Hərbi Akademiyada doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ

Hərbi Akademiyada doktorant olmaq istəyənlərin NƏZƏRİNƏAzərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə adyunkturaya qiyabi və dissertantlıq yolu ilə qəbul elan edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qəbul "Milli təhlükəsizlik və hərbi elmlər" elm sahəsinə aid aşağıdakı ixtisaslar üzrə elan olunur:

- Hərbi nəzəri elmlər;
- Hərbi xüsusi elmlər;
- Hərbi təbabət;
- Milli təhlükəsizlik.

Fəlsəfə doktoru proqramı üzrə adyunkturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə isə həkim-mütəxəssis), Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular və mülki işçilər müsabiqə əsasında qəbul olunurlar. Mülki ali təhsil müəssisələrini bitirən hərbi qulluqçular iki ildən az olmayaraq xidmət təcrübəsinə malik olmalıdırlar.

Elmlər doktoru proqramı üzrə adyunkturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi dərəcəsi olan hərbi qulluqçular (mülki işçilər) qəbul edilirlər.

Fəlsəfə doktoru proqramı üzrə adyunkturaya qiyabi təhsil üçün müraciət etmiş namizədlər xarici dildən (ingilis, alman və ya fransız dillərindən biri, rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində fəlsəfədən və ixtisas fənnindən qəbul imtahanları verirlər. Xarici dil üzrə imtahanda iştirak etməyən namizədlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.

Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir və keçid balı DİM tərəfindən müəyyənləşdirilir. DİM tərəfindən müəyyən edilən keçid balını toplayan namizədlər növbəti imtahanlara buraxılırlar.

Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, Test-DaF, DELF, DALF və STANAG 2.2.2.2) malik olan namizədlər xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Müdafiə Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Dissertantlıq yolu ilə "Fəlsəfə doktoru" elmi dərəcəsi almaq hüququna tədqiqat sahəsində müəyyən nailiyyətləri olan, ən azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və ya təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər.
Dissertantlıq yolu ilə "Fəlsəfə doktoru" elmi dərəcəsi almaq üçün müraciət edən namizədlər digər namizədlər kimi xarici dil üzrə yuxarıda göstərilən qaydalar əsasında DİM-in keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər.

Dissertantlıq yolu ilə "Elmlər doktoru" elmi dərəcəsi almaq hüququna "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və ya təşkilat olan elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər.

Adyunkturaya qəbul olmaq üçün raportlar komanda üzrə 31.03.2022-ci il tarixinədək hərbi hissələrin komandirlərinə, hərbi-elmi (elmi-tədqiqat) və hərbi təşkilatların, ali təhsil müəssisələrinin rəislərinə təqdim edilməlidir.

Fəlsəfə doktoru hazırlığı üzrə adyunkturaya (doktoranturaya) qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- raport, ərizə (adyunktun fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 ölçüdə);
- xidməti (iş yerindən) xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (azı 2 elmi məqalə);
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun (bakalavr və magistr səviyyəsi) müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış hərbi qulluqçular (mülki işçilər) üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Elmlər doktoru hazırlığı üzrə adyunkturaya (doktoranturaya) qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış hərbi qulluqçular (mülki işçilər) üçün təhsil sənədlərinin tanınması haqqında şəhadətnamə);
- "Fəlsəfə doktoru" elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti (bu diplomu xarici ölkələrdə almış hərbi qulluqçular (mülki işçilər) üçün təkrar attestasiya (nostrifikasiya) diplomu);
- çap olunmuş elmi işlərin siyahısı;
- dissertasiyanın açıq planı;
- dissertasiyanın aid olduğu sahə üzrə iki "Elmlər doktoru" elmi dərəcəsi olan mütəxəssisdən alınmış yazılı rəy;
- xidməti (iş yerindən) xasiyyətnamə;
- əmək kitabçasından çıxarış (mülki işçilər);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 ölçüdə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Hərbi hissə komandirləri, hərbi-elmi (elmi tədqiqat) və hərbi təşkilatların, ali təhsil müəssisələrinin rəisləri adyunkturada təhsil almaq üçün müraciət etmiş namizədlərin raportlarını ona əlavə olunan sənədlərlə birlikdə 15 aprel 2022-ci il tarixinədək Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisinə göndərməlidirlər.

Ünvan: Bakı şəhəri, Şəfaət Mehdiyev küçəsi 136, "Qızıl Şərq" hərbi şəhərciyi. Silahlı Qüvvələrin Hərbi Akademiyası.

Əlaqə telefonu:
(012) 404-18-31;
(051) 863-43-54;
(055) 571-15-56.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 729   Tarix: 15 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR

Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır

25 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr
.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ

23 oktyabr
.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr
.

Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd

24 oktyabr