Rusiya Ukraynaya kütləvi raket və dron hücumu həyata keçirdi - Ölənlər və yaralananlar var

Rusiya Ukraynaya kütləvi raket və dron hücumu həyata keçirdi - Ölənlər və yaralananlar varRusiya ordusu oktyabrın 30-na keçən gecə Ukraynanın bir sıra şəhər və vilayətlərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə kütləvi hücumlar həyata keçirib.

"The Kyiv Independent" nəşrinin məlumatına görə, son 24 saat ərzində Rusiyanın hücumları nəticəsində Ukraynada azı 27 nəfər həlak olub, 127 nəfər yaralanıb.

Məlumata əsasən, Dnepr şəhərində dəmir yolu vağzalına endirilən zərbə nəticəsində ən azı 15 nəfər ölüb, 14 nəfər yaralanıb. Hücum zamanı sərnişin qatarı Zaporoje istiqamətində yola düşməyə hazırlaşırmış.

Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə ərzində Ukrayna ərazisinə ballistik raketlər, dörd idarəolunan raket və 113 pilotsuz uçuş aparatı göndərib. Ukrayna hava hücumundan müdafiə qüvvələri 99 hava hədəfini zərərsizləşdirib.

Hücumlar nəticəsində Dnepropetrovsk vilayətində təxminən 350 min abonent elektrik enerjisiz qalıb.

Rusiya Müdafiə Nazirliyi isə hücumların Ukraynanın hərbi-sənaye və enerji infrastrukturuna yönəldiyini bildirib.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 231   Tarix: 30 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistanda növbədənkənar seçkilər gündəmə gəldi

Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı istisna edilmir. Ermənistan parlamentinin hakim "Vətəndaş müqaviləsi" partiyasından olan sədr müavini Vahaqn Aleksanyan oktyabrın 28-də jurnalistlərə açıqlamasında bildirib ki, növbədənkənar seçkilərin keçirilib-keçirilməyəcəy

28 oktyabr
.

Rusiya-Ukrayna müharibəsi: Qarşılıqlı hücumlar davam edir, sülh danışıqları qeyri-müəyyən olaraq qalır

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə qarşılıqlı hücumlar və pilotsuz uçuş aparatlarından istifadə diqqət mərkəzindədir. Eyni zamanda, tərəflər arasında növbəti üçtərəfli görüşün keçirilməsi ilə bağlı qeyri-müəyyənlik qalır. Məlumatlara görə, Ukraynanın Moskvaya və ətraf ərazilərə doğru pilotsu

29 oktyabr
.

ABŞ Körfəz ölkələrini İrana qarşı mümkün hərbi əməliyyat barədə xəbərdar edib

ABŞ noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərdən sonra İrana qarşı qısamüddətli, lakin intensiv hərbi kampaniya keçirə biləcəyi barədə bir sıra Fars körfəzi ölkələrini xəbərdar edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb. Qeyd olunu

28 oktyabr
.

UKMTO: Hörmüz boğazında gəmi yanıb

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Hörmüz boğazında, Hasabdan (Oman) 9 dəniz mili şimalda baş vermiş insident barədə məlumat yayıb. xəbər verir ki, idarədən qeyd edilib ki, başqa bir gəminin kapitanı alova bürünmüş gəmi müşahidə edib. Ekipajın vəziyyəti, gəmiyə dəyən ziya

29 oktyabr
.

İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur

İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. xəbər verir ki, bir ay davam edəcək təşəbbüs uşaqların ekran qarşısında keçirdiyi vaxtı azaltmaq və ailədaxili ünsiyyəti gücləndirmək məqsədi daşıyır. Layihə çərçivəsində telefonların

29 oktyabr
.

Avropa KİV-i Zukerberqə qarşı çıxdı

"Facebook", "Instagram" və "WhatsApp" platformalarının sahibi olan "Meta" şirkəti məhsullarından istifadə şərtlərini dəyişməyi planlaşdırır. Yeni qaydalara əsasən, "Meta" sosial şəbəkələrində səhifəsi olan istənilən təşkilat bütün materiallarından kommersiy

28 oktyabr
.

İspaniyada dəhşətli qatar qəzası: Ölənlər arasında sabiq nazir də var - Video

İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb. "El Correo" nəşrinə istinadən xəbər verir ki, bu barədə Kastiliya-La-Mança muxtar icmasının rəhbəri Emiliano Qarsia-Paxe məlumat verib. "Son məlumatlara görə, ölənlərin sayı 68 nəfərə çatıb"

28 oktyabr
.

Kim Çen In müharibəyə tam hazırlıq tələb edir

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) verdiyi məlumata görə, Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun (KXO) komandirlərinə davamlı və intensiv hərbi təlimlər vasitəsilə bölmələrinin tam döyüş hazırlığını təmin etməyi əmr edib. xəbər verir ki, agentliyin açıqlamasında deyilir: "Yolda

28 oktyabr
.

ABŞ İrana qarşı yeni hücumlara hazırlaşır? - Müharibənin xərci 47 milyard dolları ötüb

ABŞ ilə İran arasında davam edən müharibə fonunda yeni hərbi əməliyyatların başlanması ehtimalı gündəmə gəlib. The Wall Street Journal qəzetinin məlumatına görə, Vaşinqton Körfəz ölkələrini noyabrın 3-də keçiriləcək ABŞ aralıq seçkilərindən sonra İrana qarşı qısamüddətli və intensiv hərbi əməliyyatları

28 oktyabr