, çalışsaq yenidən öz gülüşlərini bizə bəxş edib, həyatımıza işıq saçmağa razı olacaqlar.

Bir şərtlə ki, o cür "tərbiyəçi"ləri, onları formalaşdıran mühiti, cəmiyyətimizdəki bir sıra mənfi ənənələri, laqeydliyimizi bir kənara qoyub onların dünyasına toxunmayaq. Çünki onların dünyasında təkcə sevgi və mərhəmət, bizim dünyamızda isə hislərin bir çox düşmənləri var.../Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1501   Tarix: 14 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR

Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır

25 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr
.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ

23 oktyabr
.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr
.

Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd

24 oktyabr