Kənd təsərrüfatında aparılan islahatlar fermerlərin işinə necə təsir göstərir?
Son illər kənd təsərrüfatı sahəsində aparılan islahatlar çoxşaxəli və perspektiv vəd edəndir. Azərbaycan dövlətinin fermerlərə verdiyi dəstək bir çox formada özünü göstərir və artıq nəticələrini də verməyə başlayır. Belə ki, kənd təsərrüfatında istehsal göstəriciləri davamlı olaraq yüksəlməyə doğru gedir. Bu isə öz növbəsində daxili bazarda yerli istehsal hesabına təklifin yüksəlməsinə, özünütəminetmə səviyyəsinin artımına, fermerlərin gəlir əldə etmək imkanlarının yaxşılaşmasına şərait yaradır.
"Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə subsidiyaların verilməsini kənd təsərrüfatı sahəsində əsas dövlət dəstəyi mexanizmi hesab edir.
"Bu mexanizmdə fermerin xeyrinə davamlı olaraq dəyişikliklər edilir. Məsələn, ötən il dizel yanacağının qiymətinin artırılmasına görə, dərhal fermerə edilən dəstək tədbirlərində dəyişiklik edildi və subsidiyaların həcmi artırıldı.
Eyni zamanda, dövlətin fermerə kənd təsərrüfatı texnikasının, cins heyvanların alınması və.s istiqamətlərdə dövlət dəstəyi davam etdirilir. Həmçinin, sahibkarlar üçün suvarma sistemlərinin qurulması prosesində də bütün xərclərin 40 %-inin dövlət tərəfindən ödənilməsi qaydası var", - F. Fikrətzadə bildirib.
O, Vergi Məcəlləsinə edilən dəyişiklikləri fermerlərin bazara çıxışını yaxşılaşdırmaq, yəni loqistikanın inkişafına xidmət etdiyini, bununla da sahibkarın xeyrinə atılan addım hesab edir. O, Vergi Məcəlləsindəki dəyişikliklərin sahibkarın fəaliyyətindəki təsirini belə izah etdi:
"Yəni tutaq ki, hansısa şirkət loqistika infrastrukturu, anbar qurub maşınlar alıb ki, 1 000 manatlıq kənd təsərrüfatı malı alsın, sonra da öz marjasını qoyub 1100 manata satsın. Bu halda (dəyişiklərədək) 18 % ƏDV-yə görə 198 manat ödənilirdi. Yəni nəticədə malın üzərinə 100 manat qoyan şəxs 198 manat vergi verməli idi.
Vergi Məcəlləsində dəyişiklik ediləndən sonra artıq ƏDV 1 000 manata yox, həmin əlavə edilən 100 manata tətbiq olundu.
Bunun özü biznes mühitinin yaxşılaşdırılması baxımından mühüm bir qərardır. Bu, artıq kənd təsərrüfatı məhsullarını tədarük edən, sivil qaydada topdan satışını həyata keçirən universitetlər yaranması üçün mühüm bir mexanizmdir. Artıq iri şirkətlər kənd təsərrüfatı məhsullarının tədarükü, topdan satışı sistemini qurmaqdan çəkinməyəcəklər".
Ekspert yanvarın 1-dən tətbiq edilən aqroservis xidməti göstərən şirkətlərin də ƏDV-dən azad olunmasını da olduqca mühüm qərar hesab edir. Çünki bundan sonra traktor, kombayn kimi kənd təsərrüfatı maşınlarını xaricdən alan şirkətlər ƏDV-dən azad olunacaqlar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1041 Tarix: 15 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır
25 oktyabrEvlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd
23 oktyabrQərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say
24 oktyabrPensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə
25 oktyabrXƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23 oktyabrYasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
23 oktyabrAzərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ
23 oktyabrMilyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd
24 oktyabr