Bu nazirin rəqsi qalmaqala səbəb oldu - VİDEO
Sosial şəbəkələrdə Böyük Britaniyanın Baş naziri Boris Consonun rəqs etdiyini əks etdirən görüntülər yayılıb.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, nə zaman çəkildiyi dəqiq bilinməsə də, görüntülər ölkə ictimaiyyətində kəskin etirazlara səbəb olub. Belə ki, son zamanlar siyasətçinin karantin qaydalarına əməl etməməsi ilə bağlı qalmaqal yaranıb və bu səbəbdən Consonun əylənməsi ilə bağlı növbəti video qınanılıb.
Videodan Boris Consonun London Assambleyasının keçmiş üzvü Janett Arnoldla rəqs etdiyini görmək mümkündür. "Huff Post" nəşrinin jurnalisti Henri Dayer isə bu videonun 2013-cü ildə Boris Consonun Londonun meri olduğu dövrdə çəkildiyini ehtimal edir.
Xatırladaq ki, bundan əvvəl Boris Consonun ofisi kraliça II Yelizavetadan əri, hersoq Filip Mauntbettenin dəfnindən bir gecə əvvəl keçirilən ziyafətə görə rəsmi üzr istəyib. Boris Conson isə 2020-ci ilin mayında lokdaun dövründə keçirilən şənliklərə görə ictimaiyyətdən üzr istəmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 8749 Tarix: 15 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ankarada dəhşət: Ata hamilə qızını və onun sevgilisini öldürdü
Türkiyənin paytaxtı Ankarada ata öz qızını və onunla birgə yaşayan şəxsi odlu silahdan atəş açaraq öldürüb. "Cumhuriyet"ə istinadən xəbər verir ki, dəhşətli hadisə axşam saatlarında Mamak rayonu, Bahçeleriçi məhəlləsi, Mamak küçəsində qeydə alınıb. İlkin məlumatlara əsasən, B.K. adlı şəxs 1
1 noyabrTramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video
ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd
1 noyabrBəşəriyyət növbəti buz dövrünün başlamasının qarşısını alıb
Təxminən 200 il əvvəl Yer kürəsində buz təbəqələri əmələ gəlməyə başladı və bu da yeni buz dövrünün başlanğıcını qeyd etdi. Lakin nəhəng dərilərin və petroqliflərin geri qayıtmasını gözləməməliyik. 20-ci əsrdə iqlim dəyişikliyi buz təbəqələrinin əriməsinə səbəb oldu və bu proses dayandı. xəbər veri
31 oktyabr